Koronavirus insanlar üçün hələ də təhlükəlidir? - İnfeksionist AÇIQLADI

2020-ci ildə insanlar COVID-19 pandemiyası ilə böyük bir təcrübə yaşadı və bu proses insanların viruslara qarşı diqqətini xeyli artırdı. Viruslar təbiətdə daim mövcuddur və zaman-zaman dəyişərək yeni xüsusiyyətlər qazana bilirlər. Bu dəyişikliklər onların yayılma qabiliyyətinə, təsir gücünə və insan orqanizminə uyğunlaşmasına təsir edə bilər. Eyni zamanda, qlobal səyahətlərin artması, iqlim dəyişiklikləri və insanların bir-biri ilə sıx təması virusların daha geniş ərazilərə yayılmasını asanlaşdıra bilər. Bəzi hallarda bir virus zəiflədikdən sonra onun yerini başqa viruslar tuta bilər. Bu isə ümumilikdə infeksion xəstəliklərin dinamik və dəyişkən olduğunu göstərir.
Maraqlıdır ki, koronavirus yenidən yayıla bilərmi?
Məsələ ilə bağlı infeksionist Mərdan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, koronavirus əvvəlki formada yayıla bilməz:

“Çünki artıq koronavirusu kollektiv immunitet tanıyır. İmmunoloji yaddaş hüceyrələrində koronavirusa qarşı xüsusi anticisimlər hazır vəziyyətdə mövcuddur. Yəni insan orqanizminin, immun sisteminin xüsusi qabiliyyəti var. Buna görə də immunitet formalaşdıqca kollektiv immunitet yaranır və bu koronavirus tədricən zəifləyərək pandemiya səviyyəsində sönür. Xəstəlik daha yüngül keçməyə başlayır və ölümcül olmur, artıq qripə bənzər formada davam edir. Koronavirus isə təbii ki, həmişə mövcud olacaq, çünki artıq bir dəfə həyatımıza daxil olub. Bu virus mövsümi xəstəlik kimi qalacaq. Necə ki, qrip hər il müşahidə olunur, qış mövsümlərində koronavirus da oxşar şəkildə ortaya çıxa bilər. Keçirdiyimiz kəskin respirator virus infeksiyaları, yəni tənəffüs yollarının kəskin iltihabını törədən xəstəliklər ümumilikdə qripə bənzər xəstəliklər adlandırılır. Lakin bunların hamısı qrip deyil, müxtəlif viruslar tərəfindən törədilir. Koronavirus da bu viruslardan biridir və payız-qış mövsümündə bu cür simptomlarla müşahidə oluna bilər. Xəstəlik əsasən zökəm əlamətləri ilə qızdırma, bədən ağrıları, burun axıntısı, öskürək, boğaz ağrısı və burun tutulması ilə özünü göstərir. Yəni keçirdiyimiz bu xəstəliklərin içərisində koronavirus da ola bilər. Amma artıq onu ayrıca yoxlamağa ehtiyac olmur, çünki bu xəstəliklər eyni müalicə yanaşmasına malikdir. Ümumilikdə əvvəlki kimi geniş yayılma ehtimalı yoxdur. Virusun müəyyən mutasiya qabiliyyəti var və yeni variantlar yarana bilər. Lakin müşahidə etdiyimiz kimi bu yeni variantlar əvvəlki kimi ciddi təsir göstərmir. Hətta daha yoluxucu variantlar yaransa da, onlar genişmiqyaslı epidemiya və ya pandemiya yaratmadı. Çünki artıq cəmiyyətdə ümumi immunitet formalaşıb və bu səbəbdən yenidən pandemiya yaratma ehtimalı çox aşağıdır. Amma virusun mövcudluğu davam edir. Payız-qış mövsümündə qrip və qripə bənzər xəstəliklərin arasında koronavirus da olur. Sadəcə biz çox vaxt bunu ayırd etmirik. Yoluxur, sağalırıq, amma bunun koronavirus olub-olmadığını yoxlatmadığımız üçün bilmirik”.
Nurcan Babək
Həyət evində yaşanların NƏZƏRİNƏ! – Cərimələnə bilərsiz
Şiddətli soyuqlar və kəskin iqlim dəyişikliyi XƏBƏRDARLIĞI
Vətəndaş marketdəki malın “kənd məhsulu” olduğunu necə ayırd edə bilər? – Ekspert AÇIQLADI
Süni intellekt və təhsil: Gələcəyin müəllimi kim olacaq? - Eskpert AÇIQLADI
Bu şəxslər ölkədən çıxa bilməyəcək - AÇIQLAMA
Yüzlərlə ailə köçürüləcək
Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
Bu xəstəlikləri olanlar SKUTER SÜRMƏSİN - Həkimdən ciddi xəbərdarlıq
Kardioloq ürəyə zərər verən 4 təhlükəli VƏRDİŞİ AÇIQLADI
Çoxmərtəbəli binalarda kombilərə icazə verilməyəcək? - VİDEO
Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA








