Mart ayında xəstəlik və ölüm halları niyə artır? - AÇIQLAMA

Mart ayı tez-tez “qanoynayan” ay kimi xarakterizə olunur və bu ifadə əsasən mövsüm dəyişikliyi ilə bağlı orqanizmdə baş verən dəyişikliklərlə əlaqələndirilir. Qışdan yaza keçid dövründə temperaturun kəskin dəyişməsi, immun sisteminin zəifləməsi və müxtəlif infeksiyaların aktivləşməsi nəticəsində qrip, kəskin respirator virus infeksiyaları kimi xəstəliklərin yayılması artır. Eyni zamanda, xroniki xəstəlikləri olan insanlarda vəziyyətin ağırlaşması da bu dövrdə daha çox müşahidə olunur ki, bu da ölüm hallarının statistikasına təsir edə bilər.
Bəs mart ayında xəstəliklərin və ölüm hallarının artmasının əsas səbəbləri nələrdir və bu dövrdə insanların sağlamlığını qorumaq üçün hansı profilaktik tədbirlər daha effektiv hesab olunur?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı terapevt Zaur Orucov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, xalq arasında “mart ayı qanoynayan aydır”, “mart çıxdı dərd çıxdı” kimi fikirlər var və bu fikirlər dövrlə ayaqlaşmır:

“Bunlar hamısı tarixən formalaşıb. Yəni insanın təbiətdən və iqlimdən çox asılı olduğu vaxtlara aiddir. Hazırda sivilizasiyanın inkişafı bu ifadələri aktual etmir. Hər hansıa bir xroniki xəstəliklərin kəskinləşməsi və daha çox ölüm statistikasının olması təkcə martda yox, dekabr ayında da olur. Bu da kəskin respirator virus xəstəliklərindən asılı olur. Mart ayında isə allergik xəstəliklər mövsümü başlayır və statistika artır. Çıxış yolu olaraq isə, ildə 1 dəfə viruslar əleyhinə peyvənd vurdurmaq göstərilə bilər. Bu, hamıya məsləhətdir. Amma 5 qrupa daha çox məsləhətdir.
5 qrupa daxil olanlar bunlardır: 1) hamilələr 2) ürək-damar xəstəliyi, tənəffüs və xroniki xəstəlikləri olanlar 3) 65 yaşdan yuxarı şəxslər 4) 5 yaşdan aşağı uşaqlar 5) tibb işçiləri. Adətən peyvənd mövsümü sentyabr, oktyabr, noyabr ayları hesab olunur. Digər bir məsələ isə vitamin D qəbuludur. Amma öncə D vitamini göstəricisini yoxlatmaq lazımdır. Əvvəllər yayda əməliyyat etmək də olmazdı. Çünki xəstəxanalarda şərait yox idi, kondisionerlər yox idi. İstilik ağırlaşmaları və infeksiyaları artırırdı. İndi isə şərait yaxşı olduğu üçün bu fikirlər tarix olub”.
Terapevt qeyd edib ki, allergiya və kəskin respirator viruslar martda inkişaf edir:
“Bu ayda allergiyası yüksələn şəxslər isə allerqoloqa müraciət etməlidir. Mart ayında havalar da tez-tez dəyişir. Bu, ay ərzində yox hətta gün ərzində baş verir. Ona görə də geyimə fikir vermək lazımdır. Yüngül geyim soyuqdəymə nəticəsində virusa yoluxmağa, qalın geyim isə tərləməyə və bunun nəticəsində soyuqdəyməyə səbəb olur”.
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR











