Neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ - 215 dollara ...

ABŞ-ın nüfuzlu nəşri olan The Wall Street Journal yeni hesabatında qlobal enerji bazarı ilə bağlı ciddi xəbərdarlıq edib. Qəzet yazır ki, əgər yaxın günlərdə Hörmüz boğazı açılmasa və neft tankerlərinin hərəkəti bərpa olunmasa, dünya bazarında neftin qiyməti kəskin artaraq bir barel üçün 215 dollara qədər yüksələ bilər. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, nəşrin analitiklərinə görə, Hörmüz boğazı qlobal neft tədarükü üçün strateji əhəmiyyət daşıyır. Dünyada ixrac olunan neftin təxminən beşdə biri məhz bu marşrut vasitəsilə daşınır. Boğazın bağlanması və ya uzun müddət fəaliyyət göstərməməsi qlobal enerji bazarında ciddi təchizat çatışmazlığı yarada bilər. Hesabatda qeyd olunur ki, belə bir ssenari baş verərsə, neft bazarında kəskin qiymət sıçrayışı qaçılmaz olacaq. Bu isə yalnız enerji sektoruna deyil, həm də dünya iqtisadiyyatına, nəqliyyat xərclərinə və inflyasiyaya ciddi təsir göstərə bilər. Ekspertlər hesab edir ki, vəziyyətin gərginləşməsi və Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması qlobal enerji təhlükəsizliyi üçün ən riskli ssenarilərdən biridir. Buna görə də beynəlxalq bazarlar hazırda regionda baş verən hadisələri diqqətlə izləyir.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












