Qrip və ya COVID-dən sonra zəiflik niyə keçmir? - Təhlükə əlamətləri

Ağır virus infeksiyalarından sonra insanlar adətən tez bir zamanda əvvəlki həyat ritminə qayıtmağı gözləyirlər. Lakin praktikada tez-tez belə olur ki, əsas simptomlar keçsə də, enerji çatışmazlığı, zəiflik və yorğunluq hissi bir müddət davam edir.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, orqanizmin niyə gec bərpa olunduğunu və bunun hansı hallarda narahatedici əlamət sayıldığı barədə həkim Liliya Saraxman danışıb.
Həkimin sözlərinə görə, qrip və ya koronavirus kimi xəstəliklər zamanı orqanizm demək olar ki, bütün resurslarını infeksiya ilə mübarizəyə yönəldir. Sağaldıqdan sonra isə bədənin yenidən normal vəziyyətə qayıtması üçün müəyyən vaxt lazımdır.
Xəstəlik dövründə əzələlər və sinir sistemi yorulur, yuxu rejimi pozula bilər, iştaha azalır və fiziki aktivlik kəskin şəkildə aşağı düşür. İmmunitet sistemi, maddələr mübadiləsi və sinir tənzimlənməsi mexanizmlərinin yenidən bərpa olunması isə tədricən baş verir.
Həkim qeyd edir ki, postvirus dövründə yüngül zəiflik və tez yorulma normal hal hesab olunur. Əsas məsələ odur ki, vəziyyət zaman keçdikcə tədricən yaxşılaşsın və yeni şikayətlər yaranmasın.
Normal bərpanın əsas göstəricisi yavaş olsa da, davamlı müsbət dəyişikliklərin müşahidə olunmasıdır. Əgər insanın vəziyyəti yaxşılaşmır və ya əksinə pisləşirsə, bu, müəyyən fəsadların yaranmasına işarə edə bilər.
Mütəxəssislər bildirirlər ki, bəzi simptomlar yaranarsa, həkimə müraciət etmək lazımdır. Bunlara nəfəs darlığı, güclü ürək döyüntüsü, tez-tez başgicəllənmə, bayılma, temperaturun yüksəlməsi və ya çox yüngül fiziki fəaliyyət zamanı belə dözümlülüyün kəskin azalması daxildir.
Həkimlər həmçinin xəstəlikdən sonra dərhal intensiv iş rejiminə və ya ağır məşqlərə qayıtmamağı tövsiyə edirlər. Orqanizmin tam bərpası üçün keyfiyyətli yuxu, balanslı qidalanma və yüngül fiziki aktivlik vacibdir. Həddindən artıq yüklənmə isə bərpa prosesini ləngidə bilər.
Mütəxəssislərin sözlərinə görə, virus xəstəliklərindən sonra uzun müddət davam edən yorğunluq geniş yayılmış haldır. Buna baxmayaraq, orqanizmin verdiyi siqnalları diqqətdən kənarda qoymaq olmaz.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












