Tikinti sektorunda durğunluq, ümid martadır - Ekspert səbəbləri açıqlayır

"Hazırda tikinti sektorunda ciddi dəyişiklik müşahidə olunmur. Açığı, belə bir dəyişikliyin baş verməsi üçün heç bir əsas da yoxdur”.
Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı 2026-cı ilin yanvar-fevral aylarında tikinti sektorundakı qiymətlərlə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, hazırda tikinti sektorunda vəziyyət mövsümi amillərə bağlı olaraq bir o qədər də aktiv deyil:
"Bundan əlavə, hazırda şəhərsalma ilə bağlı müəyyən qərarların qəbulu istiqamətində müzakirələr aparılsa da, ümumilikdə ilin əvvəlində ciddi və nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmayıb”.
Ramil Osmanlı mart ayında tikinti sektorunda əhəmiyyətli canlanmanın müşahidə oluna biləcəyini istisna etmir:
"Əgər aktivlik artar, müraciətlərin sayı və bazara pul axını çoxalar, tikintinin tempi yüksələr, ümumi tələb artar və makroiqtisadi dəyişikliklər baş verərsə, bu halda qiymət artımı qaçılmaz olacaq”.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












