Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Zərdab rayon sakini Səddam Teyyubzadə səhhətində problem olmasına baxmayaraq, hərbi xidmətə çağırıldığını bildirir. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-yə müraciət edən şikayətçinin sözlərinə görə, ona hələ 2013-cü ildə hərbi həkim heyətinin yoxlanışı zamanı anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Son 13 il ərzində müayinələrdən keçdiyini bildirən S.Teyyubzadə 2026-cı ilin aprelində aparılan təkrar yoxlanış zamanı hərbi xidmətə yararlı hesab olunduğunu vurğulayıb.
Şikayətçi Səddam Teyyubzadə məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Cari ilin 22 aprel tarixində keçdiyim sonuncu müayinənin nəticələri - xəstəliyimlə və ya xidmətə yararlı olmağımla bağlı rəy mənə təqdim olunmur. Yeganə istəyim odur ki, yenidən obyektiv həkim komissiyası təyin edilsin və ürəyimlə bağlı narahatlığım düzgün şəkildə yoxlanılsın. Əgər hərbi xidmətə yararlı olduğum sübuta yetirilərsə, xidmət etməyə hazıram".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Səddam Əsəd oğlu Teyyubzadənin ilkin olaraq 19 iyun 2025-ci il tarixdə Agentlikdə yekun tibbi müayinəsi aparılıb:
"Vətəndaşın kardioloji müayinə nəticələrinə əsasən, həmçinin əlavə olaraq sağlamlıq vəziyyətində rəngbərəng dəmrov diaqnozu müəyyən edildiyindən hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilərək 6 aylıq möhlət müddəti verilib. Səddam Teyyubzadəyə təyin olunan möhlət müddəti başa çatdıqdan sonra növbəti dəfə yenidən Agentlikdə əyani müayinəsi aparılıb. Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində birincidərəcəli "prolaps" diaqnozu müəyyən edilib ki, bu da müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışda möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bu səbəbdən də vətəndaşın sıradankənar hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib".
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?
Bu kəndə avtomobillə girmək qadağandır - FOTO
Qadınların C kateqoriyası almasına gizli qadağa var? - AÇIQLAMA
Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Bu sahədə çalışanlar hərbi xidmətdən azad edilir? - AÇIQLAMA
Bakıda ictimai nəqliyyat pulsuz ola bilər? – Ekspertdən AÇIQLAMA
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ










