Valyuta mübadiləsi zamanı gündəlik limit nə qədərdir?

Azərbaycanda valyuta mübadiləsi zamanı müəyyən məbləğdən yuxarı əməliyyatlar aparan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni zamanda, valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik təşkilatlar və banklar son bir il ərzində böyük məbləğdə əməliyyat aparan müştərilər üçün gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü və "Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nın 3.2-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsində və ya bankda nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Bununla yanaşı, valyuta məntəqəsində aparılan valyuta mübadiləsinin həcmindən asılı olmayaraq təşkilatdaxili qaydalara əsasən valyuta məntəqəsi tərəfindən şəxsiyyət vəsiqəsi tələb edilə bilər.
Valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziya almış şəxslər tərəfindən aparılan əməliyyatların gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır. Lakin banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı belə bir gündəlik limit müəyyən edilməyib.
"Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 3.3-cü bəndinə və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci bəndinə əsasən, banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında son bir il ərzində 20 000 manat və ona ekvivalent məbləğdən artıq əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











