Xocavənddə məskunlaşma olan yerlər telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, fəaliyyətin davamı olaraq Xocavənd rayonunun 4,496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzeyxırman, Güneyxırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Nəticə etibarilə Xocavənd rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib.
Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1,000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.
Qeyd edək ki, azad edilmiş ərazilərdə ümumilikdə 9 şəhər, 29 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8,905 yeni abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes subyekti) şəbəkəyə qoşulub.
Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocavənd şöbəsinə, (Ünvan: Xocavənd şəhəri, Azadlıq küç.), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO










