Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Arxsa stopda sadece zadninin işığı olan bölməsini tündləşdirməyə görə cərimə olunur ?
Uran | 18 Fevral 2023 01:34
Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 12:06
Nivanin on farasini deyisib surmek olarmi
Mehemmed | 18 Fevral 2023 00:30
Baxır nə farası qoyursunuz. Başqa fara qoymaq olmaz.
Avtosfer.az | 20 Fevral 2023 12:06
Burda bu made ile bu cerime nece olur ?
Rehman | 17 Fevral 2023 21:25
Siz nə etmisiniz ki, sizə 500 manat cərimə yazıblar? Nə səbəbə saxlamışdılar? Bu suallara cavab verin aydınlaşdıraq.
Avtosfer.az | 20 Fevral 2023 12:05
Salam semkirdenem masinimi 2011de almisam satmaq isdedim notariusda dediler masin cixmir menden qabaq ki yiyesi kreditnen alibmis temizdik seneti almayib 2011de mene satib men indi ne sata nede masini oz adima kecire bilmirem hansi bankdan kreditde olub onuda tapa bilmirem zehmet olmasa bir aydinliq getrerdiz.
Namaz | 17 Fevral 2023 11:03
Salam. Siz araşdırın görün iş hansı rayon məhkəməsinin icra şöbəsindədirsə, yaxınlaşın həmin icra şöbəsinə və məsələni həll etməyə çalışın. Borc bağlanıbsa arayış alıb DYP-yə rəsmi şəkildə müraciət edin.
Avtosfer.az | 20 Fevral 2023 12:04
Salam.mendede masinda sekilde gorunduyu kimin eyni spoylerden ve arxa susede olan jaluyuz var.bunlar qanunla qadagandir ya yox bilmek isdiyerem
Vusal | 17 Fevral 2023 00:22
Salam. Qadağan deyil.
Avtosfer.az | 20 Fevral 2023 12:03
Salam.. vaz 21 07 markali avtomobilimin arxa baqaj hisses arxa qapilar birde ön panel hissesi qurunt vurulub buferleride yoxdur ban hissesi yeni krişasi qabaq kapot yan qabaq iki qanad yeni krlo ve qabaq qapilar qanuni rengindedi bele avtomobil cerime meydancasina aparila biler veyaxud cerime tetbiq oluna bilermi?
Cavid | 17 Fevral 2023 00:21
Salam. Maşını bu vəziyyətdə idarə etmək olmaz. Tam hazır olsun ondan sonra sürün. Cərimə meydançasına aparıla bilməz. Amma rəng dəyişikliyinə görə 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 20 Fevral 2023 12:02
Salam ekologiya postundan donub uzu bileceri yolu gedirdim deseka yolu men saga dondum meni sag arxa qapidan arxani vurdu gunah mendedi yoxsa onda cunki men yolu tam kecmisdim onunda sag qabagi tutdu
Vusal | 16 Fevral 2023 22:02
Salam. Şəkilə baxaraq şərh vermək çətindir. Videosu olsaydı deyə bilərdik.
Avtosfer.az | 20 Fevral 2023 11:57
Salam menim B kataqoriyali suruculuk vesiqem var men onunla ford transit yukcun olan onu sure bilerem? mene onu sure biersen deyirler sizden xaiş mene deyerdiz sure bilerem
Ceyhun | 16 Fevral 2023 21:06
Salam. 3500 kq-dan çox deyilsə sürə bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:55
Lincoln MKX hansı olkede istehsal olunur
Lincoln MKx | 16 Fevral 2023 20:12
Bu haqda internet üzərindən axtarış edə bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:54
Yol polisi sürücülük vəsiqəmin üz qabığı döyüldüyü üçün 40 manat pul istəyir doğrudurmu?
Elvin | 16 Fevral 2023 13:17
Üz qabığının döyülməsi nədir?
Avtosfer.az | 20 Fevral 2023 11:54
İçkili halda soyuq olduğuna göre sükan arxasında oturduğum zaman ve ayaq sürücü çağırdığını halda sükan arxasında olduğuma göre neqliyyat hereketde olmadığı halda cerime yazıla biler?
Elbəy | 16 Fevral 2023 11:59
İdarə etmirsinizsə cərimə yazıla bilməz. Siz də sərnişin tərəfdə oturun da. Əgər idarə etmirsinizsə niyə sükan arxasında əyləşirsiniz?
Avtosfer.az | 20 Fevral 2023 11:53
Salam Mende qulşitel ortadan qırılıb elavə avadanliq ses bogücu falan heçnə quraşdırmamışam buna görə cərimə meydançasına aparıblar bu texniki nasazlıq sayılır düzdürmü və bunun cəriməsi nəqədərdir?
Fuad | 16 Fevral 2023 10:19
Salam. Əgər həqiqətən qırılıbsa nasazlıq sayılır. Bunu aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 20 Fevral 2023 11:52
Salam sssr nomreli masinimizi satmiwiq men uwaq olarken indi onu nece tapa bilerem
Fuad | 16 Fevral 2023 09:35
Salam. Onu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:51
Salam AXSAMNİZ Xeyir Maşının arxa yan düşlerine QARMOSKA perde vurmaqa icaze vermi
Orxan | 16 Fevral 2023 00:38
Salam. Xeyr. Yeni qanuna əsasən yalnız plyonka və sənaye üsullu jalüz vurmaq olar.
Avtosfer.az | 20 Fevral 2023 11:50
Salam mən yük maşini sururəm bir tərfli yoldu gediş gəliş yaşayiş məntəqəsdi sağa dönurəm diyanmişam həda roluda sağa firladmişam kəsşməsi solumdan maşinlar gəlir gözdəyirəm mən hərəkətə başlamq isdəyəndə balaca maşin gəldi sağima girdi və toqquşduq burda gunkar kimdi zəhmət olmsa cavblandirardiz birdə balaca masin yük maşinan ara məsafəsi nəqədər olmaldi sağ və sol tərfdən
Cavid | 15 Fevral 2023 20:47
Salam. Siz soldan sağa manevr etmisiniz deyəsən. Belə olan halda günah sizdədir. Siz yolun tam sağında yerləşsəydiniz sağınızdan maşın keçə bilməzdi.
Avtosfer.az | 20 Fevral 2023 11:48
Avtomobilin dövlət qeydiyyatı rüsum
Fuad | 15 Fevral 2023 17:12
Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
Avtosfer.az | 20 Fevral 2023 11:46
Salam hər vaxtınız xeyir. Avtomobilin sığortası iki-üç gündür bitib. Güzəşt müddəti verilirmi? Sığortasız sürüldükdə cəriməsi nə qədərdir?
XAN | 15 Fevral 2023 16:46
Salam. Xeyr. O, texniki baxışa aiddir. Sığortada güzəşt müddəti yoxdur.
Avtosfer.az | 20 Fevral 2023 11:45
Salam Şekidenem maşınımda 16 manat ares olub xeberim olmayıb bugün gelib şeher qayısı apardı hetda maşınımıda özderi sürdüler pul zada isteyirler men neynemeliyem xayiş edirem kömeklik edesiz
Sahib | 15 Fevral 2023 12:50
Salam. 16 mannatı ödəyin və maşını duracaqdaan çıxarın. Əlavə heç bir ödəniş alına bilməz.
Avtosfer.az | 15 Fevral 2023 16:26
Salam,Nivaya ayaqalti(padnoşka) qoyulmağa icaze varmi
Yusif | 15 Fevral 2023 07:19
Salam. Möhkəmliyi qorunmaq şərtilə olar.
Avtosfer.az | 15 Fevral 2023 16:10
Salam.Mənə dayanma durma qaydalarını pozan znak olmayan yerdə dayanma qaydalarını pozduğum üçün cərimə yazılıb.Bunu hara şikayət edə bilərəm?
Mətləb | 14 Fevral 2023 21:53
Salam. Dyp-yə.
Avtosfer.az | 15 Fevral 2023 16:09
Salam 342.3 maddesinde popcorn ses sistemi baresinde nedense sohbet gedirmi?
Elgun | 14 Fevral 2023 20:09
Salam. Səs desibeli artırsa şamil olunur.
Avtosfer.az | 15 Fevral 2023 16:08
Salam, 2106 2004 sənədləşmə rüsumunu necə öyrənə bilərəm
Camal | 14 Fevral 2023 19:11
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 15 Fevral 2023 14:32
Salam arxa patprese yazi yazmaqin icermesi var? Varsa neqederdi?
Miri | 14 Fevral 2023 17:20
Salam. Baxır nə yazırsınız. Ümumiyyətlə maşına yazı yazmaq fikrindən daşının. Çünki arxadan gələn sürücülərin fikrini yayındırırsınız.
Avtosfer.az | 15 Fevral 2023 14:29
Salam (2016) lada prioranin on ve arxa hissesine sport asqi ve amartizasiya sistemine icaze var ?
Ulvi | 14 Fevral 2023 14:28
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 14 Fevral 2023 15:38
Avtomobilin texpasportu da muveqqeti yazilib.onu deyishmek ucun rusum nedi.ve hansi maddede yazilib.xayish edirem cavablandirardiz
Ilkin | 14 Fevral 2023 12:02
Bunun rüsumu 30 manatdır. Dövlət Rüsumu Haqqında Qanunun 18-ci maddəsi.
Avtosfer.az | 14 Fevral 2023 15:37
Salam.Men Koreyadan kia sorento almisam.masin ag rengdi.ustunde qara vinil var.bunun texposporta yazdirmaq isteyirem ag qara.nece ede bilerem.?qanuni terefi nedi?tesekkur edirem
Azer | 14 Fevral 2023 11:26
Salam. Buunla bağlı DYP-yə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 14 Fevral 2023 15:36
Salam, müraciətim adıma maşın nömrəsi və ya maşın olub (olmaması) ilə bağlıdır.
Elvira | 14 Fevral 2023 06:32
Salam. My.gov.az saytında elektron kabinet yaradıb oradan baxa bilərsiniz. Həmin saytda şəxsə aid bütün məlumatlar qeyd olunub.
Avtosfer.az | 14 Fevral 2023 15:35
Salam maşının arxa işıqları bu qaydadadır marka Hyundai Elantra 2014 Dyp saxlatdırıb xeber edir ki, xarici işıq cihazlarının telebini pozmuşam. Burda qayda pozuntusu varmı bunu bilmək isteyirem arxada 2 stop arxa patres üstü uzun stop ve arxa bufer didfuzorda balaca stop işığı var nezerinize çatdırım ki, sayrışan işıq deyil
Fuad | 14 Fevral 2023 02:52
Salam. Arxa şüşədə olmasına problem yoxdur. Amma aşağıdakına icazə yoxdur.
Avtosfer.az | 14 Fevral 2023 15:34
Vaz 2107 ye kondisaner qosmaq olur? Ve ne qedrr mebleg lazim olur qosmaga?
Ələm | 13 Fevral 2023 22:43
Onu mütəxəssislərdən soruşun.
Avtosfer.az | 14 Fevral 2023 15:33
salam hervaxtniz xeyir olsun demeli men nermanov parkinin yanindan bir yasli xanm goturdum ve yaxnlasdm xanmin unvanin ve hemin unvana giris yolunda bu yaxli emi dayanib ve men ondan yol isteyen de mene bildir di ki musterini dusurt qoy ozu getsin ve ya gozleyin men gedim sora sizde gedersiz daha sonra men masndan dusub musterim olan xanmin vesini unvanina kimi piyada aparsim sizden xahisim budur ki bu cur suruculeri isglandirasiniz belke bir tembeh olsun lar .
Mircefer | 13 Fevral 2023 11:23
Salam. Videosunu göndərinn işıqlandıraq. Bu cür şifahi şəkildə verdiyiniz informasiyanı necə işıqlandıraq? Bunun üçün video lazımdır.
Avtosfer.az | 13 Fevral 2023 13:07