Salam Necesiz Mende Prius 20 Kuzaya Coilover var Zavod istesalidi Bunu taxsam cermesi var ? Eyni olcude yendirib qaldirsam YPX Saglamaz ? Eyni Istiqametde oxlar uzre
nicat | 11 Fevral 2023 22:30
Salam. Olmaz, qadağandır.
Avtosfer.az | 13 Fevral 2023 12:39
Salam, dostumdan maşın almışam. 3ildir ki her il generalnı etibarname alıb sürürem. Artıq bu il sürmeye aldım. Avtomobilin ili 2004,motoru 3300 kub sm.dir. Avtomobilin qeydiyyat nişanı 90nandı amma rayon qeydiyyatındadır.Men özüm de diger rayon qeydiyyatındayam. Qanuni şekilde adıma keçirmek isteyirem.Xercim ne qeder olar? Ne edim ki meni aldadıb behanelerle elave pul almasınlar?! Avtomobilin qeydiyyat nişanın 90nan başladığına göre meni incide bilerlerki nömreni deyişmelisen ve ya rayon nömresi almalısan? Xahiş edirem etraflı cavablandırardınız.Teşekkür edirem.
Ceyhun Selimov | 11 Fevral 2023 22:25
Salam. Nömrənin üzərində qalması üçün ya mülkiyyətşi alqı-satqıda gəlib özü iştirak etməlidir, ya da ki, notarial qaydada təsdiq edilmiş arayış verməlidir ki, bu nömrənin digər şəxsin adına keçirilməsinə etiraz etmirəm. Rüsumları isə bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 13 Fevral 2023 12:36
Bu formada nomre isiqina gore cerime var?
Emin | 11 Fevral 2023 21:46
Foto yoxdur.
Avtosfer.az | 13 Fevral 2023 12:34
Salam aleykum.Dayanma durma cerimesi wekilsiz yazila biler?Mene cerime yazilib sms radarda hec bir wekil yoxdu sadece cerime gosterir.
Saleh | 11 Fevral 2023 19:00
Salam. Yol polisi sizə yaxınlaşıb yazanda şəkil olmur. Sizin iştirakınız olmadan kamera vasitəsilə yazılanda şəkillər olmalıdır.
Avtosfer.az | 13 Fevral 2023 12:34
Salam Toyota Hilux Pickup avtomobilinə. Ön tərəfinə (damına) uzunsov və arxasına dairəvi işiqlandırma quraşdırıldıqdan sonra. Hər birini xüsusi işiq keçirməz çexol vasitəsilə örtükdən sonra. Asfalt örkükdə (şəhərdə və ya maqistral trasda) sürülməsinə icazə verilir ya verilmir?
Nurik | 11 Fevral 2023 16:19
Salam. Bu işıqları nəyə görə quraşdırırsınız? Zavod həmin işıqları quradırmayıb axı o maşına.
Avtosfer.az | 13 Fevral 2023 12:33
Salam hşr vaxtınız xeirli olsun. Mende lada granta 2022 ci ilin maşını var. Texpasportuna sport yazdira bilerem? Etrafli melumat vererdiniz zehmet olmasa
Mehrac | 11 Fevral 2023 15:01
Salam. Qeydiyyat şəhadətnaməsinə bu cür sözlərin yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 13 Fevral 2023 12:32
Salam qara purjunun cerimesi var?
Murad | 11 Fevral 2023 13:52
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/masinin-prujinlerini-rengleyen-suruculeri-hansi-ceza-gozleyir-i%CC%87zah-202353
Avtosfer.az | 13 Fevral 2023 12:31
Menim adimdaki etibarnameleri nece legv ede bilerem. Etibarname veren adamlari tapa bilmirem
Elnur eliyev | 11 Fevral 2023 11:49
Hansı notariusda verilibsə gedin orada ləğv etdirin.
Avtosfer.az | 13 Fevral 2023 12:30
Salam maşınım 2007 ci ilin Kia Pride dir bu gün 418 nömreli qai işçisi saxlayıb wrangler dumanlıya ve üst led işığ cihazına göre cerime meydancasına tərtib etdi bu qanuni dir yoxsa yox?
Esqin | 11 Fevral 2023 06:19
Salam. Kia üçün olan duman işıqlarından istifadə etməlisiniz.
Avtosfer.az | 13 Fevral 2023 12:29
Salam her vaxtınız xeyir. Bilmek isterdim motosikl sürücüsünün iki avtomobil arasından sürutle keçmesine icaze varmı?
XAN | 10 Fevral 2023 20:44
Salam. Xeyr. Motosiklet sürücüsü öz zolağı ilə hərəkət etməlidir. Bir zolaqda iki nəqliyyat vasitəsi yerləşə bilməz.
Avtosfer.az | 13 Fevral 2023 12:25
Salam maşının evvelki rengi metalik olub sonradan nardo grey renge boyanıb yeni boxun ferqli tonuna tex pasportda boz olaraq qalıb bu qanunsuzdur ? Hər hansı cerme veya dayanacağa gede biler maşın?
Mətin | 9 Fevral 2023 23:35
Salam. Rəng dəyişəndən sonra qeydiyyata alınmalıdır. Əks halda 50 manat cəriməsi var.
Avtosfer.az | 10 Fevral 2023 13:30
Salam.Men cerimemi 3 aydan cox odemediyime gore yol polis sobesi menle elaqeye kecib pravamin 529.3 maddeyle 6 ayla 1 il arasinda alinacagini,isin mehkemede oldugunu dedi.Mense bunu oyrendikden sonra derhal odenmemis olan cerimeni odedim.529.3 maddenin qeyd yerinde yazilib ki eger mashin duracaga getmeyibse ve mehkeme yekun qerar qebul etmeyibse cerimeni ve onun debbe pulunu odemekle inzibati cerimelerden azadig.Indi men harasa muraciet elemeliyem ya gozlemeliyem ki mehkeme kecirilsin?Mehhekemenin qerari 529.3 qeyd yerinde yazildigindan ferqli ola biler?
Hidayet | 9 Fevral 2023 12:12
Salam. Əgər siz cəriməni dəbbə pulu ilə birlikdə ödəmisinizsə polis işi məhkəməyə göndərə bilməz.
Avtosfer.az | 9 Fevral 2023 17:21
Avtomobilin sag farasi yanmirsa cerime yazila bilermi
Cefer | 8 Fevral 2023 22:40
Təhlükəsizlik mülahizələrinə görə maşının hər bir işığı yanmaldır. Amma qanunvericiliyə görə işıq yanmırsa və həmin nasazlığı aradan qaldırmaq mümkün deyilsə o zaman 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 9 Fevral 2023 17:01
Salam Axsamiviz Xeyir Olsun Bu Saytin rehberliyine ve quruluşunda emeyi Kecen Her bir Kese oz Minnetdarliqimi Bildirirem.Her Bir Yazilan Suallari Bire Bir Cavabnlandirirsiz.Bize Qaranliq Olan Ve Bilmediklerimizi Sayenizde Orgenirik.Cox Sagolun Tesekkur Edirem.
Emin | 8 Fevral 2023 18:36
Hər vaxtınız xeyir. Təşəkkür edirik diqqətinizə görə!
Avtosfer.az | 9 Fevral 2023 16:56
Xahiş edirəm texpasportun qiymətini deyərdiz????? Minik avtomobili
Rafik | 8 Fevral 2023 16:31
Hörmətli izləyici, bundan əvvəlki müraciətinizdə yazdıq. 30 manat 40 qəpik.
Avtosfer.az | 8 Fevral 2023 16:33
Salam sürücülük vesiqesi 6 ay mehdudlasib .Men vesiqeni 6 aydan sonra almaq üçün gedende ne qeder pul ödemeliyem ve hansi senedler üzerimde olmalidi
Aydın | 8 Fevral 2023 16:14
Salam. Siz öncə vəsiqəni DYP-yə təqdim etməlisiniz. 6 ay bitəndən sonra şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb heç bir rüsum ödəmədən götürəcəksiniz.
Avtosfer.az | 8 Fevral 2023 16:22
Salam s klass 2020 aformot qiymeti neciyedi
Behram | 8 Fevral 2023 16:01
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 8 Fevral 2023 16:14
Salam. Texpasport almaq üçün rüsum neçədi. Hər şey qalır bir ad və soyad dəyişir. Vərəsəlikdi
Rafik | 8 Fevral 2023 15:49
Salam. 30 manat 40 qəpik.
Avtosfer.az | 8 Fevral 2023 16:13
Salam. Mən vərəsəliklə maşını öz adıma keçirirəm. Nömrə qalır özümdə. Bunun xərci rüsumu neçədi. Mən bilən texpasportun pulunu keçirməliyəm. Xərcini bilmək istərdim
Kamil | 8 Fevral 2023 15:23
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
Avtosfer.az | 8 Fevral 2023 15:42
Salam maşinin ustundeki işiqlar ustune qelib,soradan quraşdirilmiyib buna qore cerime edile bileremmi?
Xəyal | 7 Fevral 2023 22:49
Salam. Zavod tərəfindən quraşdırılıbsa cəriməsi yoxdur.
Avtosfer.az | 8 Fevral 2023 15:41
Salam masinimin salon guzgusu yoxdu bunun cerimesi var ?
Orxan | 7 Fevral 2023 22:18
Salam. Xeyr.
Avtosfer.az | 8 Fevral 2023 15:40
Salam vaz 2107 ye fioletvi patpresin cerimesi var ?
Ibrahim | 7 Fevral 2023 16:30
Salam. Şəffaflıq 75 faizdən az deyilsə heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 8 Fevral 2023 15:39
Salam 5.9 nişanı (avtobus zolağı) və altında 17:00-20:00 saat aralığı göstərilən zolaqda 16:00 da 5-10 dəqiqəlik dayanmağa icazə verilir? Qeyd edim ki, şaquli və üfüqi dayanma durmanı qadağan edən nişanlar olmayan sahədə.
Ervin Vəliyev | 7 Fevral 2023 12:17
Salam. Dayanma-durma qadağan deyilsə olar.
Avtosfer.az | 7 Fevral 2023 16:19
90CL590 BU MAWIN NOMRESININ YIYESINI AXTARIRAM
Elsever | 7 Fevral 2023 11:18
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 7 Fevral 2023 16:18
Salam. Spacer qadağandır?
Mehman | 7 Fevral 2023 00:05
Salam. Normativ tələbi pozursa qadağandır.
Avtosfer.az | 7 Fevral 2023 16:18
Salam Duman işıqlarım wrangler qoşmağa icazə var? Mitsubishi Outlander 2008 4WD
Osman | 6 Fevral 2023 22:21
Salam. Xeyr.
Avtosfer.az | 7 Fevral 2023 16:17
Salam mator nomresi texpasportla duz deyil dovlet rusumu ne qederdi ada kecirmekle bir yerde
Ismet | 6 Fevral 2023 22:07
Ətraflı məllumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 7 Fevral 2023 16:17
Sualınız tam aydın olmadı. Sığorta şirkəti pulu sizdən almaq istəyir.
Beli sigorta pulu isteyir..
ali | 6 Fevral 2023 19:35
Hansı əsasla istəyir? Ümumilikdə nə qədər ziyan dəymişdi?
Avtosfer.az | 7 Fevral 2023 16:15
Demeli masin Qebele rayonu qetdiyyatindi ve men generalni etibarname ile idere edirem oz adima qeydiyyat etmek ucun nece edim dovlet rusumun odemekle cox incidirler adami artig pul isteyirler min bir behaneler getirirler
Azer | 6 Fevral 2023 18:32
Əgər süründürməçilik varsa DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 7 Fevral 2023 16:15
Eger qeydiyyat nisanindaki bayrag rengi solub ve ya zedelenibse yeni bayrag yapisdirmag olar?
Azer | 6 Fevral 2023 14:54
Xeyr.
Avtosfer.az | 6 Fevral 2023 15:00