Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam dovlet qeydiyyat nisani zedelenibse deyismek ucun 1 nomreye gore ne qeder rusum odenilir
Azer | 6 Fevral 2023 14:47
Salam. Biri 15 manat 40 qəpik, ikisi 30 manat 40 qəpik.
Avtosfer.az | 6 Fevral 2023 14:52
Salam 2011ji il vaz 212114 urban buferleri qurqwdirmiwam bu texpasportda qeyid olunmalidir?
Malik | 6 Fevral 2023 13:28
Salam. Xeyr, ehtiyac yoxdur.
Avtosfer.az | 6 Fevral 2023 14:30
Mawini sahibin tapmaq nece olur
Isgender | 6 Fevral 2023 09:51
DYP-yə müraciətin edin.
Avtosfer.az | 6 Fevral 2023 14:30
Salam Tural müəllim. Zəhmət olmasa deyərdiz arxa stopun vinil olmasına görə cərimə düşürmü əgər düşürsə cəriməsi nə qədərdir? Öncədən təşəkkürmü bildirirəm
Zeynal | 5 Fevral 2023 22:14
Salam. Tural deyil. 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Fevral 2023 14:29
Salam.nivaya wrangler fara qoyulmagina cerime düşür?
Röyal | 5 Fevral 2023 17:23
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Fevral 2023 14:28
Men masinimi nece adima kecirde bilerem
Eli | 5 Fevral 2023 09:36
DYP-yə gedib keçirə bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2023 14:28
Salam.1500 mühərrik.Saipa tiba markalı.2014 cü il.Ada kecirmək rüsumunu bilmək istərdim.
Mübariz | 4 Fevral 2023 20:07
Salam. Hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Fevral 2023 14:28
Salam magistral yolda (Bakı Qazax) 3 hərəkətli yolun sol hərəkət istiqameti ilə mütəmadi istifadə edərkən ötmə işığı yanlı qalmalıdır ya qəza işığı?
Şahmar | 4 Fevral 2023 07:01
Salam. Heç bir işıq yanmalı deyil. Ümumiyyətlə sağ zolaq boş olan hallarda digər zolaqlarla hərəkət etmək qadağandır. Dönmə siqnalları isə yalnız manevr, ötmə zamanı yandırılmalıdır.
Avtosfer.az | 6 Fevral 2023 14:27
Salam. Quluşitelde kesik yaradıb sesini artırmağının cerimesi var? Ve ne qederdir?
Tabriz | 4 Fevral 2023 02:55
Salam. 500 manat.
Avtosfer.az | 6 Fevral 2023 14:18
Salam. menim avtomobilime mehkeme hebs qoyub. alqı satqı ede bilmirem. 50 manat cerimeye göre. Bilmey istiyirem bu cerimeni ödedikten sonra ,mehkemeye çek teqdim edib, temizliy kağızı almalıyam, ya mehkeme online şekilde dyp ye temziliy kağızı veya bu kimi hansısa faks göndermelidir? Teşekkürler
Kamran | 4 Fevral 2023 01:49
Salam. Ödədikdən sonra məhkəmə qərar verməlidir. Qərarın surəti DYP-yə göndərilir, daha sonra məhdudiyyət sistemdən silinir.
Avtosfer.az | 6 Fevral 2023 14:17
Salam sıgortanı necə bilmək olar vaxtı nəvaxt qutarır?
Ruslan | 4 Fevral 2023 00:08
Salam. Sizdə hansı sığorta şirkətidirsə ora zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2023 14:15
55 BB 874.AA N 040288 cermesi var?
Revan | 3 Fevral 2023 21:08
Xeyr, yoxdur.
Avtosfer.az | 6 Fevral 2023 14:15
salam ,zehmet olmasa deyerdiniz, Men 2019 ilde yol neqliyat hadisesi olub. Demeli ne baş verir ,təqsir de men oldu ve nəticədə 2 ki avtomobillərə ziyan dəyib,birde menim avtomobilime. İcbari Sığorta bunlarin pulun menim məlumati ma görə verib. Onlardan Biri dəymiş ziyanın mebleqinden razi qalmayib. indi 2023 ilde İcbari Sığorta deyir ki dəymiş ziyanın ödənilməsi (hardasa 100 man) məsələsi gündəmə galir. Bu Belə ola biler.Cox sagolun.
ali | 3 Fevral 2023 19:43
Salam. Sualınız tam aydın olmadı. Sığorta şirkəti 100 manatı sizdən almaq istəyir?
Avtosfer.az | 6 Fevral 2023 14:13
Avtomobili diger wexs idare edir lakin cerme mene gelir sebeb sonuncu ehtibar name mene olunub. Bu zaman ne etmeliyem ??
Ferid | 3 Fevral 2023 19:30
Ya hər cərimə gələndə DYP-yə müraciət edərək qayda pozuntusunun sizin tərəfdən törədilmədiyini bildirməlisiniz, ya da ki, müraciət edib bildirməlisiniz ki, sonuncu etibarnamə sizdə olsa da, maşını daimi idarə edən başqa şəxsdir. Sistemdə düzəliş etsinlər ki, daha sizin adınıza gəlməsin.
Avtosfer.az | 6 Fevral 2023 13:40
Salam yük maşınlarında arxa tekerlerin reyzini,Tekerden cixan Suyun Palciqin qarsisini almaq ucun Olan reyzinin Olmadiqina gore cerime ne qederdir.Zehmet Olmasa komeklik ederdiz
Emin | 3 Fevral 2023 17:06
Salam. Nasazlığı aradan qaldırmaq mümkündürsə heç bir cəriməsi yoxdur. Aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 6 Fevral 2023 13:37
Masinin nomrsinin usdunde balaca bayragin usdunde cizilib ona gore cerme yaza biler polis emekdasi
Fariz | 3 Fevral 2023 16:13
Əgər rəngləri silinibsə cərimə yazıla bilər.
Avtosfer.az | 6 Fevral 2023 13:36
Salam. Avtomobilim BMW 528 dir. Dünen polis meni saxladib maşını duracağa apardı ve elave avadanlıq olduğunu bildirdi. Maşında elave 2 sesboğucu başlığı var ve katalizator, qazana birbaşa birleşmeyib. Lakin qazanı yoxdur. Sizin saytınızda olan bir meqalede bununla bağlı yazılmışdı. Polis emekdaşına avtomobilin qaydalara zidd olmadığını iddia etsemde mecburen apardı ve protokol yazdı. Men ne ede bilerem?
Ruslan | 3 Fevral 2023 09:50
Salam. Qərardan məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2023 13:36
Salam vaz2107 diye 215.50/R13 teker qoymaq olar ? Bu qadağandır yoxsa yox ?
Sənan | 3 Fevral 2023 00:50
Salam. Zavod bu ölçüyə icazə vermirsə olmaz.
Avtosfer.az | 6 Fevral 2023 13:35
Salam Əgər Filan Şəxsin mülkiyyətində avtomobil varsa həmin avtomobili Mənə " Nəqliyyat vasitəsinə dair Mülkiyyət etibarnaməsi" veribsə (Sürmək üçün etibarnamə nəzərdə tutmuram )( mənim özümdə sürücülük vəsiqəsi yoxdur ) Mən Sürücülük vəsiqəsi olan şəxslə həmin avtomobili idarə etməyə icazə verilir ? ( mən avtomobil sürənin yanında olmaq/oturmaq şərti ilə hansi ki onun Sürücülük vəsiqəsi var )
Elnur | 2 Fevral 2023 21:52
Salam. Əlbəttə icazə verilir. Mülki etibarnamədə həmin maşın qeyd olunubsa özünüz avtomobildə olmaq şərtilə sürücülük hüququ olan digər şəxs idarə edə bilər.
Avtosfer.az | 6 Fevral 2023 13:34
Salam. Rengli patpresin cerimesi var?
Elmir Mamedov | 2 Fevral 2023 21:47
Salam. Şəffaflıq 75 faizdən azdırsa cəriməsi var.
Avtosfer.az | 6 Fevral 2023 13:33
Salam Opele Momo Rul taxılsa ona cerime yazıla biler?
Kenan | 2 Fevral 2023 21:04
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 6 Fevral 2023 13:32
Salam.masinim texpasport da göy boz rəngdə göstərilib.masinimin ancaq damına qara mat Vinil vurmaq üçün qanunla hansı proseslər aparılmalıdır.zəhmət olmasa ətraflı cavab verin.
Samir | 2 Fevral 2023 19:09
Salam. Bununla bağlı öncə DYP-yə müraciət edin. Əgər onlar icazə versə, o zaman rəngi dəyişə bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2023 13:31
Salam menim mawinimin arxa stopu 15% plyonkadi ama qayi ona göre wtrafnoya apardı cerimesi var yoxsa şikayət edim ?
Mirzağa | 2 Fevral 2023 16:52
Salam. Bəli cəriməsi var. Düzgün edib.
Avtosfer.az | 6 Fevral 2023 13:30
Salam ford markalı avtomaşın 2013 il istesal tarixli, 1600 motor. Bunun təkrar qeydiyyat üçün risumu nəqər eləyir.
Ülfət | 2 Fevral 2023 11:29
Salam. Hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Fevral 2023 13:29
Salam bmw f30 on arxa bufer m3 yigmagin cerimesi varmi
Samir | 1 Fevral 2023 19:32
Salam. Xeyr, heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 6 Fevral 2023 13:28
Masinin kapot hissesine basqa reng vurmaq olar? Meselen ag masinin kapotu qara reng?
Fuad | 1 Fevral 2023 18:29
Vurmaq olar. Sadəcə sənəddə qeyd olunmasının vacibliyini dəqiqləşdirmək lazımdır. Bunun üçün DYP-yə müraciət edin.
Avtosfer.az | 6 Fevral 2023 13:27
Salam.Masin 1.8 matordu.Ili 1996.Aformutun dovlet rusumu ne qederdi
Raqif | 1 Fevral 2023 18:18
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Fevral 2023 13:26
Salam yazılan cerimede qerar neçe gün olur ve hansı vaxtda kimin şikayet ede bilerem.
Qaya | 1 Fevral 2023 17:07
Salam. Baxır hansı cərimədən söhbət gedir. Polis sizi saxxlayıb cərimə yazıbsa 10 gündən sonra qərar verilir. Xüsusi texniki vasitə ilə cərimə yazılıbsa protokol sürücüyə çatdırıldıqdan sonra qərar verilmiş hesab olunur.
Avtosfer.az | 6 Fevral 2023 13:00
Təşəkür edirəm sualı cavablandırdığınız üçün. Sizə bir suallımda var, Ford markalı avtomaşın 1400 motor, istesal ili 2013 və texniki baxış 2024 ilə qədər var. Təkrar qeydiyyatın risumu 84 manat eləyir. Duz hesablamışam.
Ülfət | 1 Fevral 2023 16:15
86 manat.
Avtosfer.az | 6 Fevral 2023 12:58
Məndə olan nəqliyyat vasitəsi baş etibarnaməm və oğlumun adına keçirmək istədim və BDYP nə müraciyət etmişdim. Lakin onlar məndən alqı-satqı müqaviləsinin uyğun bank ödəniş qəbzi tələb etdilər. Bu nəqədər düzdür.
Ülfət | 1 Fevral 2023 14:45
Düzgün deyil. Rəsmi şikayət edə bilərsiniz.
Avtosfer.az | 1 Fevral 2023 15:43