Salam.turbo az saytinda bezi vaz markali avtomobileri tuning ve ya pnevma oldugunun senedde qeyd olundugu deyilir. Bezi insanlardan maraqlanmiwam deirlerki senede vaz modelinin markasi qarwisindan tuninglesdirilmis ve ya pnevma qoyuluyubsa pnevmatik yazilir. Sadece bilmek isteyirem ki onu nece senedlewdirirler ve ya dovlet rusumu ne qederdir? Cunki senedlewdirilmese o mawini olkenin her yerinde ele surule bilmez ve ya satanda senede qeyd olunub yazilmaz. Zehmet olmasa cavablayardiniz. Tewekkurler
Nicat | 31 Yanvar 2023 22:34
Salam. Qeydiyyat şəhadətnaməsinə belə şeylərin yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 1 Fevral 2023 15:41
Men mawin almiwam birinci sahibini tapamira ki davernus alim
Ilkin | 31 Yanvar 2023 20:13
DYP-yə müraciət edin.
Avtosfer.az | 1 Fevral 2023 15:39
Salam masin x trel di 2003 cu il prikitq aformut elemek isteyirem texniki baxisdan kecdim problem cixmadi amma texpasportda matorun nomresi bosdur hecne yazilmayib masinda matorun nomresi var mene dediler ki nissan servisden sened al getir nissan da deyir ki masini biz satmamisiq ve getirmemisik aformut elemirler bunun rusumu ne qederdi
Elmir | 31 Yanvar 2023 16:56
Salam. DYP-yə rəsmi müraciət edin..
Avtosfer.az | 1 Fevral 2023 15:37
Salam Opel Astra h 1.3 dizel 2005ci il nəqliyat vasitəsinin addan ada Kecirmek üçün dövlet rüsumu ne qederdir?
Fərid | 31 Yanvar 2023 15:45
Salam. Bu linkə daxil olaraq rüsumu hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 1 Fevral 2023 15:36
Avtomobili adan ada kecirmek
Vusal | 31 Yanvar 2023 15:41
Sualı tam verin zəhmət olmasa.
Avtosfer.az | 1 Fevral 2023 15:36
Salam. Mercedes dörd faraya amerikanka qosdurmaqa icaze var?
Cavid | 31 Yanvar 2023 14:02
Salam. Xeyr. 150 manat cəriməsi var.
Avtosfer.az | 1 Fevral 2023 15:35
Salam her vaxdınız xeyir.Dayanma durmayla bağlıdır sualım.Meni 2021 de 7 eded kamera vastesile qerarlı cerime yazılıb onu bu il 2023-de gedib şikayet elesem mehkemeye sileller mehkeme baxar.Yoxsa verilen o 10-gün vaxtda şikayet etmeliydim.
Qaya | 31 Yanvar 2023 08:41
Salam. Qərar verilibsə şikayət etmə hüququnuz bitmiş hesab olunur artıq.
Avtosfer.az | 1 Fevral 2023 15:33
Salam chevrolet cruze 2012 ci il dalni ve bilijni led icaze var ? Men axdariram bir cvb tapa bilmirem zehmet olmasa cvb vererdiz
Elcan | 31 Yanvar 2023 00:12
Salam. Buna konkret cavab tapa bilməyəcəksiniz. Ona görə də məsləhət görürük ki, zavod işıqları ilə idarə edəsiniz.
Həmin işıqları sizin avtomobilə quraşdıran usta hansı normativ tələbi bilir ki, qadağan olub-olmadığını sizə dəqiq desin?
Bunun üçün mütəxəssis lazımdır.
Avtosfer.az | 1 Fevral 2023 15:22
Salam.zehmet olmasa deyerdiz .
Kamera vasitesi ile qayda pozulubsa ve bunu hadiseden 17 gun kecmis .kameraya baxdiqdan sonra zeng edib polis idaresine cagirilmasi duzgundurmu?duzdurse nie sisteme vurmur ?bildiyime gore 10 gun erzinde sisteme vurmidir.
Sarxan | 30 Yanvar 2023 20:30
Salam. Qayda pozmusunuzsa düzgündür.
Avtosfer.az | 1 Fevral 2023 15:20
Meni spirtli icki qebul etdiyime gore Dyo saxlayib. Alkoyester 0,34 promil gosterib. Ve protokol tertib edib Asan Pay portalina verilib. Indi meni Dyp dan cagirib deyirler ki,senin isini mehkemeye gonderirik. Protokol qerarsizdir. Bilmek isterdim,bu numkudurmu?
Elsən | 30 Yanvar 2023 18:52
Əlbəttə mümkündür. 0.3-dən yuxarı sərxoş hesab olunursunuz.
Avtosfer.az | 1 Fevral 2023 15:20
Vaz markalı avtomobillere kvadrat nömre taxmaq icazesi var?
İsmayıl | 30 Yanvar 2023 16:53
Zavod nömrə yerini hansı formada buraxıbsa həmin ölçüdə nömrə vura bilərsiniz. Digər ölçüdə qadağandır.
Avtosfer.az | 1 Fevral 2023 15:19
Salam
Sual 1: Qabaq faralarda şəffaf qoruyuvu vinil var bu qadağandırmı?
Sual 2: Arxa stoplarda 15% tündləşdirici vinil var, bu bütün hallarda qadağandır yoxsa işığ buraxma qabiliyyəti ölçülməlidir?
Pərviz | 30 Yanvar 2023 10:25
Salam. Şəffaf qoruyucu vinil işıq buraxma qabiliyyətinə təsir etmirsə olar. Amma arxaya vurduğunuz tünd plyonkanı sökün. Onu harada yoxladacaqsınız ki, işıqburaxması standarta uyğundur yoxsa yox. Ümumiyyətlə onun standartını bilirsiniz? Və ya etdirəcəyiniz yerdə standart bilən var?
Avtosfer.az | 1 Fevral 2023 15:18
Arxa yan ve arxa şüşlere perde vurmağa icaze varmi ?
Rəvan | 30 Yanvar 2023 00:04
Arxa yan və arxa şüşəyə plyonka və ya sənaye üsullu jalüz asıla bilər.
Avtosfer.az | 1 Fevral 2023 15:16
Mən bugün kiçik qəza eləmişəm.gunah qarşı avtomobildədi.mən zərərçəkənəm.amma mənim sürücülük vəsiqəmin vaxtı bitib.masinim aparıldı cərimə meydançasına.qanunla bu proses necə tənzimlənməlidir?zəhmət olmasa?
Samir | 29 Yanvar 2023 14:35
Sizə 100 manat cərimə yazılacaq.
Avtosfer.az | 1 Fevral 2023 13:04
99EK349 bu nömreli maşın kimin adınadır
Kemale | 28 Yanvar 2023 23:18
Onu biz bilmirik.
Avtosfer.az | 1 Fevral 2023 13:03
Salam,bilmək istərdim maşına hər hansısa bir şəkilin vurulması,məsələn en 1metr hümdürlük 60sm olarsa bu qanunla qadağandırmı ya yox?
Zaur | 28 Yanvar 2023 23:12
Salam. Reklam xarakterli fotoların vurulmasına görə icazə alınmalıdır.
Avtosfer.az | 1 Fevral 2023 13:02
19be131 qeydiyyat nişanlı.avtomobil kimə davernus verilib
Vilayət | 28 Yanvar 2023 20:34
Onu biz bilmirik.
Avtosfer.az | 1 Fevral 2023 12:53
Salam Mehkemeye resmi qaydada nece müraciet edek bilen varsa bizide başa salsın.
Qaya | 28 Yanvar 2023 12:51
Salam. Hüquqşünasla və ya vəkillə maraqlanın.
Avtosfer.az | 1 Fevral 2023 12:53
Salam menim mashinim Mitsubishi Pajero 2007dir.Masina standartlara uygun baqaj qurashdirmisam.Buna gore mene cerime yazila bilermi?Qeyd edimki 1ildir qurasdirilib ve hec bir polis mayoru terefinden xeberdarliq ve ya cerime olunmamisam.Amma bu gun saxlanildim ve 150 azn cerime olundugumu qeyd etdiler.Baqajin standarta uygun oldugunu desemde tekidle qeyd olunduki umumiyyetle baqaja icaze yoxdur.Xahis edirem sizden mene esasli bir cavab deyerdiniz.Onceden teshekkurler.
Rövşən | 28 Yanvar 2023 09:12
Salam. Sənaye üsulu ilə hazırlanıbsa heç bir problem yoxdur. Özü də sizin avtomobilin damında baqaj relsləri də var. Ona görə qanunidir.
Avtosfer.az | 1 Fevral 2023 12:44
Salam. Xarici işıq cihazları haqqında olan maddənin qeyd bölməsində istehsalı dayandırılmış avtomobilə digər marka və modellərin xarici işıq cihazının quraşdırılmasına yol verilir deyə yazılıb. Məndə vaz 2107 abtomobilidir. Üzərinə isə çex deyilən fara qoymuşam. Faraların üzərində HC/R yazısı var. Və bu yaxın və uzaq işıqlara halogen işıqlar qoyula bilər deməkdir. İnternet vasitəsilə öyrəndim ki halogenləri led lampalar ilə əvəz etmək olar. Əgər düzgün nizamlanmadıqda cərimə yazıla bilər. Bunun nə dərəcədə doğru olduğunu bilmək istəyirəm. Cavabınız üçün təşəkkür edirəm
Oruc | 28 Yanvar 2023 02:17
Salam. Sizin avtomobilin ehtiyyat hissəsləri hələ də istehsal edilir. Ona görə digər işıq cihazlarından isifadə edə bilməzsiniz.
Avtosfer.az | 1 Fevral 2023 12:41
salam aftomobilin qeydiyat nisanini masin bazarinda yazdirmisam radara dusur bu deqiqdi ama polis saxliyib nese cerime yaza biler buna gore ve ya duracaqa apara biler?
Ferid | 27 Yanvar 2023 23:36
Salam. Mövcud standartlara cavab vermirsə məsuliyyətə cəlb oluna bilərsiniz. Gedin 30 manat verin hər iki nömrəni DYP-dən alın.
Siz köhnə nömənin üzərini yazdırmısınız, yoxsa yeni lövhənin üzərinə yazıblar?
Avtosfer.az | 1 Fevral 2023 12:40
Salam Aleykum. Son zamanlar xalq arasında və sosial şəbəkələrdə söhbət gedir ki, mühərrikin həcmi 1200 kub sm olan avtomobilləri siğorta etmirlər. Bu problem həll olundu? İndi o həcmdə olan avtomobilləri siğorta edirlər?
Vüqar | 27 Yanvar 2023 21:49
Salam. Problemin həll edilməsi üçün vətəndaşlar şikayət ünvanlamalıdır. Heç kim şikayət etmir. Belə hal baş verdikdə Mərkəzi Banka yazılı şəkildə şikayət etmək lazımdır.
Avtosfer.az | 1 Fevral 2023 12:38
Maşının öz rengi boz olub sonradan nardo grey renge boyanıb tex pasportda boz qeyd olunub bu qanunsuzdu?
Mətin | 27 Yanvar 2023 20:34
Rəng dəyişibsə qeydiyyat şəhadətnaməsində də dəyişiklik etmək lazımdır.
Avtosfer.az | 1 Fevral 2023 12:36
Salam!Srağagünki sualım cavablanmadı,bir də sual verirəm,xahiş edirəm ciddiyə alın.Son 2-3 ildə əsasən bölgələrdə sahibsiz itlər çoxalıb.Sürü-sürü gəzirlər.Yenə qabaqlar onları tutub xüsusi saxlama yerlərinə aparırdılar.İndi buna baxan yoxdur.Çox vaxtı gecələr görmək olmur.Sualım:əgər qəza edib iti vurub öldürsəm,həmçinin vurub qaçıb getsəm mənə cərimə düşür DYP-dən və yaxud ETSN-dən?
Cavid | 27 Yanvar 2023 20:14
Salam. Qəsdən vursanız əlbəttə məsuliyyətə cəlb olunacaqsınız. Amma bilmədən olsa məsuliyyətə cəlb olunmayacaqsınız. Sadəcə qəza haqda DYP-yə məlumat verməlisiniz.
Avtosfer.az | 1 Fevral 2023 12:36
Faralara ve stoplara plonka vurmaq qanunsuzdur??
Mətin | 27 Yanvar 2023 15:26
Bəli qanunsuzdur.
Avtosfer.az | 27 Yanvar 2023 16:29
Bufersiz masin cerimesi
Oktay | 27 Yanvar 2023 09:55
Ətraflı məumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 27 Yanvar 2023 14:08
Salam yuxarı işiğın qanunla cəriməsi var?
Miri | 27 Yanvar 2023 04:02
Salam. Yuxarı işıq nədir?
Avtosfer.az | 27 Yanvar 2023 14:07
Salam her vaxdınız xeyir.Mene 2021-de BNA-İnden kamerayla çekilmiş 7 eded bu cür cerimeler gelib gec ödediyime göre debbe pulu gelib 32aznde dayanıb her bir cermeye göre 12azn debbe pulu gelib ve buda 224azn edir ve dayandığım yerlerde heç bir nişan bele yoxdur ve bununla bağlı mehkemeye de gedirem ve mene mehkeme vekil teyin edir vekilde her bir protokolo göre 50azn erize pulu isdeyir ve siz deyirsiz qanunla mehkemeye verin cerimeleri leğv etdire bilersiz.Burdan bele deyirsiz burdanda bele edirler biz kime şikayet edek derdimizi kime deyek hara müraciet edirsen ancaq pul isdeyirler ele pul olsa cerimeleri ödeyerik durub kiminse cibin doldurmaqa yox.Qanun puldan aşağı seviyede qalıb,indi siz kömeklik edin görek nece ve hansı yolla mehkemeye gedek ve bu qanundan yararlanıb cerimeleri ödeyek.
Qaya | 26 Yanvar 2023 20:28
Məhkəməyə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 27 Yanvar 2023 14:07
Salam dayanma durma kamera vastesiyle çekile biler.
Qaya | 26 Yanvar 2023 20:00
Salam. Avtobus dayanacağında daynmağa görə çəkə bilər.
Avtosfer.az | 27 Yanvar 2023 14:04
Salam menim cerimem olub gecikib mehkemeye gedib cerimeni ödemişem mehkeme işe xitam verib üstünden 35 gün keçir dyp qerarı sistemden silmir 200 azn isteyir.
Hüseynov Təhmaz | 26 Yanvar 2023 17:24
Salam. Məhkəmənin qərararını rəsmi şəkildə DYP-yə göndərin siləcəklər.
Avtosfer.az | 27 Yanvar 2023 14:04