Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Kimdi
Sinan | 8 Yanvar 2023 23:41
Biz bilmirik.
Avtosfer.az | 10 Yanvar 2023 13:03
99 dn 447 texpasport yiyesini tapmaq veya telefon nomresini tapmaq
Esed | 8 Yanvar 2023 11:10
DYP-yə müraciət edin.
Avtosfer.az | 10 Yanvar 2023 13:02
Salam. Avtomobilde at gucu artdirmağın cerimesi varmi? Meselen chiptuning ilə vəya stage 1 etmek. Qanunda əks olunubmu bele bir hal ucun qadaga?
Elmar | 8 Yanvar 2023 08:18
Salam. DYP-yə rəsmi müraciət edib ətraflı məlumat ala bilərsiniz bu haqda.
Avtosfer.az | 10 Yanvar 2023 13:02
Vaz 2107 ye momo rol Qurlaşdırmaq olar cermesi vAr ?? Nə qədərdi?
Cavanşir | 7 Yanvar 2023 10:41
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 10 Yanvar 2023 13:00
Salam . Yazıb sizə bildirirəm ki mənə 31.12.2022 tarixdə 330.0.1. - Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə cərimə tərtib olunub və məkan olaraq İnzibati xətanın törədildiyi yer:Təhqiqat 082-48841-belə göstərilib və heç bir video fotoşəkil təqdim olunmayıb yəni ne cərimənin yeri nə də ki fotosu yoxdur. Nəzərinizə çatıdrım ki 31.12.2022 tarixdə belə hadisə olmayıb. Çox xahiş edirəm mənə kömək edin. Hörmətlə Rüstəm Sarıbəyli.
Rüstəm | 7 Yanvar 2023 09:37
Salam. Bununla bağlı DİN-ə rəsmi müraciət ünvanlayın, araşdırılsın.
Avtosfer.az | 10 Yanvar 2023 12:59
Masinin arxa zadni isigini spicka qoymusduq ve qayi buna gore yasamal strafnoyuna apardi.Ve yerindece isiqlari deyismeye icaze vermedi dinlemeden strafnoya apardi.Bunun cerimesi ne qederdir ve yerindece hell oluna bilirse strafnoya apara biler?
Ilham | 7 Yanvar 2023 03:38
Durcağa apara bilər. Cəriməsi 150 manatdır.
Avtosfer.az | 10 Yanvar 2023 12:58
Salam Duman işıqlarına bəs ağ led və ya sadə lampa qoymaq olar ya ancaq sarı sadə olmalıdır?
Osman | 6 Yanvar 2023 17:34
Salam. Duman işıqlarına led nəzərdə tutulduğu halda quraşdıra bilərsiniz. Digər hallarda qadağandır. Sadə süd ağ lampa quraşdıra bilərsiniz və ya tam sarı lampa.
Avtosfer.az | 10 Yanvar 2023 12:57
Menim suruculuk vesiqem 16.05.2022ci ilden 16.05.2022ci ile qeder mehdudlawib.Ypx portalinda Mehdudlawdirilmiw gosterir.bu halda ypx emekdasi mene cerime ede bilermi? Ve cermiesi ne qederdi? Ilk defe ve 2 ci defe bele hal baw vererse
Vuqar | 6 Yanvar 2023 14:04
Siz eyni tarix yazmısınız. Məhdudlaşdırılmış halda maşın sürsəniz 200 manat cəriməsi var.
Avtosfer.az | 10 Yanvar 2023 12:56
Avtomabilin kanstruksiya deyiwikliyin cerimesi?
Vuqar | 6 Yanvar 2023 10:53
Baxır nə dəyişiklik edirsiniz.
Avtosfer.az | 6 Yanvar 2023 13:18
Ön bamperin olmamasına göre hansı cerime tedbiri var? Ve ya avtomobil bu halda cerime meydancasına qoyula bilermi?
Elşad | 6 Yanvar 2023 08:01
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/axtar?key=bufersiz
Avtosfer.az | 6 Yanvar 2023 13:18
Salam her vaxtiniz xeyir maşınım zavoddan 2 çıxışlı qulşitel başlığıynan gelib ama her ikisi sağ terefdedi men 2 ci çıxışdan elave turba atıb sola çıxartmağ isdirem tüstünün hecmi ve sesi deyişmeden. Bu qanuna ziddirmi?
Vüsal | 6 Yanvar 2023 02:19
Salam. Əslində heç bir problem yoxdur, edə bilərsiniz. Amma yol polisləri ilə mübahisəniz yarana bilər. Ona görə də tövsiyə etmirik. Ətraflı məllumat almaq üçün bu linkə daxil ola bilərsiniz. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 6 Yanvar 2023 13:17
Salam.Avtomobilin texniki baxış müddeti 22 Yanvar tarixinde bitir elave 20 günde üstüne gelende Fevralın 11-de növbeti texniki baxışdan keçmeyin son günüdür.1-ci sualım odurki,meselem men avtomobili Yanvar ayının 10-da (texniki baxışın bitmesine 12gün+20gün qalmış) DYP-da tekrar qeydiyata salsam yəni addan ada keçirende, satanda menden Avtomobilin texniki baxışdan keçirilmesini qanunla teleb ede bilerler? 2-ci sualım: Tekrar qeydiyyat zamanı avtomobilin üzerinde olan dövlet nömre nişanını deyişmesek,saxlasaq yenede 30 AZN rüsum ödenmelidir? Önceden Size teşekkür edirem.
Pərviz | 6 Yanvar 2023 01:03
Salam. Siz maşını bu il texniki baxışdan keçirməli olduğunuz üçün qeydiyyat zamanı texniki baxışdan da keçirməlisiniz. Əgər texniki baxışın vaxtı gələn il bitsəydi, o zaman qeydiyyat vaxtı texniki baxışa ehtiyac olmur. Əslində nömrə maşının üzərində qalsa da, mülkiyyətçi dəyişir. Ona görə 30 manat rüsum alınmalıdır. Sadəcə çox vaxt almırlar.
Avtosfer.az | 6 Yanvar 2023 13:14
Salam.Mitsubishi outlander 2008 ön duman faralara wrangler işıalar qoymağ olarmı? Texpasportda Tip Universal gedir 4x4 dür. Və bir sualımda odur ki texpasportda qeyd edilməyib neçə yerlik olduğun hardan bilə bilərəm?
Osman | 5 Yanvar 2023 23:00
Salam. Həmin faralara icazə yoxdur. Avtomobildə neçə oturacaq varsa adam sayı da ona görədir.
Avtosfer.az | 6 Yanvar 2023 13:11
Mersedes2.3matorun aformutun qiymətin bilməy istəyiriy
Natiq | 5 Yanvar 2023 21:29
Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Yanvar 2023 13:09
Salam axşamınız xeyir. Sualım Qəza ilə bağlıdır. Məni qarşımda hərəkət edən avtomobil iki dəfə çaşdırıb nəticədə qəza etmişəm. Və kamera görüntüləri var ama mənə verilmir. Polis tərəfindən də baxılmır. Şifahi olaraq mənim şef olduğum deyilir. Sualım budur ki əgər o mawin məni cawdiribsa iki dəfə burda günahkar kimdir və belə olan halda hansı tebbier görülür.. qeyd edimki mawin digər yerlərə çırpılaraq aşıb və məni cawdiran mawin saxlanılıb sürüb gedib
Kamran | 5 Yanvar 2023 20:39
Salam. Görüntünü görmədən sizin səhv və ya düz olduğunuzu deyə bilməyəcəyik. Amma şikayətiniz varsa Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət edə bilərsiniz.
Avtosfer.az | 6 Yanvar 2023 13:08
Salam vaz markali avtomobillere senayi usulu ile hazirlanmiw tundlewdirilmish shushe qoymaqa icaze var ? Varsa nece faize kimi icaze var yoxdursa cerimesi negederdi
Elshad | 5 Yanvar 2023 14:57
Salam. Arxa yanlara istədiyiniz faizdə quraşdıra bilərsiniz. Amma alın şüşəsinin 25 faiz, qabaq yan şüşələrin isə 30 faiz sənaye üsullu tündləşdirilməsinə icazə verilir.
Avtosfer.az | 6 Yanvar 2023 13:07
salam. öncəki sualımı cavablandırdığınız üçün teşekkür edirəm. bəs minik avtomobilini ön bamper olmadan idare etmək olar?
kamran | 5 Yanvar 2023 14:42
Salam. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 6 Yanvar 2023 13:05
Salam aleykum.Avtomobilin on buferi olmadan avtomobili idarə etmek olar?Bu halda avtomobil duracağa aparıla bilər?
Babək | 5 Yanvar 2023 14:38
Salam. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 6 Yanvar 2023 13:05
2014 cu il sade nivaya urban buferi qoymaq olar ?neticede kuzalar eynidi
Faiq | 5 Yanvar 2023 14:08
Bəli qoymaq olar. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 5 Yanvar 2023 14:14
Salam bizde tayota prado 2010 cu il 2.7 matordu. Avtomobilin ön hissesinde və arxa hissesinde deyişikliklər etmişik,bir sözle avtomobil 2020 modele yiğilib.indi bilmek istediyim biz bu sened işlerinde hansi deyişikliyi etmeliyik,prosedur nece olur ve xerci ne qederdir. Önceden teşekkürler
Cahangir | 5 Yanvar 2023 12:35
Salam. Eyni kuzadırsa dəyişikliyə heç bir problem yoxdur. Belə dəyişikliyə görə sənədləşməyə də ehtiyac yoxdur.
Avtosfer.az | 5 Yanvar 2023 14:05
Salam niva avtamabilernde bufer deysikliyiyi neceqiy qanuna uyqundurmu tex pasportda unversal yazlib birde hava yasdiqi otrucu falan yaoxdusa cerme dusmemeldi her halda ?
Faiq | 4 Yanvar 2023 22:06
Salam. Sualınız aydın olmadı. Zəhmət olmasa aydın şəkildə ifadə edin fikrinizi.
Avtosfer.az | 5 Yanvar 2023 14:04
Maşınım getdiyi yerde çoxdan yatmadı amma abarot açmadı ki getsin. Səbəbi
Nurlan | 4 Yanvar 2023 21:27
Səbəbini ustalardan soruşun.
Avtosfer.az | 5 Yanvar 2023 14:03
Salam.Mənim avtomobilim santafe 2011 di.Faraların üstündə hcr yazılıb,mən burada leddən istifadə edə bilərəmmi?
Şahin | 4 Yanvar 2023 20:46
Salam. Bunu mütəxəssislər bilir. Onlarla məsləhətləşə bilərsiniz.
Avtosfer.az | 5 Yanvar 2023 14:03
Avtomobilimin on bamperini boyamaq meqsedi ile sokmek isteyirem. Bu zaman avtomobili bampersiz idare etdikde YPX saxladiqda hansi arayisi teleb edecek ve bu arayishi hardan elde etmek olar?
Kamran | 4 Yanvar 2023 15:41
Belə bir arayış olmur. Əgər qəzaya düşmüş olsanız, o zaman forma 3 təqdim edə bilərsiniz.
Avtosfer.az | 5 Yanvar 2023 14:02
Kecmisde olunan qayda pozuntusu indi vurula biler ? Ne sekil var ne bisey
Nizami | 3 Yanvar 2023 23:24
Qayda pozuntusunu 1 il ərzində qərarlı edə bilərlər. Qanun buna icazə verir.
Avtosfer.az | 5 Yanvar 2023 14:01
Salam arxa prazdavek deyilen rezin bu olmadığı halda cerime edilirmi ve edilirse ne qederdi cerimesi
Rovşən | 3 Yanvar 2023 22:40
Salam. Brızqavikin olmaması nasazlıq sayılır. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2023 13:55
Salam.nizamlanmamis yol ayriciliginda duzune hereket eden avtomobil yol ayiricida dayanarag sag yoldan neqliyyat vasitesinin yoxluguna emin olur.sag yolun yalniz 20-25 metrlik mesafesi gorunur daha sonrasi maili donge oldugunnan gorunmur.duzune geden neqliyyat vasitesi sag yolda neqliyyat vasitesinin yoxluguna emin olduqdan sonra yol ayiriciya daxil olur.yol ayricinin merkezinde olarken sag yoldan boyuk suretle hereket eden avtomobil gorunmeyen hisseden cixarag yol ayrici istiqametinde gelir ve yol ayirici artig qabagi kecen neqliyyat vasitesini vurur.sag yoldan gelen masin hec bir manevr elemir ve eylecden istifade elemeyib.bu zaman gunah kimde olur?
Shamil | 3 Yanvar 2023 19:26
Salam. Günah sağ tərəfdən gələn nəqliyyat vasitəsinə yol verməyən sürücüdədir. Daha diqqətli olmaq lazımdır.
Avtosfer.az | 5 Yanvar 2023 13:53
Salam menim mawinimi qayi kastruksiye deyieildiyine qore mawini cirime meydancasina qoyub cerimasi newederdir ve men cerimeni 1 ay erzinde oduye bilerem
Emil | 3 Yanvar 2023 01:47
Salam. Baxır nə dəyişikliyi etmisiniz. Cəriməni 1 ay ərzində ödəmək olar.
Avtosfer.az | 5 Yanvar 2023 13:51
Salam texniki baxiwin vaxti bitdikden sonra nece gun idarw oluna biler masin
Elsad | 2 Yanvar 2023 22:48
Salam. 20 gün möhlət verilir. 21-ci gün kamera vasitəsilə cərimə yazılacaq.
Avtosfer.az | 5 Yanvar 2023 13:50
Salam mene sms gelibki radara duşmüsünüz girib şəkilə baxıram şəkil sanki photoşopnam düzəlib nə çən görsənirəm nədəki maşının markası və rəngi sadəcə maşının nömürəsi görsənir və işiqları. Mən şikayət edə bilərəmmi ? Qanun nə deyir. Öncədən təşəkkür edirəm
Rəşad Mehdiyev | 2 Yanvar 2023 18:15
Salam. Siz sürət həddini aşdığınız üçün radara düşmüsünüz. Gecə vaxtı olduğu üçün infra qırmızı işıq əks etdirən xüsusi texniki vasitə maşının nömrəsini qeydə alır. Sürücünün şəkildə əks olunması vaccib deyil. Ona görə də şikayətiniz əsassız hesab ediləcək.
Avtosfer.az | 5 Yanvar 2023 13:49