SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Sığortamın vaxtı bittiyine göre cerime gelib.. 06.03.2026 tarixinde asan paydan ödedim .. amma helede silinmeyib.. ne ede bilerem ?
Ramil | 15 Mart 2026 14:52
Silinəcək. Silinməsə DYP-yə rəsmi ərizə ilə müraciət edin.
Avtosfer.az | 16 Mart 2026 21:12
Salam, mənim pərdə,plyonka və jalüzlərlə bağlı sualım olacaq. E-qanun saytında baxdığım məlumatlara görə minik avtomobillərində arxa yan şüşələrə örtük(pərdə,plyonka,jalüz) çəkilməsinə heç bir qadağa yoxdur. Amma başqa bir yerdə belə bir məlumat oxumuşdumki deyəsən may ayının 1 dən, noyabrın 15 ə kimi icazə verilir? Nunu tam dəqiq ətraflı izah edə bilərsiz zəhmət olmasa. 2 ci sualım isə 2si bir yerdə məsələn plyonka və pərdədən eyni zamanda istifasə etmək olar? Bunları ətraflı izah edərsizdə zəhmət olmasa
Ulvi | 15 Mart 2026 10:24
Salam. Yalnız plyonka çəkilməyə icazə verilir.
Avtosfer.az | 16 Mart 2026 21:11
Kaylovur icaze varmi
Amin | 14 Mart 2026 10:46
Xeyr.
Avtosfer.az | 16 Mart 2026 21:10
Salam. Vaz 21014 avtomobilinə hec bir konstruksiya dəyişikliyi etmədən , ön və arxa hissəyə ( pasatka ) verilirsə buna görə cərimə və ya hansı maddə var zəhmət olmasa deyərsiz.
Kənan | 14 Mart 2026 03:22
Salam. Dəyişiklik etmədən "pasatkanı" necə verirsiniz?
Avtosfer.az | 16 Mart 2026 21:10
Salam maşın sahibini nömrəsini axtarıram köməklik edersiniz mene
Orxan | 13 Mart 2026 21:01
Salam. Bu məlumatları yalnız DYP bilir.
Avtosfer.az | 16 Mart 2026 21:09
Masınımı vurub qaçıb nece tapa bilerem 90FJ379
Natiq | 13 Mart 2026 20:19
DYP-yə müraciət etməklə.
Avtosfer.az | 16 Mart 2026 19:07
Salam,men mawini ikinci cerigede saxlamiwam lakin qabab oturacaqlarda uwaqlarim mawinda idi,yaniki mawinda adam var ve polis cekendede wekilde gorunurki adam var mawinda,bu halda mene cerime yazila biler?
Ferid | 13 Mart 2026 19:09
Salam. Əlbəttə yazıla bilər. Maşının içində siz də olsanız cərimə yazılmalı idi. Maşında adamın olması sizi məsuliyyətdən azad etmir axı.
Avtosfer.az | 16 Mart 2026 19:06
Nece əlaqə saxlayaq sizinlə
Ibrahim | 13 Mart 2026 17:25
Bu nömrəyə zəng etməklə. +994703351559
Avtosfer.az | 16 Mart 2026 19:05
men irana vew yolmaq isteyirem
Hicran | 13 Mart 2026 15:01
Bura xəbər saytıdır.
Avtosfer.az | 16 Mart 2026 19:04
Salam her vaxtiniz xeyir. Bir mesele haqqinda sizden melumat almaq isterdim. Men 12.03.2026 ci il tarixde mene mexsus olan avtomobilimle hereketde olarken ypx avtomobilinin uzerinde olan "aypatrul" vasitesiyle sured heddini asdigima gore cerime olunmusam. Lakin hemin vaxt ypx avtomobili konkret olaraq suruculerin aydin gorme zonasindan kenarda, yeni maneə arxasinda, reklam lovhesinin arxasinda gizlenib xidmet aparirdi. Sexsi kabinetde olan foto goruntude bu aciq aydin gorsenir. Bununla bagli mene yazilan cerimenin legviyle bagli BDYPI ye sikayet etmek isteyirem. Meslehetiniz nedir ?
Ali | 13 Mart 2026 10:42
Salam. Şikayət edə bilərsiniz.
Avtosfer.az | 16 Mart 2026 19:04
Salam lizing masini ada kecirmek ucun hansi proseslerden kecmek lazimdir ? Texniki baxis muddeti hele bitmeyib.
Asif | 13 Mart 2026 08:26
Salam. Lizingin nümayəndəsi ilə birgə DYP-yə gedib maşını adınıza keçirməlisiniz adi qaydada.
Avtosfer.az | 16 Mart 2026 19:03
Texpasport yoxlamaq
Rəşad | 12 Mart 2026 21:46
Biz yoxlaya bilmirik.
Avtosfer.az | 16 Mart 2026 19:01
90 HK 242 nomrəli maşının şəklin istəyirəm
Məzahir | 12 Mart 2026 21:43
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 16 Mart 2026 19:01
Tofaşa formula təkər taxmağın cəriməsi var? Varsa nə qədərdi
Eltun | 12 Mart 2026 09:35
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/07-suruculeri-bu-tekerlerden-istifade-ede-biler-i%CC%87zah-231969
Avtosfer.az | 16 Mart 2026 18:59
Hər vaxtınız xeyir,FORD_tranzit yük maşini idarə edirəm,arxada STOP_farasinin yanında 10/9-olcude led işiqla techiz olunmuş işiq quraşdirmişam. maşini ancaq geri verende qoşulur,səbəb arxanı güzgüdən aydın görmək ve təhlükəsiz geri vermək üçündür.ancaq maşini geri verende qoşulur başqa vaxtlarda istifade olunmur,bele bir hal qayda pozuntusu hesab olunur?istifadesine icazə var?
İlham | 12 Mart 2026 09:22
Buna icazə yoxdur. Cərimə yazıla bilər.
Avtosfer.az | 16 Mart 2026 18:58
77-TO-368 nömrəli avtomobilin sahibi haqqında məlumat bilmək istəyirəm
Ruslan | 12 Mart 2026 02:32
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 16 Mart 2026 18:55
Arxa. Yayalarda. Rezine. Gore. Cerme. Varmi
Cavidan | 12 Mart 2026 00:27
Zavod nəzərdə tutmayıbsa quraşdırmayın. Cərimə yazıla bilər.
Avtosfer.az | 16 Mart 2026 18:52
Üzeyir Hacıbəyov Kövkəb Səfərəliyeva kəsişməsində avtobus zoçağı 24 saatdı? Gecə 23:00 da cərimələnib
Fərid | 11 Mart 2026 23:39
Saat yazılmayıbsa 24 saatdır.
Avtosfer.az | 16 Mart 2026 18:51
Ford tranzit 1999-ci il Arxa resor sayi necedene olmalidir. Menim qeyd etdiyim maşinimda 4-ededir ikisi bir yerde 8-eded buna gòre cerime var
Ferid | 11 Mart 2026 21:24
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/bu-avtomobillerin-ressorunu-artiran-suruculere-cerime-yazila-bilermi-aciqlama-vi%CC%87deo-241685
Avtosfer.az | 16 Mart 2026 18:50
Salam. Avtomobilin krloları şişirilib və bamperlərində şəkildə gördüyünüz formada dəyişiklik edilib. Bunun qanunla cəriməsi var?
Elçin Əhmədov | 11 Mart 2026 14:24
Salam. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 16 Mart 2026 18:49
Salam,mayqofda cermeler bolumunde 2 bal gorsedir,mebleg olaraq cermem yoxdu,
Vusal | 10 Mart 2026 16:27
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 11 Mart 2026 09:42
Aftomobili dikər addan dikər ada kecirmək mator 1500 il 2800 rüsum ?
Səlim | 10 Mart 2026 13:06
Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 11 Mart 2026 09:41
Arxa yaylar oluduse ve isq cihazi led lampadi qonunla duracaga aparla biler ?
Elvin | 9 Mart 2026 23:20
Quraşdırdığınız led normativ tələblərə cavab vermirsə duracağa aparıla bilər. Yaylarla bağlı bu linkə daxil olaraq məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 11 Mart 2026 09:39
1 ci qrup Qarabağ Əlili insanın avtomobil idarə etməsi qadağadırmı ?. ( 10 ildən yuxarıdır sürücülük vəsiqəsi var və dövlət avtomobil verib )
Əlipaşa | 9 Mart 2026 21:41
Vəsiqəniz varsa sürə bilərsiniz.
Avtosfer.az | 11 Mart 2026 09:37
Salam.mende NV-si vaz 2106dir.saravoyun ustune razval ustasi terefinde aliminium patstavka qoyulub ki teker ust hisse iceri olsun ki NV-si razvala duzgun dussun.buna gore cerime retbiq oluna biler.onuda qeyd edim ki bu proses NV-nin qabaq hissesini yuxari qaldirmir.sadace razval ucundur.onceden tesekkurler
Faiq | 9 Mart 2026 20:29
Salam. Yəqin ki, şayba qoyublar. Buna görə cərimə yazılmır.
Avtosfer.az | 11 Mart 2026 09:37
Salam,mene yazilmiş İXM_346.5 maddəsi ilə 23.02.2026-de Sumqayıt ş.mehekemesinde fakt ve sübutlarla işe xitam verilib ləğv olunub,lakin cərimə sistemden silinməyib,ne etməliyəm?
İlham | 9 Mart 2026 11:18
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin silsinlər.
Avtosfer.az | 11 Mart 2026 09:35
Hər vaxtınız xeyir,mən Ford tranzit yük maşini idarə edirəm,maşini axşam qaranlıq vaxtı arxaya verende STOP-işigindaki arxa işiqlar arxanı zəif işiqlandirdigi üçün elave 9/9 ölçüde STOP-işigin yanında led işig quraşdirmişam,cəriməsi var?qanunla xarici işiq tipinə aiddir?
Ilham | 9 Mart 2026 11:06
Geriyə hərəkət işığı yerləşdirmisiniz? Şəklini göndərə bilərsiniz dəqiq baxaq.
Avtosfer.az | 11 Mart 2026 09:35
Məndən bank vasitəsilə alqı satqı tələb edə bilər? Deyir maşının pulun banka qoy aldığın ama pulu bank vasitəsilə ödə. Bunu deyə bilər?
Rauf | 8 Mart 2026 19:59
Əgər alqı-satqı fiziki şəxslər arasında gedirsə tələb edə bilməz.
Avtosfer.az | 11 Mart 2026 09:34
Menim maşınımın purjunları 2013cü ilden üsdündedir ve biraz yumşalıb onun cermesi var ? Varsa bele duracağa getmelidir?
Ayxan | 8 Mart 2026 02:04
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 8 Mart 2026 09:28
Priyoraya amg (mersedes style ) fara qoşmağın cəriməsi var?
Abbas | 7 Mart 2026 23:16
Qadağandır.
Avtosfer.az | 8 Mart 2026 09:27