Banner

Cəbrayılda dəhşətli yanğın başladı - FOTO - YENİLƏNİB

Hadisə 13 Noyabr 2026 11:18
Cəbrayılda dəhşətli yanğın başladı - FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğın havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.

***10:11

Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşən şirkətlərin birinin kampında güclü yanğın baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, alov qısa müddət ərazidə genişlənib.

Avtosfer.az xəbər verir ki, hadisə yerinə dərhal müvafiq qurumların qüvvələri cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək./nocomment.az

 

 

 

 

Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh