Banner

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Xəbərlər 13 Noyabr 2026 11:23
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
WhatsApp kanalımıza abunə olun

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

“Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

 

Oxunub : 38
ŞƏRH YAZ
Ad

E-mail

Şərh