SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Evvela salam 07 ucun bele bir fara istifade etmek olar eger istifade etmek olarsa kimse meni narahat etmeyecek
Azad | 30 Oktyabr 2022 01:50
Salam. Xeyr, olmaz. Zavod avtomobili bu fara ilə istehsal ettməyib.
Avtosfer.az | 5 Noyabr 2022 13:02
Salam .mersedes 2.3 matordu deyiwib bawqa mator qoymaq isteyirem.texpasportda mator nomresini deyiwmek rusumu necayadi ? Evveleceden tewekurler
Farrux | 29 Oktyabr 2022 21:15
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 5 Noyabr 2022 13:01
22.09.2022 tarixdə Novxanı-Binəqədi yolunda səhər avtomobilimlə işə gedərkən yol hadisəsi keçirdim. Hadisə yerinə 102 qaynar xətt vasitəsiylə DYP əməkdaşı dəvət oludu. Daha sonra sığorta əməkdaşları da dəvət olundular.DYP əməkdaşının və Xalq Sığorta əməkdaşının, görüntüyə əsasən mən zərərçəkmiş şəxs olaraq təstiqləndim. DYP Xalq sığortaya forma 4 ünvanlamağına baxmayaraq sığorta şirkəti 18 gündür ki, ödəniş etmirlər. Səbəbdə odur ki, əks tərəf narazıdı. Bu nə dərəcədə doğrudur,sığorta şirkəti haçannan hüquq mühafizə orqanı olub.
Vefa | 29 Oktyabr 2022 20:49
Bu düzgün deyil. Mərkəzi Banka şikayət ünvanlayın.
Avtosfer.az | 5 Noyabr 2022 12:57
Salam her vaxtiniz xeyir isidilmis purjun kanstruksiya deyisikliyi sayilir
Asiman | 29 Oktyabr 2022 17:26
Salam. Bəli sayılır. 150 manat cəriməsi var.
Avtosfer.az | 5 Noyabr 2022 12:22
Salam.Avtomobili tamirdan taza cixardib avto elektrike gedarkan dyp saxla emiri verib maşını duracaga apardı va bildirdi ki avtomobilin uzarinda isiqlandirici qurgular yoxdu.
Hamil | 29 Oktyabr 2022 12:58
Salam. Maşının üzərinə işıqlar yox idi?
Avtosfer.az | 5 Noyabr 2022 12:21
Etibarnamə ile idarə olunan maşin surucu olmaqla diger surucu idarə ede bilermi?
Murad | 29 Oktyabr 2022 10:41
Bəli, özü maşında olmaq şərti ilə olar.
Avtosfer.az | 5 Noyabr 2022 12:11
Salam.Mende bmw39 525 modelidir. Diskler r19 bbsdir. Zavod terefinden icaze verilibmi veyaxud ypx mnei saxlaya bilermi. Saxladiqda ise cerimesi ne qederdir? Ikinci sualim ise pasatka 30 luqdu yeni 275 30 19 du cerimesi varmi varsa ne qederdi?
Sebuhi | 29 Oktyabr 2022 00:10
Salam. Zavod hansı ölçü ilə icazə verirsə həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 5 Noyabr 2022 12:10
Nömrenin kenar xetdini silmeye cerme varmı varsa neçe manatdır
Kenan | 29 Oktyabr 2022 00:05
Əslində yoxdur. Amma polislə mübahisəniz yarana bilər.
Avtosfer.az | 5 Noyabr 2022 12:08
Salam. YHH qanunun 52-ci madessinin 8-ci hissesine uyğun olaraq yüngül yol neqliyyat hadisesi baş verib. Hadiseye uyğun inzibati tedbir nece aparılmalıdır? Qezaya sebeb sürücü hansı maddeye esasen cerimelenmelidir? Etraflı melumat verseni şad olardım. Önceden teşekkürler.
Seyid | 28 Oktyabr 2022 23:35
Salam. Sürücü hansı qaydanı pozubsa onun cəriməsi yazılır.
Avtosfer.az | 5 Noyabr 2022 12:08
Kreditde olan avtomobilele davernus kimin adina verilir ve masin adina salinir? Yadaki masini alan sexș davernus vere bilermi??
Elvin | 28 Oktyabr 2022 22:36
Sualınız aydın olmadı. Maşını kim sürürsə etibarnamə ona verilir.
Avtosfer.az | 5 Noyabr 2022 12:07
Salam lada 2107 markali masina arxa nomre isigina led qoymagin cemiresi var.?
Miri | 28 Oktyabr 2022 18:33
Salam. Olmaz. adi lampa qoyun.
Avtosfer.az | 5 Noyabr 2022 12:06
Xususi teyinatli yuk avtomobillerinin sehere giris qadagandir telebini poza biler? Yeni cixan qayda qanuna esasen 8 tondan artg avtomobiller giris qadagandir
Rəsad | 28 Oktyabr 2022 18:27
İcazə yoxdursa poza bilməz.
Avtosfer.az | 5 Noyabr 2022 12:06
Salam.Bugün səhər saatlarında Koroğlu metro stansiyasının yaxınlığında ox ilə göstərilmiş yerdə 10 san-lik maşını saxlayıb adam düşürdüyümə görə yol polisi inspektoru yaxınlaşıb dayanma qaydasını pozduğumu dedi və 20 azn cərimə yazdı.Qeyd edimki ox ilə göstərilmiş yer dayanmaq qadağandır nişanının təsir zonasına aid deyil.Mən dayanmaq qadağandır nişanının təsir zinasında dayanmadımı dedim amma inspektor İXC-nin 346.1 maddəsini rəhbər tutaraq təhlükəsizlik adacığında dayanmağın qadağan olduğunu bildirdi.Xahiş edirəm cavablandırardız bu cərimə qanunidirmi?Təhlükəsizlik adacığında dayanmaq qanunvericilikdə hansı maddə ilə tənzimlənir?Təşəkkürlər
Novruz | 28 Oktyabr 2022 16:08
Salam. Bəli düz yazıb cəriməni. Təhlükəsizlik adacığında dayanma-durma qadağandır.
Avtosfer.az | 5 Noyabr 2022 12:06
Salam. Avtomobilimdə videoregistrator var. YPX inspektoru avtomobilimi saxlatdıqdan sonra çəkilişin aparıldığı barədə xəbərdar edirəm. Bəzi əməkdaşlar buna etiraz edirlər, xidmət başında olduqlarından çəkə bilməyəcəyimi bildirirlər. Mən onlara bu çəkilişin mənə məhkəmədə lazım olacağını bildirəndə mübahisə yaranır. Qanunla mən inspektorla dialoqumuzu çəkə bilərəm?
Orxan | 28 Oktyabr 2022 15:48
Salam. Konstituusiyanın 32-ci maddəsinə əsasən çəkə bilərsiniz. Konstitusiyada yazılıb ki, şəxsi həyatı çəkmək olmaz. Polisin xidməti şəxsi həyatı deyil.
Avtosfer.az | 5 Noyabr 2022 12:04
Salam maşinimin purjunlari sayi yerindedir ama qizdirilib deyirler maşin şöbeye aparilib ne etmeliyem?
Xəzər | 28 Oktyabr 2022 13:57
Salam. Qızdırmaq olmaz. Düz edir polis.
Avtosfer.az | 5 Noyabr 2022 12:03
Salam arxa bufersiz avtomabil idare etmeyime gore 150 manat cerime edilirem hal hazirda ve avtomabilim cerime dayanacagina aparilir ancaq arxa bufer olmasa bele dovlet nomre nisanim yerindedir
Qurban | 28 Oktyabr 2022 13:23
Salam. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 5 Noyabr 2022 12:02
Her vaxtiniz xeyirli olsun.ayın 26:10:2022 tarixinde Sumqayit şeherinde maşinimi ön hisseden vurdular bufer ve kapot deformasiyaya ugradi,qabag nömre ezildi ve baglanasi halda deyildi ve buferde ezik veziyyetde idi.Sumqayit DYP sigortaya teqdim etmek ucun arayiş aldim ve arayişi sigortaya aparmaq ucun gedende 27:10:2022 tarixinde saray postunda DYP emekdaşi Oruceliyev Emil Mirzeyar oglu maşinimi saxladib nomremi doyecdiyib atvorka getirib nomreni maşinin ön hissesine bagladi amma mende nomreni qabag patprese qoymuwdum ki gorsensin,cunki maşinin ön hissesine baglamaq olmur cunki nomre ve maşinin ön hissesi ezik veziyyetde idi.polis emekdawi qerarli wekilde sonra mene protok tertib etdi ki siz nomreni uzerine baglamamisiniz,men ne qeder izah etmeye calişsamda ki deformasiyaya ugrayib nomreni baglasam bele duşecek,yene polis emekdaşi qerarli 40 manatliq cerime yazdi.Ne etmeliyem?hemin polis emekdaşindan şikayet etmek isteyirem ne etmeliyem zehmet olmasa mene deyin.Bunuds deyim 102 xidmetine zeng edib şikayetimi bildirdim?102 xidmetide bildirdi ki bizde 902 melumat vereceyik,mende 902 zeng etdim dunen bu gune helede xetleri meşquldur.zehmet olmasa komeklik edesiniz.
Orxan | 28 Oktyabr 2022 10:20
Salam. Maşının qabağının əzik olması sizə əsas vermir ki, o cür avtomobil idarə edəsiniz. Nönmrəni bağlamaq mümkün deyildisə evakuatorla aparmalı idiniz.
Avtosfer.az | 5 Noyabr 2022 12:00
Salam w203 kuza mercedesdə ledə icazə var?
Arif | 27 Oktyabr 2022 22:36
Salam. Yaxşı müəxəssislə məsləhət etməlisiniz. Belə heç nə demək olur. Qaydalar çərçivəsində quraşdıra bilən varsa icazə var.
Avtosfer.az | 5 Noyabr 2022 11:58
Salam,avtomobilin zavod terefinden pnevmatik asqı qoyulmasına qadağa qoymursa,bu konstruksiya deyişikliyi sayilir?Yeni Pnevmatik asqi qoşdurmaq olarmi?
Fariz | 27 Oktyabr 2022 18:23
Salam. Zavod qoyduğu pnevmatik asqı siz dediyiniz kimi deyil.
Avtosfer.az | 5 Noyabr 2022 11:56
Yeni bu nomreni ala bilmerem?
Əflan | 27 Oktyabr 2022 14:35
DYP-yə müraciət edin.
Avtosfer.az | 27 Oktyabr 2022 15:16
77 SE 017 bu nomreni nece almaq olar ?
Əflan | 27 Oktyabr 2022 14:24
Qanunla bu nömrələr sıra sayı ilə verilir.
Avtosfer.az | 27 Oktyabr 2022 14:28
Salam 77 ES 017 nomrenin dovlet rusumu ne qederdir?
Əflan | 27 Oktyabr 2022 13:42
Salam. 30 manatdır.
Avtosfer.az | 27 Oktyabr 2022 14:02
Mawini addan ada kecirmey dovlet resumu??
Samir | 27 Oktyabr 2022 13:25
Bu linkə daxil olub hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 27 Oktyabr 2022 13:38
Salam.Arxa faralara qara plonka vurmaqa icaze verilir?
Orxan | 27 Oktyabr 2022 04:00
Salam. Xeyr.
Avtosfer.az | 27 Oktyabr 2022 11:53
Salam masinin matorxanasinda olan kuza nomresinin yaninda birka olur o ol.asa aformut etmek mumkundur ?
Elsad | 27 Oktyabr 2022 03:52
Salam. Birkanın əhəmiyyəti yoxdur. Ona görə sizə qarşı süründürməçilik olsa Daxili İşlər Nazirliyinə yazılı şəkildə şikayət ünvanlayın.
Avtosfer.az | 27 Oktyabr 2022 11:53
Salam, hervaxtiniz xeyr olsun, avtomobilime bele bir vinil vurmusam buna gore texpasporta qeyd etmek lazimdir ? etrafli melumat vererdiz zehmet olmasa. (avtomobilin ban hissesi sayilirmi ?)
Elxan | 27 Oktyabr 2022 01:13
Salam. Asfalta vurmamısınızki. Bana vurduğunuz üçün ban hissə sayılır. Bunun üçün DYP-yə müraciət etməyiniz tövsiyə olunur. Onlar qeydiyyata qoyulmasını tələb etsə, qeydiyyata aldırarsınız.
Avtosfer.az | 27 Oktyabr 2022 11:52
Hks sport qazan ses desibli keçirmir icaze olar qurasdirlmaga
Kenan | 27 Oktyabr 2022 00:44
Normativ tələbi pozmursa olar.
Avtosfer.az | 27 Oktyabr 2022 11:50
Salam, üfüqi nişanlanma xettinin pozulması tehlükesiz şeher (TŞ) kameraları vasitesile elektron protokol tetbiq oluna bilermi?
Xalil | 26 Oktyabr 2022 19:10
Salam. Bəli.
Avtosfer.az | 27 Oktyabr 2022 11:48
Salam mawinda arxa yan pencerelerde senaye usulu ile hazrlanmiw perdelerdi cerimesi varmi? Arxa pencere ise tap gorulmeyen perde bu halda cerime yazila bilermi? Zehmet olmasa melumat verersiniz?
Bəhruz | 26 Oktyabr 2022 19:02
Salam. Yol polisi cərimə yazır.
Avtosfer.az | 27 Oktyabr 2022 11:47
Salam 2107 markali avtomobilde sesguclendirici (usilitele) icaze varmi? Cerimesi varmi?
Bəhruz | 26 Oktyabr 2022 18:49
Salam. İcazə var. Cəriməsi yoxdur. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 27 Oktyabr 2022 11:45