Salam bele bir sualım var size 27 yanvar 2021 tarixdeki bmw sürücüleri bu deyişikliyi ede biler başlıqlı xeberde ses limitinin 84db oldugunu vurgulamisiz amma diger insanlarin sual cavabinda ise 74 db deye qeyd etmisiniz(meselem 11 aprel 2022 sual cevabınızda) üste gel 31 dekabr 2020 ci il tarixli sual cavabda ise 96db olaraq qeyd etmisiniz indi biz vetandaş ve sürücü olaraq hansına inanmalıyıq???? Xahiş edirem cavablayasınız
Ali | 7 Oktyabr 2022 21:29
Salam. Düz vurğulayırsınız. Baş Dövlət Yol Polisi İdarəsindın bildirilib ki, səs desibeli 74-dən yuxarı olmamalıdır.
Avtosfer.az | 10 Oktyabr 2022 13:07
Salam Suruculuk imtahanina ne qeder muddetden bir girmek olur?
Tutagki bir defe girdim ve kesildim ondan sonra ne zaman yeniden imtahanda istirak ede bilerem?
Elmar | 7 Oktyabr 2022 20:36
Bunu DYP ilə dəqiqləşdirə bilərsiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 12:19
Salam avtomobile on padprese, qabag yanlar, arxa yanlar ve arxa padprese plyonka vurmaq qanunla nece olmalidir?
Qarmoska perdeye icaze varmi arxa yanlar ve arxa padprese?
Elmar | 7 Oktyabr 2022 20:27
Salam. Alın şüşəsinə və qabaq yan şüşələrə plyonka vurulması qadağandır. Yalnız arxa yan şüşələrə və arxa şüşəyə vurmaq olar.
Avtosfer.az | 10 Oktyabr 2022 12:19
Aldigim motoskiletin 2 eded qerarsiz protokolu var onu nece sildirmek olar?
Ataxan memmedov | 7 Oktyabr 2022 18:37
Kimdən almısınızsa ona deyin ödəsin.
Avtosfer.az | 10 Oktyabr 2022 12:17
Salam her iki gozede lupa deyirem olsun yani ele seyleri xaricde msinlara yigilar her iki gozunde lupa iyle evezliyiler bmw 46 sohbet edirem
Atababa | 7 Oktyabr 2022 17:01
Bunu mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.
Avtosfer.az | 10 Oktyabr 2022 12:17
Menim suruculuk vesiqemi mehkeme cerime ile bir il muddetine suruculukden mehrum etdi bu hadisenin ustunden dord bew il otub men hecbir cerime odememiwem cunki hadise zamani gunahin 100% zerer cekende idi o mehkemeye ne vekil nede hakim lazim idi cunki hadise nezaret kamerasinin gozu qabaginda baw vermiwdi cox xahiw eledim ki o goruntuleri elde edek o zaman bilinecek kimdir gunahkar meni dinlemediler ve meni bir il suruculukden mehrum etdiler hele ustelik mene cerimede yazdilar. Men vesiqemi geri almag isteyirem yazib sizden xahiw edirem bu barede mene komeklik edesiniz. Oxudunuzsa tewekkurler
Vuqar | 7 Oktyabr 2022 11:02
Biz bu barədə sizə heç bir köməklik edə bilməyəcəyik. Əgər siz haqlı idinizsə vaxtında vəkil tutub məsələni həll etməli idiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 12:15
Menim masinim arendadi gundeliye surduyum masindi mene surmey ucun davernust verilib men hemin masini dosduma vermisam surmeya ve onun suruculuk vesiqasi olmuyub ve serxas halda idare edib menda yaninda olmusam DYP emakdasi bizi tam masin dayandigi yerda yaxinlasib gorubki icgilidi menim dosdum ve masin gedib duracaga hemin surucuyeda 500 manat piratakol yazilib indi masinin sahibi masini cixarda bilmir ekalogiyada izibati otagda bize deyillarki surucu yaxinlasin qol ceksin piratakola biz masini buraxax indida menim kencime kimki masini icgili surub masini ona men hevale etmisam gelib qol cekmelidirki biz masini cixardag bu adamda indi yoxdu qacib gedib indi men veyaxut masinin sahibi masin neca elda eda biler zehmet olmasa cvb verin??
Anar | 6 Oktyabr 2022 18:32
Həmin sürücünü tapmalısınız. Başqa çıxış yolunuz yoxdur. Hələ içkili halda, sürücülük vəsiqəsi olmadığı halda maşını ona verdiyiniz üçün sizə də cərimə yazılmalıdır.
Avtosfer.az | 10 Oktyabr 2022 12:11
Salam. Avtomobilin mühərriki və digər hissələri hazırda xarabdır, sürülməyə yaramır, bu hal həmin avtomobilin digər şəxsə satılması zamanı alqı-satqıya maneə törədirmi? Avtomobil DYP QİM-nə evakuatorla gətirilib aparılacaq.
Orxan | 6 Oktyabr 2022 15:02
Salam. Əslində qanun bunna icazə verir. Yol hərəkəti haqqında qanunun 27-ci maddəsinin VIII hissəsində qeyd olunub ki, Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir.
Avtosfer.az | 10 Oktyabr 2022 12:09
Salam keçən dəfədə yazmışdım məndə 015 majndir ona lip və sitcikers quraşdırmaq üçün lip sadəcə qabag və yanlara vurulub stickers isə nə qədər vurdura bilərəm və bunun limiti yada qanunla cəriməsi varmi
Cahandar | 6 Oktyabr 2022 14:21
Salam. Stikerlə bağlı qadağa yoxdur. Amma siz maşını stikerlə doldurub rəngini bağlayacaqsınızsa bu qadağandır.
Avtosfer.az | 10 Oktyabr 2022 12:02
Salam. Prius 20 kuOv avtomobildə lapa faradır. ( yığılma angellə birlikdə) buna görə avtomobil cərimə meydançasına apatıla bilərmi
Həsən | 6 Oktyabr 2022 13:44
Salam. Belə heç nə deyə bilmərik. Ən azından fotosu olmalıdır.
Avtosfer.az | 10 Oktyabr 2022 11:59
Salam nevahi postunda 300-500 metr qarwida mene mexsus olan avtomobili ypx emekdawi saxlatdi mawinin hepsde olduqunu bildirdi mende mawinin hepisinden xeberim olmadiqini bildirdim ozumunde vacib iwim olduqunu dedim ypx emekdawi tek idi deye mene dedikii otur mawinii arxaaya sur posta mende vacibb iwim olduqundan oturdum mawina posta surmedim yoluma davam etdimm 15-20 dk sonra sms radar vasitesile 342.5 madesiylee mene 200 manat cerime geldii menimde pravama mehkeme terefinden 1 illik mehdudiyyet verilmiwdi oda 08.09.2021 ci il 08.09.2022 ci ile qeder idi mudetti.mene ypx emekdawi terwfinden hec bir protokol verilmeyib yerinde cerimede qerarlii gelibb bu wikayetimi kime bildirimM???
Namiq islamov | 6 Oktyabr 2022 07:31
Salam. Maddəni düz yazmamısınız. 342.5 50 manat cərimədir.
Sürüb getməyiniz isə düzgün deyil. Məsələni aydınlaşdırmaq üçün DYP-yə rəsmi qaydada müraciə etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 10 Oktyabr 2022 11:58
Salam mende kia optimadi size gonderdiyim fotaya baxsaniz xarici isiq cihazlarinda ledlerden istifade ede bilerem ?
Vasif | 6 Oktyabr 2022 03:08
Salam. Bunu mütəxəssislərlə dəqiqləşdirməyiniz tövsiyə olunur. Məsələn Kia-nın rəsmi servisinə gedib, yaxşı mütəxəssislə məsləhətləşə bilərsiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 11:55
Salam sualim beledi cerime bali necevaxt sonra silinir?
Kənan | 5 Oktyabr 2022 15:25
Salam. Qərar verilən vaxtın 1 il tamamında.
Avtosfer.az | 10 Oktyabr 2022 11:53
Ön faraların tündləşdirilməsi ilə bağlı qanunda hər hansısa bir tətbiq olunan qadağa və ya inzibati cərimə vardırmı varsa nə səbəbə?
Məhəmməd | 5 Oktyabr 2022 14:13
Tündləşdirmək olmaz. Cəriməsi 150 manatdır.
Avtosfer.az | 10 Oktyabr 2022 11:53
Salam VAZ2104 üst baqaj işletmek qaydası necədir ve ya yüke göre cərimə necə ola biler
Elvin | 5 Oktyabr 2022 14:08
Salam. Maşının damına qoyulmuş baqaj sənaye üsulu ilə hazırlanmış olmalıdır.
Yükü vurarkən normadan artıq vurmaq olmaz. Yükün dağılmaması və dayanıqlı olmasını təmin etməlisiniz. Bununla bağlı Yol hərəkəti haqqında qanunun 57-ci maddəsində tələblər yazılıb. Google da axtarış verib oxuya bilərsiniz.
Avtosfer.az | 10 Oktyabr 2022 11:52
Salam bmw e36 mawindi kvadrat nomreni onu ortadan cixardib saga veya yola vurmag olar? Cerime yoxduki ona?
Emin | 5 Oktyabr 2022 13:57
Salam. Olar. Heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 10 Oktyabr 2022 11:49
SalAm men masina antiblik suse qoymag istirem on patprese senaye usulu ile hazirlanmiw buna DYP cerimesi var ya yox. Nezerinize catdirimki plonka perde yox. Sirf senaye usulu ile hazirlanmiw antiblik suse sirf o mawina nezerde tutulan
Emil | 5 Oktyabr 2022 00:28
Salam. Şəffaflığı 75 faizdən az deyilsə quraşdıra bilərsiniz.
Avtosfer.az | 7 Oktyabr 2022 16:48
Salam,kupe avtomobilimə havalı pnevma qoşdursam və texpasportda qeyd elətdirsəm cərimə yazıla bilər
Elcan | 4 Oktyabr 2022 22:12
Salam. Qadağandır.
Belə şeylər texpasporta yazılmır.
Avtosfer.az | 7 Oktyabr 2022 16:42
Salam vaz 21011 wrangler fara qadagndir ?
Elsad | 4 Oktyabr 2022 21:50
Salam. Bəli qadağandır.
Avtosfer.az | 7 Oktyabr 2022 16:41
Salam aleykum sualim aftomobnilin qabaq farlarina lupa olmadiqi halda lupa yigdirmaq qadagandirmi uzaq vuran ve yaxin vuran isiqlarin evezine ? Birde eyer zavod terefinde lupayla gelibse elave lupa qoymaq olarmi ? Cox sagolun
Atababa | 4 Oktyabr 2022 20:36
Salam. Bunu mütəxəssislə məsləhət edin. Zavod lupa quraşdırıbsa əlavə lupanı hara qurşadırırsınız?
Avtosfer.az | 7 Oktyabr 2022 16:38
Dyp yə online müraciət etmək mümkündürmü?
Mətləb | 4 Oktyabr 2022 19:43
Bu linkə daxil olub yaza bilərsiniz.
https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 7 Oktyabr 2022 16:33
Salam bagislayin narahat etdiyim ucun masin vaz 2106 masinin bawqa qoymag cerme duwur
Elnur | 4 Oktyabr 2022 14:49
Salam. Sualı başa düşmədik. Maşına başqa qoymaq nə deməkdir?
Avtosfer.az | 4 Oktyabr 2022 15:06
Masin idare etdikde geriye donmenin yalnis edilmesinin cerimesi veya cezasi nedir ve bu halda masin duracaga gede bilermi?
Ilkin | 4 Oktyabr 2022 04:06
Biz bilmirik axı siz konkret hansı hərəkətə yol vermisiniz.
Avtosfer.az | 4 Oktyabr 2022 11:55
Salam hormətli Elməddin mm,bu foto Bayıl qəs.,Qurban Abbasov 52,heyetin çıxışında çekilib,KİA heyetin bas yola çıxışı bağlamışdır,seher uşaqları mektebe apardığım saatda,hergun heyetden üst yola,yeni Xanlar küçesinə çıxıram burdan,ve bu sehneyle qarşılaşdım.Qarşisındakı Pajeto arxayla çixmaq isdeyirdi men ise onun qarşışında gördüyünüz kimi.15 deqiqe itirdik orda,yaşadığı ünvanı soruşdüq,qalxıb qapını xeylı döydük açmadılar.Arxaýa çıxıb Bunlik mağazasının yanında getdik ve neticede uşaqlar mektebe gecikdi.
Müşfiq Rəsulzadə | 3 Oktyabr 2022 20:42
Salam. Foto gəlməyib. Yenidən göndərin.
Avtosfer.az | 4 Oktyabr 2022 12:10
Salam masinin nomresin düzgün yazmamisdim nomresi 90cc852 Kia markali masinin sahibinin kim olduğu adı haqqinda nomresi haqqinda melumat ala bilerem ?
Nara | 3 Oktyabr 2022 20:01
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 4 Oktyabr 2022 11:02
Salam.Bizdə maşın sadə zoğalı rəngindədir .Biz ona zərli zoğalı rəngi vursaq sənəddə dəyişiklik olunmalıdır?
Mətləb | 3 Oktyabr 2022 18:43
Salam. Bu barədə DYP-yə müraciət edib rəsmi cavab ala bilərsiniz.
Avtosfer.az | 4 Oktyabr 2022 11:53
Salam . Sualım belədir. Mənim maşınımın aıtı alçaqdı həyətə girəndə buferi sürtür. Mən 2-3 sm rezin yastıqlar vasitəsi ilə dörd yayın dördünüdə qaldıra bilərəm?
Sabit | 3 Oktyabr 2022 13:37
Salam. Xeyr, qaldıra bilməzsiniz.
Avtosfer.az | 3 Oktyabr 2022 14:07
Salam, Texpasport itirilməsinə görə cərimə nə qədərdir?
Qemer | 3 Oktyabr 2022 12:38
Salam. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 3 Oktyabr 2022 14:07
Salam arxa yan(qapılar) şüşelere jalüz perde ve ya qarmoşka perde taxmağa icaze varmı?Deyirlerki qeza şeraitinde perdenin telleri çixib adama bata biler deye icaze yoxdu.Qeza şeraitinde şüşede para para olub adama batırda.Birde nömreleri deyişmemek şerti ile yenilemek neçeye başa gelir?(Kvadrat nömre)
Mahir | 3 Oktyabr 2022 12:35
Salam. Məftilin çıxıb kiməsə batması məsələsi ola bilməz. Ona qalsa maşının hansısa bir detalı da deformasiyaya uğrayıb sərnişinə və ya sürücüyə bata bilər.
İki nömrənin yenilənməsi 30 manat 40 qəpikdir.
Avtosfer.az | 3 Oktyabr 2022 14:06
Spoiler taxmaq qadağandırmı?
Mahir | 3 Oktyabr 2022 11:11
Xeyr, qadağan deyil.
Avtosfer.az | 3 Oktyabr 2022 12:26