SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam menim masinimnan Tusdu cixir deye yol polisi Masini cerime meydancasina apartdirdi Onun cerimesi ne qederedi? Hele ki cerime yazmayib
İlkin | 14 Aprel 2022 17:49
Salam. Buna görə maşın cərimə meydançasına aparıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 96 cı maddəsi qadağan edir bunu. Siz tüstünü aradan qaldıra bilmədiyiniz halda 50 manat cəriməsi var. İXM 342.5-ci maddə.
Avtosfer.az | 15 Aprel 2022 12:33
Nece subut ede bilersiz ki, M1 koteqoriyali avtomobil 74 dsbl di mem subut ediremki qost standartda yazilibki 2005 ci ilde 96 dsbldi sizde zehmet olmasa bu qost standartin linkin atin oxuyum baxim zehmet olmasa
Ramil | 14 Aprel 2022 15:54
Siz Tural Yusifovun yazısını oxuyub 96 deyirsiniz. Biz isə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi cavabını deyirik sizə.
Avtosfer.az | 14 Aprel 2022 16:01
Salam masinim araxa farasina plonka olmaz raziyam hansi IXM maddesine esasen olmaz.???
Ramil | 14 Aprel 2022 15:52
Salam. İXM 342.2.2 ci maddəsi. YHQ 1 saylı əlavənin III hissəsi.
Avtosfer.az | 14 Aprel 2022 16:00
MMCye mexsus avtomobili her hansi bi ada kecirmek ucun ne etmeliyem, hansi senedler lazimdir? Evvelceden tesekkurler
Fərid | 14 Aprel 2022 15:04
MMC-nin səlahiyyətli şəxsi ilə DYP-yə gedib alqı-satqı etməlisiniz.
Avtosfer.az | 14 Aprel 2022 15:59
Hyundai sonata 2013 Dumannılara hallogen ağ işıq qoymaü isteyirem.amma hallogenin üz rengi göydür,lakin işıq ağ reng vurur.göy rengi irad tutub YPX cerime ede biler? Tesekkur edirem
Toğrul | 14 Aprel 2022 11:33
Əgər işıq ağ rəng vurursa heç bir problem yoxdur.
Avtosfer.az | 14 Aprel 2022 15:59
Salam masin yoldasimin adinadi men nigah sehadetnamesi ile masini texniki baxisdan kecire bileremmi yoldasim getmeden zehmet olmasa cavablandirardiz
Ruslan | 14 Aprel 2022 09:57
Salam. Əgər maşın birgə nikah dövründə əldə edilibsə nikah şəhadətnaməsi ilə texniki baxışdan keçirə bilərsiniz.
Avtosfer.az | 14 Aprel 2022 15:58
Salam bütün kollektivi salamlayıram. Sualım Ersad müellimedir. Men copartdan Azerbaycanda olan şirket vasitesile ile auksionda maşın udmuşam. Ama aramızda anlaşılmazlıqlar baş verib. Mene huquqsunaz nece komek ede biler? Kime müraciet etmeliyem. Maşını canada dollari ile oynamışıq. Axırdada elafe məbləğ olaraq"fi" nedirse bilmirem gelibler üstüne. Yeni əlavə 1200 dollar.Mene bu məlumat verilməmişdir. Indi o pulu niye men ödemeliyem. Indi mən nə edim kime deyim qalmışam bele. Xahiş edirem bu mövzude kömək edin
Ceyhun | 14 Aprel 2022 09:21
Salam. Siz vəkilə müraciət edin.
Avtosfer.az | 14 Aprel 2022 15:57
Salam.bu sederek bazarının o biri girişində yol saga bazara dönür sol yol ise qruntavoydu demek olar ki işlək deyil,heç bir yol nişanı da yoxdur yox orda dayanıb maşınlara cerime yazir ki bazara dönərkən dönecek işigindan istifade etməmisən.bu ne derecede düzgündür?
CAVAN | 14 Aprel 2022 08:59
Salam. Yolda asfalt olmadıqda manevr zamanı dönmə işığı yandırılmamalıdır? Cərimə yazılırsa düzgündür.
Avtosfer.az | 14 Aprel 2022 15:56
Salam. Texpasporta sport yazdirilma prosesi nece olur?
Həsən | 14 Aprel 2022 08:47
Salam. Qeydiyyat şəhadətnaməsinə belə şeylər yazılmır.
Avtosfer.az | 14 Aprel 2022 15:54
Salam Aleykum.YPX emekdawi üreyi nevaxt istese saxlayıb 342.5 muherriki nasaz olan ve bele nasazligi aradan qaldırması mümkün olmayan neqiliyyat vasitesinin istismari. Bu maddeyle cerime yaza bilermi?
Gündüz | 14 Aprel 2022 05:20
Salam. Səbəb varsa saxlaya bilər. Amma dediyiniz nasazlıq aradan qaldırıla biləndirsə, buna görə cərimə yazıla bilməz.
Avtosfer.az | 14 Aprel 2022 15:54
Salam avtomobilde arxa kemer olmuyanda avtomobil duracaga temin oluna biler?
Orxan | 14 Aprel 2022 00:56
Salam. Xeyr, duracağa aparıla bilməz. Amma siz kəmərin orada olmasını təmin etməlisiniz.
Avtosfer.az | 14 Aprel 2022 15:53
Salam M1 kateqoriyali avtomobiller 96dsbl olur buz bu qost standarti 2006ci ilde 24 iyunda qebul etmiwik Olkede varmi ele paliqonki YPX numayendesi onun sesini Sumomer ile pistafon ile 3 metr 2min aborotda olcsun tebiki bularinda qost stamdarti var 31333 ve 17187 Anlamadigim odurki bu YPX numayendeleri deyirki xeyir 96dsbl deyil 86di 2022ci olde bu qost standart yenilenib Sual heqiqeten yenilenib.???
Ramil | 14 Aprel 2022 00:32
Salam. Səs desibeli 74-dür.
Avtosfer.az | 14 Aprel 2022 15:52
Salam masinin arxa farasina plonka vurmaq olarmi ve buna aid hamsi IXM yada YHQ var.???
Ramil | 14 Aprel 2022 00:23
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 14 Aprel 2022 15:50
Vaz21015 markalı, 99-BL-988 qeydiyyat nişanlı maşının sahibinin adı, yaşayış yeri və telefon nömrəsi lazımdır.Zəhmət olmasa araşdırarsız.İndidən təşəkkürlər
Əflatun | 13 Aprel 2022 22:25
Bunu biz bilmirik.
Avtosfer.az | 14 Aprel 2022 15:50
Salam 2107 qanunda peredok varsa ve ya arxasi awagidirsa cerimesi varmi ?
Vuqar | 13 Aprel 2022 21:46
Salam. Əgər konstruksiyaya müdaxilə edilibsə 150 manat cəriməsi var.
Avtosfer.az | 14 Aprel 2022 15:48
Salam bu nomreni cixarib (kvadrat) arxa nomreynen yerini deyişem yeni arxa kvadrat nomre olsa cerimesi var?
Kamran | 13 Aprel 2022 13:47
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 13 Aprel 2022 13:57
Dypi israrla nv sahibinin gelmesini teleb edir. Bu halda men hara muraciyyet etmeliyem
Orxan | 13 Aprel 2022 12:35
Keçən dəfə dedik axı, içkili şəxsə maşın verdiyi üçün o da cərimələnməlidir. Ona görə onu israrla tələb edirlər. Xahiş edirik verdiyiniz sualların cavabını diqqətlə oxuyun. Eyni mövzuda təkrar-təkrar sual verməyin.
Avtosfer.az | 13 Aprel 2022 13:57
Etibarname ile dypi e yaxinlasib neqliyyat vaistesini cixarmaq ucun sened goture bilerem? Yoxsa mutleq sekilde nv sahibi olmalidi?
Orxan | 13 Aprel 2022 10:49
Etibarnamə ilə götürə bilərsiniz.
Avtosfer.az | 13 Aprel 2022 12:21
Deməli məndə bu faradandır. Bu gün məni saxladılar, ki, faranızın belə qara olmasına icazə yoxdur. Faraları mən xaricdə OEM və İSO sertifikatlı bir şirkətdən sifarişlə gətirmişəm. Burda yığılmayıb və üzərində plyonka deyil zavod istehsalı qara şüşələrdir. İşıqötürmə qabiliyyətinə heç bir təsiri yoxdur. Həmçinin içi də qaradır. Lakin mənə faralara görə cərimə tətbiq olundu. Beynəlxalq standartlarla istehsal olunan bir mala görə mən niyə cərimə ödəməliyəm? Qanunvericilikdə belə bir şey varsa və ya qadağandırsa biri məni aydınlatsın zəhmət olmasa. Gəlib araşdırdım və əgər işıqötürmə qabiliyyətində bir problem yoxdursa, hətta plyonkaya belə icazə var dedilər.Ümummiyyətlə belə bir halda dyp saxladıqda onu nəyə əsasən təyin edirlər?Hansı maddədə bu qeyd olunub?Ətraflı izahat edə bilərsiniz zəhmət olmasa.Əgər bir norma varsa qara şüşələrə,bunu təyin edən bir cihaz olmalıdır.Polis əməkdaşı niyə mənim səhər-səhər vaxtımı almalıdır?Kustar üsulla hazırlanan fara deyil,Xaricdən gömrük rüsumunu ödəyib gətirmişəm
Emin | 13 Aprel 2022 09:46
Əgər həqiqətən də faranın iş rejiminə, işığın gücünə heç bir təsir göstərmirsə, deməli problem yoxdur. Polis əməkdaşı gözü ilə baxıb qərar verə bilməz. Bunu işıq cihazlarını yoxlayan stendlə baxıb deyə bilərdi. Siz gecikmədən qərardan məhkəməyə müraciət edin.
Avtosfer.az | 13 Aprel 2022 12:20
Salam 1.3 opel astranı adıma keçirtmək üçün nə qədər rüsum ödəməliyim ?
Füzuli | 12 Aprel 2022 22:47
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 13 Aprel 2022 12:16
Salam istismara yararsiz yaylara gore mawin cerime meydancasina gede biler bu qanunidi ? Birde cerimesi ne qederdi
Cavid | 12 Aprel 2022 12:50
Salam. Xeyr, qanunsuzdur. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 12 Aprel 2022 14:11
Salam, 1 ay əvvəl ölkəyə gəlmiş, qeydiyyata alınmış avtomobil almışam. Tekrar qeydiyyat üçün getmişəm, qeydiyyat şöbəsinin rəisi deyirki, qanunla 3 ay ərzində təkrar qeydiyyata icazə verilmir. Rəisin dedikleri qanunda öz eksin tapır? Qeyd : Amma 100 manat qarşılığında meseleni həll edə biləcəyini bildirir.
Ruslan | 12 Aprel 2022 12:37
Salam. Qanunda belə şey nəzərdə tutulmayıb. DİN-ə rəsmi qaydada şikayət edin.
Avtosfer.az | 12 Aprel 2022 14:10
salam Mende maşın daewoo gentradı qayı saxlıyıbki qabaq amatizatorlara rezin qoyulub ,perodoq üçün ,maşını 1 il olar almışam rezinen xeberim olmuyub maşını cerime meydançasına ,apardılar ,buna cerime düşür? ,ve neqeder?
Camal | 12 Aprel 2022 12:09
Salam. Əgər sonradan qoyulmuş bir şeydirsə düzgün edib.
Avtosfer.az | 12 Aprel 2022 12:25
Salam, avtomobili etibarnamə ilə idarə edirəm. Satan zaman nataryosda məlum olduki, qanunla texpasportdaki sahibi dunyasini deyisibse digər şəxsə etibarnamə verilə bilməz. Amma Bu halda avtomobili digər şəxsin adına təkrar qeydiyyat etmek olurdu. Əməkdaşların dediyine görə, bu ilin Yanvar ayından qanunda olan dəyişikliyə əsasən artıq tekrar qeydiyyatda mumkun deyil. Qanunda Belə bir deyisiklik var?
Ruslan | 12 Aprel 2022 10:02
Salam. Ölmüş şəxsin avtomobilini heç vaxt qeydiyyata qoymaq olmayıb. Kim deyirsə ki, qanun yeni dəyişib, inanmayın. Qeydiyyata qoymağın bir yolu var: Ölən şəxsin vərəsəsi müəyyən edilsin, maşın onun adına keçsin, sonra o sizin adınıza keçirtsin.
Avtosfer.az | 12 Aprel 2022 12:22
Salam. 2107 avtomobilinde arxa yan perdelere göre cerime tetbiq olunur?
Fərahim | 11 Aprel 2022 21:57
Salam. Əslində yazılmamalıdır. Kim yazırsa qanunsuzluq edir.
Avtosfer.az | 12 Aprel 2022 12:20
Bəli. Qarmoska perdeye gore yazilib. Saray postunda. Qanunsuz oldugu deyildiyi zaman 342.2.4u esas getirirler. Telefenoqrami bildiriremki yaza bilmezsiz qulaqardina vururlar. Online sikayet etdiyimiz zaman nəyi əsas gətirə bilərik protokolu ləgv etdirmək üçün. Öncədən Öz təşəkkürümü bildirirəm
Behram | 11 Aprel 2022 16:40
Onlayn şikayət edərkən telefonaqramanı əsas gətirin.
Avtosfer.az | 12 Aprel 2022 12:19
Salam. Her vaxtınız xeyir. Sürücüden arxada qalan şüşelere plyonka vurdurmaq isteyirem bu qadağandırmı ? Qadağan deyilse bilmek isterdimki max. neçe % lik plyonka çekdirmek olar ve yol polisi saxlayıb cerime yazmaq veya bunun qanunsuz olduğunu bildirerse qanunla bunu nece sübuta yetire bileremmi ki haqlı teref men olum ? Ve mende bele bir sened şekili var internet üzerinden paylaşılıb bu ne derecede doğrudur ?
İlfan | 11 Aprel 2022 16:36
Salam. Bu sənədə əsasən arxa şüşəyə və arxa yan şüşələrə istənilən tündlükdə plyonka çəkmək olar.
Avtosfer.az | 12 Aprel 2022 12:18
Salam qardaşlar maşının arxa vəe qabaq buferini çıxarmışam renglenmesi üçün ustaya verdim bu gün meni QAY saxlayıb cerime 80 manat yazıb maşını meydançaya apardım ve hansı maddeyele nezerde tutulubsa cereme.aparmaq maşını mənə demediler bu neqeder düzgündür ve qanunda bele cerme varmı.onceden teşekkürler
Seyid | 11 Aprel 2022 15:56
Salam. Buferlərin olmaması konstruktiv bütövlüyü pozur. Bu nasazlıq sayılır. Lakin belə nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 12 Aprel 2022 12:17
Etibarnamenin vaxti kecen mawini surmeyin cerimesi ne qederdi?
Qurban | 11 Aprel 2022 14:30
40 manat cəriməsi var. Yol polisi saxlasa duracağa aparacaq.
Avtosfer.az | 11 Aprel 2022 15:21
Neqliyyat vaistesi baska sexs idare edib onunda ne etibarnamesi ne suruculuk vesiqesi yoxdur Masin aparilib duracaqa Neqliyyat vaistesini cixarmaq ucun ne cerime odenilmidi ki masin sahibi masini cixarsin Ve serxos halda yazilan cerimeni kim odemelidi
Orxan | 11 Aprel 2022 13:41
Vəsiqəsi olmayan sərxoş şəxsə maşını verənə cərimə düşür: Fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Bu cərimə yazıldıqdan sonra maşını buraxmalıdırlar.
Avtosfer.az | 11 Aprel 2022 15:20