Salam aleykum.Bilmək istərdim ki maşının arxa şüşələrinə pərdə vurmağa icazə var ?(taxılıb çıxarıla bilən maqnit pərdələrdəndi) . Bununla bağlı keçən dəfə DYP əməkdaşı mənə xəbərdarlıq etdi.Əgər icazə yoxdursa hansı növ pərdələrə icazə yoxdur onu da qeyd edərdiniz . Zəhmət olmasa bu barədə mənə ətraflı məlumat verərdiniz. Diqqətiniz üçün çox sağolun.
Nicat | 2 Mart 2023 15:31
Salam. Yalnız sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifad edilə bilər. Kustar üsulla hazırlananlara icazə yoxdur.
Avtosfer.az | 2 Mart 2023 16:03
Salam, avtomobilin ( Bmw f30) qabaq ve arxa buferi amerikadan M-paket buferlərlə gəlib, bu zaman texpasporta m3 yazdırılıb dryə bir şey qanunsuzdur , düzdümü? Nə zaman əlavə qeyd kimi m3ə yığdırılıb yazdırtmaa məcburidi?
Adil | 2 Mart 2023 13:05
Salam. Belə şeyləri yazddırmağa ehtiyac yoxdur. Bufer reysterə daxil olan məlumat deyil ki, onu qeydiyyat şəhadətnaməsinə yazsınlar. Qeydiyyat şəhadətnaməsinə reysterə daxil olan məlumatlar yazılır. Məsələn: Mühərrikin nömrəsi, ban nömrəsi, şassi nömrəsi, maşının rəngi, avtomobilin qeydiyyat nişanı və.s. Buferin nömrəsi yoxdur ki, onu sənədə yazsınlar.
Avtosfer.az | 2 Mart 2023 16:02
Salam men avtomobilimi kredit yolu ile satmag isteyirem.
36 aylıg kreditle
Hansı bank vasitesi ile etmeliyem nece etmeliyem?
Ve ya natarius vasitesi ile
Xeyal | 2 Mart 2023 01:12
Salam. Bunu banklardan soruşun.
Avtosfer.az | 2 Mart 2023 15:57
Salam men 10HX072 axtariram ELIYEV ELGUN FAIQ OGLU
Elgun | 2 Mart 2023 00:51
Salam. Bizdə bu haqda məlumat olmur.
Avtosfer.az | 2 Mart 2023 15:57
Salam vaz 2105 markalı avtomobilə vaz 2107 nin arxa stoplari qoyulub bunun cəriməsi var.
Ramin | 1 Mart 2023 23:43
Salam. Bəli, 150 manat cəriməsi var. Çünki fərqli modellərdir.
Avtosfer.az | 2 Mart 2023 15:56
Elave asqi yük maşınında cerimedimi?
Orxan | 1 Mart 2023 21:37
Əlavə ressoru nəzərdə tutursunuzsa qayda pozuntusu deyil.
Avtosfer.az | 2 Mart 2023 15:55
Batamdarta qayinin dairesinde uzu socar geden duz dome isiqin yandirmaq lazimdi duz gedende?
Ramal | 1 Mart 2023 19:22
İstənilən dairəyə daxil olanda və dairəni tərk edəndə mütləq sağa dönmə işığını yandırmaq lazımdır.
Avtosfer.az | 2 Mart 2023 15:55
Salam Avtomobilin ses effektini artirmaq ucun qazanını qesnen ve ya bilerekden boşaldıb surmeyin.Cerimesi var?varsada ne qederdi?
Önceden Teşekkürler
Emin | 1 Mart 2023 18:27
Salam. Cavab verilib.
Avtosfer.az | 2 Mart 2023 15:50
Salam men 99-VX-417 Davernusunun vaxti bitir onun telefon nomresini axtariram.Kerimov Valeh Israfil oglu
Elmir | 28 Fevral 2023 22:39
Salam. Bu haqda bizdə məlumat yoxdur.
Avtosfer.az | 1 Mart 2023 12:24
Salam. Bakı şeheri Sabunçu rayonu Bakıxanov qesebesi Bakı Fehlesi deyilen erazide işıqfor işlemediyine göre yolu keçmek olmur.
Elnur | 28 Fevral 2023 20:50
Salam. BNA-nın 141 qaynar xəttinə şikayət edin.
Avtosfer.az | 1 Mart 2023 12:24
Salam Ses Desibelini kecmeden.Bilerekden Boş qazanan maşın surmeyin cerimesi var?varsada ne qederdi?
Emin | 28 Fevral 2023 18:14
Salam. O cür sürmək olmaz. Nasazlıq yaranıbsa onu aradan qaldırmaq lazımdır.
Avtosfer.az | 1 Mart 2023 12:23
Salam nivaya wrangler farası qoymaq olar??
Söhrb | 28 Fevral 2023 14:13
Salam. Xeyr, olmaz. Nivanın öz faralarından istifadə etməlisiniz.
Avtosfer.az | 28 Fevral 2023 15:45
Salam men surmek ucun davernis almisam deyisemk isdirem generalni davernis almaq isdirem deyismek olur ?
Tamerlan | 28 Fevral 2023 14:08
Salam. Bəli, olur. Maşının sahibini tapıb ala bilərsiniz.
Avtosfer.az | 28 Fevral 2023 15:45
Salam hunday santafeye pnevma cerimesi var?
Razi | 28 Fevral 2023 13:17
Salam. Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:44
Salam Her birinize Ayri Ayriligda teşekkür edirem.Aftomobil Dövlet qeydiyyat nişaninda Bayragin rengi solarsa buna gore cerme var??maşin duracaga gede biler? Ve sitandartlara uygun olmasi qanunda nece tenzimlenir?
Vusal | 28 Fevral 2023 11:09
Salam. Bəli duracağa gedə bilər. 4 bal 60 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:43
Kiya cip
77-GN-342 sahbin nomresi lazmdi
Yalcin | 28 Fevral 2023 11:02
Bizə belə məlumatlar olmur.
Avtosfer.az | 28 Fevral 2023 15:43
Salam maşınımı gece sesin coxdu deye duracaq temin olunmalıdı lakin maşın sesi qanun standartlarinan yeni ‘75-80’ desibeli kecmir ve mene dedilerki sesin cox olmasada.Maşının qazanı boşdu deye duracaq temin olunmalıdı.Sualım ondan ibaretdirki boş qazanin qanunu varsa ve eger varsa cerimesi ne qederdi
Önceden teşekkürler
Emin | 28 Fevral 2023 10:52
Salam. Səs 74 db-dən çox olmamalıdır. İşlənmiş qazların xaricetmə sistemində özündən yaranmış problem varsa bu, nasazlıq hesab edilir. 50 manat cəriməsi var.
Avtosfer.az | 28 Fevral 2023 15:42
Salam Mercedes w202 avtomobili ne led lampalar quraşdırmaq olar?
Habil | 28 Fevral 2023 10:01
Salam. Bir şərtlə quraşdırmaq olar ki, normativ tələblər pozulmasın. Onu bilən mütəxəssis də demək olar ki, yoxdur. Ona görə də quraşdırmamağınız tövsiyə olunur.
Avtosfer.az | 28 Fevral 2023 15:41
Salam. Hervaxtiniz xeyir. Bir defe sual vermisdim. Tekrar verirem. Zehmet olmasa cavablandirardiz. Mercedes w202 kuza avtomobildir. C230 amerika istehsali. Muherriki ise salan kimi donme siqnali avtomatik yanir. Zavod bele buraxib. Sonradan qurasdirilmayib. Bu halda yol polisi cerime yaza bilermi amerikankalar (donme isigi) qosulur deye?
Cavid | 28 Fevral 2023 07:45
Salam. Əgər zavod tərəfindən belə quraşdırılıbsa heç bir problem yoxdur.
Avtosfer.az | 28 Fevral 2023 15:40
Saıam menden şekilleri isdediz bura göndermek olmur nömre verin gönderim
Ibrahim | 27 Fevral 2023 23:48
Salam. 055 335 15 59 Bu nömrəyə göndərin və məlumatı da qeyd edərsiniz ki, söhbətin nədən getdiyi bilinsin.
Avtosfer.az | 28 Fevral 2023 15:34
Salam. Bir sualim var. Avtomobilde amerikanka'nin (donme siqnalinin) yanili olmasina gore cerime yazila bilermi? Onuda bildirimki avtomobil amerikankadir. Muherriki ise salan kimi avtomatik yanir. Bu halda cerime yazila bilermi?
Cavid | 27 Fevral 2023 13:50
Salam. Nə maşınıdır? Zavod o cür istehsal edib, yoxsa sonradan quraşdırmısınız?
Avtosfer.az | 27 Fevral 2023 14:35
Salam . Puckup maşın var sənədinə off road yazdirmaq istəyirəm. Tələblər nələrdi? Ümmumiyətlə sənədə ele bir şey yazilirmi? Rusumu nədi? Zəhmət olmasa məlumat verəsəsiniz. Qanunda necənci maddədi tapa bilmədim.
İbrahim | 27 Fevral 2023 13:39
Salam. Sənədə belə məlumatlar yazılmır.
Avtosfer.az | 27 Fevral 2023 14:32
Salam aleykum çox xaiş edirem ya bir yol gösderesiz artiq bezmişik Gencenin qai reisin elinnen iki günnün bir maşini cerme meydançasina aparddirir ki arxasi aşağidi men usdayam özüme aidde usdurmendderim var yük yerinde nivadi deyir reis gösderiş verib arxasi aşağidi gösderirem deyirler bizdik deyil reisin gösderişidi qanunda bele bir şey uoxdu axi aşağida durmur gedirem bir günüm itir orda men neyniye bilerem 702 di şekildeki
Ibrahim | 27 Fevral 2023 08:39
Salam. Foto gəlməyib. Yenidən göndərin. Asqı sisteminə heç bir əlavə müdaxilə etməmisiniz?
Avtosfer.az | 27 Fevral 2023 14:30
Salam nəvəm mənim maşinimi surub maşini aşirib hecbir xəsarət alan yoxdur nəvəmin 16 yaşi yoxdur cəriməsi nədir
Malik | 27 Fevral 2023 05:18
Salam. Sizə 60 manat cərimə yazılacaq.
Avtosfer.az | 27 Fevral 2023 14:29
Salam hər vaxtiviz xeir maşinim 2011 ci il istehsalidir sualim odur ki .maşini tuning elətdirmişəm ağ qara rəng.xrom hissələri qara parlaq arxa stopun içi qara parlak kraska ilə tuning olunub.qayi saxlayib deirki arxa stoplari bu cür etməyə icazə yoxdur dəyiş stoplari yeni ilə əvəz elə .bu nə dərəcədə qanunidir ? Digər sualim nömrənin orta xətlərinin silinməsinə cərimə varmi? Digər sualim isə aşagi dumanlilari jeep wrangler lupa dumanlilar ilə deişmişem icaze varmı?
Pərvin | 27 Fevral 2023 01:58
Salam. Sadaladıqlarınızın heç birinə icazə yoxdur.
Avtosfer.az | 27 Fevral 2023 14:27
Salam.mən maşınımı atamın adına keçirmək istəyirəm. Bunun rüsumu nə qədərdir
Xəyyam | 27 Fevral 2023 00:45
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 27 Fevral 2023 14:25
Niva arxa stoplarının deyişmeyin cermesi varmı?
Əliyev | 26 Fevral 2023 21:36
Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Fevral 2023 14:25
avtomobili idarə etmək hūququ verən etibarnamə ilə sərhədi avtomobillə keçmək olarmı?
Cərulla | 26 Fevral 2023 13:34
Bəli, qanunla keçmək olar.
Avtosfer.az | 27 Fevral 2023 14:24
2107 üçün 215.70.13 tekere icaze var disk 13 dü ?
Amil | 26 Fevral 2023 08:19
Bunu internet üzərindən axtarın. Əgər zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 27 Fevral 2023 14:22
Salam. Menim avtomobilim Hundai Elantra Sport 2018, olduğu halda Neqliyyat Vasitesinin Qeydiyyat Şehadetnamesinde Hundai Elantra Minik kimi qeyd olunub. Ne qeder müraciet etsem de Dövlet Yol Polisliyi terefinden Sport sözü yazılmır. Lakin Maşının sport olduğunu tesdiqleyen servis senedide var. Bu halda menim Qeydiyyat Şehadetnamesine sport yazilmali deilmi?
Elvin | 26 Fevral 2023 02:56
Salam. Servis sənədini kim verib sizə? Nəyə əsasən "sport" yazılıb həmin sənəddə?
Avtosfer.az | 27 Fevral 2023 14:21





