Salam, 1976 cı il, vaz 2103 avtomobilinə sport yaylardan istifadə edərək, maşın hündürlüyünü alçaltmaqda qanuna ziddlik varmı? Nəticədə zavod 2103 üçün ehtiyyat hissəsi hazırlamır, sadəcə yan zavodlar var ki, onlar yay və s hissələti təmin edir ancaq ladanın öz zavodu deyil.
Həsən | 21 İyul 2023 13:45
Salam. Qadağandır.
Avtosfer.az | 21 İyul 2023 14:44
Maşın parking vəziyyətində olduqda arxa qapını uşaq ( 9 yaşlı)açmaqla hərəkətdə olan digər maşını zədələyir.
Bunu görə DYP cəriməsi?
Babek | 21 İyul 2023 10:30
40 manat.
Avtosfer.az | 21 İyul 2023 14:43
Salam,arxa stopların belirli yerlerine plyonka vurulmanın cermesi varmı?
Hesen | 20 İyul 2023 21:40
Salam. Qadağandır.
Avtosfer.az | 21 İyul 2023 14:43
Eqer avtomobilin bir nomresi yoxdursa cermesi neqederdi
Roma | 20 İyul 2023 20:36
Ümumiyyətlə yoxdursa və siz maşını nörməsiz idarə edirsinizsə 4 bal 100 manatdır cəriməsi.
Avtosfer.az | 21 İyul 2023 14:41
W210 4 göz 18 lik diskler qadağandırmı?
Namiq | 20 İyul 2023 19:41
Zavod icazə vermirsə qadağandır.
Avtosfer.az | 21 İyul 2023 14:41
Salam. w211 2.4 yoxsa 2.2 benzin serfiyyatin ferqi lazimdi. Deye bilersiz?
Cesare | 20 İyul 2023 13:15
Salam. Bunu ustalardan soruşun.
Avtosfer.az | 20 İyul 2023 16:16
Zehmet olmasa mene deye bilersinizmi men mashin nomresine gore adi ve unvani nece tapa bilerem? Qabaqcadan teshekkurler
Nadir | 20 İyul 2023 11:19
Belə məlumatlar heç kimə verilmir.
Avtosfer.az | 20 İyul 2023 16:15
Salam. Avtomobil nömrələsi ilə avtomobilin kimin adına olduğünu öyrənmək mümkündür?
mamed | 20 İyul 2023 10:52
Salam. Belə məlumatlar heç kimə verilmir.
Avtosfer.az | 20 İyul 2023 16:15
Salam mən bilmək istəyirdim ki yol polisi hansı hallarda reyd keçirə bilər və hansı ərazidə.reyddə saxla əmri verdikdə mən sənədlərimi təqdim etmədən öncə necə bilə bilərəm ki reyd tam qanunidir mən yol polisindən reyddə aid hansısa yazılı beyanname istəməyin nə dərəcədə doğrudur və mən istədiyim halda yol polisi bu sənədi mənə təqdim etməlidirmi??
Heyder | 20 İyul 2023 09:44
Salam. Reyd sənəd üzərində olmur. Ona görə də siz sənəd tələb edə bilməyəcəksiniz.
Avtosfer.az | 20 İyul 2023 16:14
Salam.18 lik diskinin cəriməsi varmı w210 üçün.
Əli | 19 İyul 2023 23:59
Salam. Zavod icazə vermirsə 150 manat cəriməsi var.
Avtosfer.az | 20 İyul 2023 16:14
Salam xayiş edirem menimde sualımı cavablandradız men ictimayi neqliyatda işleyirem bu yaxınlarda geri dönme emeliyatı ederken qeza kecirdim beleki tayota markalı neqliyat vasidesi menim sürdüyüm marşurutun arxa sağ tekerinden deymişdi qeza baş vermişdi ve mene maraxlıdı dövlet yol polisi mene 327.2 madesi ile patakol yazdı 60 manat men cermeni ödedim ve mene 353.2 madesinide elave yazıb beleki elave mene 353.2 madesi ve 3 bal yazıb bu doğrudumu? Bir günün icinde ikidene made ve bu qezaya 353.2 madesi yazılırmı xayiş edirem meni melumat vererdiz
Xəyal | 19 İyul 2023 19:59
Salam. Protokolun şəklini göndərə bilərsiniz bizə? 353.2 marşruta yazıla bilməz axı.
Avtosfer.az | 20 İyul 2023 16:13
Salam dediz çekin gönderin buyurun mene gelen tarixde olmayib hadise 2 gün onnan evvel olub
Ibrahim | 19 İyul 2023 18:36
Salam. Həmin səhifəni bütöv çəkin xahiş edirik. Xətanın qeydə alınma tarixi və kabinetə yerləşdirmə tarixinin hər ikisi görünsün.
Avtosfer.az | 20 İyul 2023 16:11
Salam.avtomobil öz adımadır. Lakin avtomobilin qeydiyyyat şehadetnamesinde müherrik nömresi qeyd edilmeyib. Hemin xana bos saxlanilib
Bu kimin günahidir?
Ve men ne ede bilerem?
Ceyhun | 19 İyul 2023 12:49
Salam. Ətraflı məlumat üçün bu llinkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/texpasportda-muherrikin-nomresi-yazilmayibsa-problemi-kim-hell-etmelidir-dyp-yoxsa-surucu-206116
Avtosfer.az | 19 İyul 2023 14:50
Salam, size nece video göndere bilerem ?
Vugar | 19 İyul 2023 12:37
Salam. 055 335 15 59 nömrəsinin votsapına göndərin.
Avtosfer.az | 19 İyul 2023 14:48
salam mende toyota corolla 2015 ci ildi. Arxa faralar tundlesdirilib amma görme engelli yaratmir arxadan gelen masin isiglari rahat gorur ona gore polis saxlayib cerime yaza bilermi? ve ya stoplarin qaraltmag ne qeder duzgundu eger icaze varsa nece faiz?
Murad | 19 İyul 2023 09:41
Salam. Qaraltmaq olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 19 İyul 2023 14:47
Masin sahibin nomresin tapmaq
Resad | 19 İyul 2023 02:55
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 19 İyul 2023 14:46
Salam.menim adima quvvede olan etibarname yoxdur be adima masin yoxdur,amma mene cerimeler gelir.hara muraciet etmeli.
Nadir Haqverdiyev | 18 İyul 2023 14:10
Salam. Bu linkə daxil olaraq DYP-yə onlayn müraciət edin.
https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 18 İyul 2023 16:53
Salam. Nömrəm standarta uyğun olmadığı üçün dəyişmək istəyirəm.
Sual 1. maşının DYP-yə getməsi mütləqdir, yoxsa nömrələri aparmaq kifayət edər?
Sual 2. Maşın bacımın adınadır və mən onu adi (sürmək üçün) etibarnamə ilə idarə edirəm. Maşının sahibinin DYP-yə getməsi lazımdır?
təşəkkürlər.
Seydulla | 18 İyul 2023 10:10
Salam.
1) Nömrələri aparmaq kifayətdir.
2) Sadə etibarnamə ilə dəyişə bilərsiniz. Mülkiyyətçinin getməsinə ehtiyac yoxdur.
Avtosfer.az | 18 İyul 2023 16:37
Salam göydən çəkilən dayanma durmalar qanunidirmi?
Telman | 18 İyul 2023 09:15
Salam. Bəli qanunidir.
Avtosfer.az | 18 İyul 2023 16:32
Salam menim geniralni aftomobil almiwan aftomobili ilk sahibi senedleri ele kecirib men olmadan aftomobili yeniden bawqasinin adina davernis vere biler ? Men iwtirak etmeden gizlin wekilde. Ve yaxudda mene verilen geniralni davernisu gedib legv eletdire biler ?
Ömər | 18 İyul 2023 06:52
Salam. Sizə verilən etibarnaməni ləğv etdirib maşını əlinizdən ala bilər. Ona görə adınıza keçirin maşını.
Avtosfer.az | 18 İyul 2023 16:29
Salam masinimi 17.07.2023cu il tarixde Sumqayit seher YPX inspektoru saxlayip. Sebeb Neqliyyat vasitemin arxa stopunun qara olmasi ve arxa purjununun kesilmesi deyir. Amma dediklerinin hecbiri masinimda oz eksini tapmir. Ve cerimem olub xeberim olmayip 14manata qalxib cerimem hepsi olup. Masin duracaga temin olup. Hec bir protokol verilmeyip mene. Cerimemi odemiwem masinimi buraxmirlar duracagdan. Yalan olarag vurgulayirlarki masinin arxa stoplari ve arxa purjunlar deyisilmelidi ama qanunsuz hec bir sey yoxdu masinda. 102e melumat vermisem. Mennen hec bir YPX inspektoru elaqe saxlamir. Masinim sebebsiz yere duracagda qalib. Hara muraciet edim ve ne derecede duzgundur.
Kenan | 17 İyul 2023 21:47
Salam. DYP-yə rəsmi qaydada ərizə ilə müraciət edin.
Avtosfer.az | 18 İyul 2023 16:28
Texpasport maşında olmasa ona cərimə yazıla bilərmi?
Qabil | 17 İyul 2023 20:23
Cərimə yazılmır. Amma qanunla sürücünün üzərində olmalıdır sənədlər.
Avtosfer.az | 18 İyul 2023 16:26
Salam.EQ15758568 cerimesi nedir
Metanet | 17 İyul 2023 20:13
Salam. Onu biz bilmirik. Asanpay.az saytında elektron kabinet yaradıb baxa bilərsiniz.
Avtosfer.az | 18 İyul 2023 16:23
Salam menim masinim 2 rengdi qara qirmizi indi men onu qanunla sure bilerem ya yox senetde yazilib qara qirmizi
Fazil | 17 İyul 2023 00:17
Salam. DYP cərimə meydançasına aparır.
Avtosfer.az | 18 İyul 2023 16:20
Salam.
Sarı xətdən qıraqda saxladığım halda dayanmaya görə cərimə yazılıb.
Səbəbini isə körpüdən düşən hissədə saxladığıma görə çəkdiyini dedi. Belə bir qanun varmı.?
Emin | 16 İyul 2023 15:23
Salam. Dayanma-durmanın bir çox halları var. Bilmək lazımdır ki, hansı qaydanı pozmusunuz. Fotosu var?
Avtosfer.az | 18 İyul 2023 16:19
Salam. Meim masinim 2013 bmw f10 dur. Buferi deyisib m5 buferi qoymusam hemin buferdede dumanni isiq yoxdur. Dyp meni saxlayib dumanni isiqlarin olmadigini deyib cerime yazdi.bu isiqlarin nasaz olmasi sayilirmi m5 buferde dumanlilar olmur zaten. 2 ci sualimda odur ki eger men dumanni qoysam bmw g30 un kavadrat led dumannisini qoya bilerem mi? Ya imenno oz f10 olmalidir?
Samir | 16 İyul 2023 01:02
Salam. Duman işığının olmamasına görə cərimə yazıla bilməz. Duman işığına led quraşdırmayın.
Avtosfer.az | 18 İyul 2023 16:18
Amerikankaya gore cerime düşürmü
Ramil | 15 İyul 2023 23:03
Sonradan quraşdırılıbsa 150 manat cəriməsi var.
Avtosfer.az | 18 İyul 2023 16:16
Salam. Mende bmw f10dur. Mende texpasporta m5-e yigilib yazilib. Yeni senede qeyd olunub. Ve men ses sistemi qoydurmusam. Yeni masinin sesi gur cixir
Amma texpasporta qeyd olunub. M5-e yigilib yazilibsa ,men mashinin qazaninda deyishib m5 qazaninqoymaliyam yoxsa mecbur deilem buna? Yeni m5 qazani qoymasam f10 qazaninin ozu olsa mene cerime dusur ya yox?
Dadash | 15 İyul 2023 16:07
Salam. Səs 74 db-dən çoxdursa olmaz. Cərimə yazıla bilər.
Avtosfer.az | 18 İyul 2023 16:14
Aftoskolaya 18 yas tamam olmamis ad yazdirmag olar?
Senan | 15 İyul 2023 13:33
18 yaşı tamam olmadan yazdırmaq olar. Amma imtahan 18 yaş tamam olandan sonra verilməlidir.
Avtosfer.az | 18 İyul 2023 16:03
Salam. Men texpasportu itirmisem. Onu qanuni yolla nece berpa ede bilerem? Evvelceden tesekkur edirem.
Azar | 15 İyul 2023 11:30
Salam. Yaşadığınız ünvanın polis idarəsinə yaxınlaşın, orada itmə ilə bağlı ərizə yazın. Oradan arayış aldıqdan sonra BDYP-yə gedin. 30 dəqiqə ərzində yeni qeydiyyat şəhadətnaməsi verilməlidir.
Avtosfer.az | 18 İyul 2023 16:02




