SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Avtomobili adima resmilesdirmek isdeyirem
Tural | 25 Yanvar 2026 07:49
Çox gözəl. Sənədlərlə birgə DYP-yə yaxınlaşın.
Avtosfer.az | 25 Yanvar 2026 15:41
Nömrə ilə maşın kimin adına dı onu bilmek istəyirəm
Nihat | 24 Yanvar 2026 04:11
Bizdə belə məlumatlar olmur. Bu məlumatlar yalnız DYP-də olur.
Avtosfer.az | 25 Yanvar 2026 15:41
Pm antena bana qoyub şunurun içəriyə salmaqla qısaca pm antenasının cəriməsi varmı?
Yusif Vahidov | 23 Yanvar 2026 19:54
Bu antenanın nə funksiyası var? Şunuru hara qoşursunuz?
Avtosfer.az | 25 Yanvar 2026 15:40
Salam menim suruculuk vesiqem de 3 bal var 22.01.2025 de yazilib 22.01.2026 da silinmeli idi ama silinmiyib
Perviz | 23 Yanvar 2026 17:42
Salam. Bal cərimənin yazıldığı tarixdən deyil, qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmağa başlayır.
Avtosfer.az | 23 Yanvar 2026 19:43
Salam bugün ayın 22si 50-en-162 afdomabile airbort yoldunda kamsamoski keçidnde afdobuz dayanacaginda kanarda saxliyb koşke getmey isdedim amma yol polsi gördüm maşini tez sürdüm ve meni saxladi özünü teqdim elemden dedi afdobuz dayanacaginda nie saxlamisan men dedim kanarda saxlamişam meni cermeledi 40 azen 2 bal. Xayis edirem bununla bağlı tedbir gorun
Fazil | 23 Yanvar 2026 04:40
Salam. Qayda pozmusunuzda düzgün yazıb cəriməni. Dayanacaqdan 15 metr aralıda dayanmaq lazımdır.
Avtosfer.az | 23 Yanvar 2026 19:42
Bu rəngli arxa işığa cərimə varmı və varsa hansı maddənən zəhmət olmasa deyərdiz
Ceyhun | 22 Yanvar 2026 23:39
342.2.2-ci maddə ilə cərimə yazıla bilər.
Avtosfer.az | 23 Yanvar 2026 19:35
Salam. Maşının sadəcə damını şəkildəki kimi qara rənglətsəm DYP qanun pozuntusu hesab edə bilər?
Məhəmməd | 22 Yanvar 2026 23:03
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-bu-hisselerini-qara-reng-eden-suruculeri-ne-gozleyir-i%CC%87zah-220078
Avtosfer.az | 23 Yanvar 2026 19:34
Motoskilet lə piyada gecidi olmayan yerdə sürət hədini aşmadan birşəxsi vurdum qanunla onun cərməsi nədir və Məni hədələyir dizi əzildiyi ücün qanun la mənim hakli necə ola bilərəm
Fərrux | 22 Yanvar 2026 21:35
Bu incə məsələdir. Bunun üçün araşdırma aparılmalıdır ki, sizdə günah var, yoxsa yox.
Avtosfer.az | 23 Yanvar 2026 19:32
50-DO-801 nomreli masnin sahibinin telefon nomresi
Xodus Ramil | 22 Yanvar 2026 20:03
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 23 Yanvar 2026 19:31
62 BF 155 Nömreli masının sahibin nömresini tapa bilersiz mi
Şamil | 22 Yanvar 2026 14:55
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 23 Yanvar 2026 19:31
Salam,arendaya goturduyum masinin sonuncu etibarnamesi menim adima qalmisdi ve cerimelerde mene gelirdi,men bunu bilenen sora etibarnameni legv etdim,lakin hemin adami tapa bilmedim cerimeleri odesin ona gore pravaya mehdudiyyet qoyulub,indi heryere muraciet etmisem hec kim tapa bilmir,nece edim men işdən cixariliram adamida tapa bilmirler ,cerimeleri odemisem pravadan mehdudiyyet goturulmuyub
Elvin | 21 Yanvar 2026 16:01
Salam. Məhkəməyə müraciət edib məhdudiyyəti aradan qaldıra bilərsiniz.
Avtosfer.az | 23 Yanvar 2026 19:30
Menim maşnımın nomresi xetli nomrelerdi ve ön onmrem zedelendiyi ucun deyişməli oldum məmə ön nömrəni xetsiz verdilər arxa nomrəm xətli ön nömrəm xıtsizdir buna görə mənə cərmə yazıla bilərmi ??
Vəli | 21 Yanvar 2026 14:54
Xeyr, yazıla bilməz.
Avtosfer.az | 23 Yanvar 2026 19:29
Salam, BDYPİ nin əməkdaşı avtosferin paylaşdığı şəkil əsasında protokol tərtib edə bilər?
Fərhad | 21 Yanvar 2026 14:22
Salam. Bəli tərtib edə bilər. İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsi buna icazə verir.
Avtosfer.az | 23 Yanvar 2026 19:28
Aformleniya rüsumları
Nahid | 21 Yanvar 2026 04:59
Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 Yanvar 2026 19:28
menim sualim fort tranzitle baglodi meni dyp saxadi menim mawinimda arxa resor coxdu birde qabaq padpresde balaca cat var birde teker arxasinda olan rezinler yoxdu bu uc seye gore meni apardi cerme meydancasina buna gore 300 azn pul aldi bu ne derecede duzgundur ve bularin cermesi ne qederdi ??
elxan | 20 Yanvar 2026 23:28
https://avtosfer.az/az/oyrenek/bu-avtomobillerin-ressorunu-artiran-suruculere-cerime-yazila-bilermi-aciqlama-vi%CC%87deo-241685 Bu linkə daxil olaraq ressorla bağlı məlumat ala blərsiniz. Alın şüşəsindəki çata və palçıq fartuklarının olmamasına görə maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 23 Yanvar 2026 19:27
10 MC 600 sahibi
Eli | 20 Yanvar 2026 22:41
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 23 Yanvar 2026 19:25
Prava liseniya gedende nece elemek olar
Orxan | 20 Yanvar 2026 15:11
Sürücülük vəsiqəsini DYP-yə təhvil verməlisiniz.
Avtosfer.az | 23 Yanvar 2026 19:25
Addan ada keçirmə
Şahlar | 19 Yanvar 2026 22:21
Hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 Yanvar 2026 19:23
Masn nömrəsi deym.markasn yiyəsn deyn
Səyahət | 19 Yanvar 2026 20:07
Bizdə belə məlumatlar olmur
Avtosfer.az | 23 Yanvar 2026 19:23
Salam 2001 çi ilin VAZ 2107 .aformleniyasi məbləği nə qədərdir?
Pərviz | 19 Yanvar 2026 14:22
Salam. Hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 Yanvar 2026 19:22
Mühərrik nömrəsi tex pasportda qeyd olunmayıb ona görə rüsum nə qədər ödənilməlidir,və o avtomobili ada keçirilən zaman problem yarada bilərmi
Xalid | 18 Yanvar 2026 21:51
Nəyə görə yazılmayıb?
Avtosfer.az | 23 Yanvar 2026 19:22
Salam khazar sd markali masinin arxa yaylarinda zavod endirib qaldirmaq var buna gore cerme oluna biler?
Rufet | 18 Yanvar 2026 00:12
Salam. Bəli, cərimə yazıla bilər.
Avtosfer.az | 23 Yanvar 2026 19:20
Salam sükanı bir əl itə tutaraq bir əl isə pencərədən çıxarmağın cəriməsi var??
Sürücü | 17 Yanvar 2026 11:57
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 23 Yanvar 2026 19:20
90-ME-297 Hansı Maşındadır Və Hardadır?
Faiq | 17 Yanvar 2026 02:44
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 23 Yanvar 2026 19:19
Salam mende bmw e36 320 modeli var ili93 di deyirler senede m yazilmasa spoyler qurawdirmaq olmaz sizce ?
Qaxa | 16 Yanvar 2026 15:30
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
Avtosfer.az | 23 Yanvar 2026 19:18
Avtomobilin ön şüşəsinə yazı yazmağın cəriməsi var?
Elgiz | 16 Yanvar 2026 13:21
Yazını niyə yazırsınız? Həmin yazını evin pəncərəsinə yapışdıraraq marağınızı bu formada öldürə bilərsiniz.
Avtosfer.az | 23 Yanvar 2026 19:17
Salam mene 10 illik surme davernusu verilib sora bir illik ikiside quvvede ola biler
Sənan | 16 Yanvar 2026 01:28
Salam. Eyni avtomobilə görə?
Avtosfer.az | 23 Yanvar 2026 19:15
Masin hansi hallarda duracaga getmeli olur konstruksiya deysiklikleri baresinde yeni? hansi deyisiklik olsa masin gedir duracaga
rrrr | 15 Yanvar 2026 23:32
Normativ tələblər pozulduqda və həmin problemli yerində aradan qaldırmaq mümkün olmadıqda avtomobil duracağa yerləşdirilir.
Avtosfer.az | 23 Yanvar 2026 19:15
Nivada usilter in cerimesi var? ve masina led qurasdirilsa yerinde deyissem cerime gelir?
rrr | 15 Yanvar 2026 23:31
Ledi quraşdırmaqla qayda pozuntusuna yol vermisinizsə, onu yerində dəyişsəniz belə cərimə yazılır. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 23 Yanvar 2026 19:13
Bu 07 nin yiyəsini tapmaq isdəyirəm
Qorxmaz | 15 Yanvar 2026 22:23
Bu barədə köməklik göstərə bilməyəcəyik.
Avtosfer.az | 23 Yanvar 2026 19:12