SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam ypx emekdaslarinin avtomobilinde alkoster dovlet terefinden verilirmi? verilirsede hansi formada olur ve yoxlaniwdan havact kecmeyi baresinde her hansi bir sertifikati olmalidirmi?.Tez tez ypx emekdaslari ferqi ferqli alkosterlerden istifade ediller ve bu ne derece qanunidir?
Xalid | 21 May 2023 05:05
Salam. Dövlət tərəfindən verilir alkotester. Sertifikatı da olur. Onun formasını belə təsəvvür edə bilməyəcəyik.
Avtosfer.az | 23 May 2023 12:34
Maşının sahibi kimdir
Mehemmed | 20 May 2023 23:18
Bizdə bu haqda məlumat olmur.
Avtosfer.az | 23 May 2023 12:25
Salam. Avtomobilin stoplarına(geri hərkət zamanı yanan işıqlar hissəsi istisna olmaqıa) 15%-lik örtük çəkdirmək qanunsuzdurmu? Cəriməsi varsa nə qədərdi?
Ürfan | 20 May 2023 22:51
Salam. Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 23 May 2023 12:24
salam texniki baxisin bitmesini yoxlaya bilersiz nevaxt qutarir zehmet olmasa
ceyhun | 20 May 2023 22:35
Salam. 012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 23 May 2023 12:23
Salam menim masimda teker 15likdi 16liq teker qoya bilerem bunla bagli qanunda necedi olar olmaz ?zehmet olmasa cavablanirisaniz menimcun cox vacibdi
Ramil Huseynov | 20 May 2023 11:49
Salam. Siz istehsalçının şərtlərinə baxmalısınız ki, o maşın üçün hansı təkər ölçülərinə icazə verib.
Avtosfer.az | 23 May 2023 11:48
Salam chevrolet cruze marka avtomobilə sport yaylar quraşdırmışıq, oxlar üzrə paylanma normativlərə uyğundur, və sertifikatı var ki, hansı ki, zavodun bu maşın üçün istehsal olduğu görsənir
Uzeyir | 19 May 2023 14:41
Salam. Həmin yaylara icazə yoxdur. Zavod sport yayları həmin maşın üçün nəzərdə tutmayıb. Hansısa detal istehsal edən zavod qara şüşə də istehsal edib sertifikat verir. Bu o demək deyil ki, sertifikatı varsa onu istifadə etmək olar.
Avtosfer.az | 23 May 2023 11:47
Salam yolun hereket istiqametinde protiv dayanmis neqiliyat vastesini qarsidan gele neqliyat vastesi vurursa gunah kimde hesab olunur xais bu barede bize melumat verersiniz?
Neriman | 19 May 2023 12:57
Salam. Qəzaya bu formada qiymət vermək olmur. Belə məsələlər yerində araşdırma tələb edir.
Avtosfer.az | 23 May 2023 11:45
Salam men bilmek istiyiremki masini adima keciren zaman ne qeder dovlet rusumu odemwliyem masin 1200 kub du
Anar | 19 May 2023 11:27
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 May 2023 11:44
Salam. Sizden xahiş edirem bu sualıma aydınlıq getiresiniz. Bayıldan bibiheybete geden yolda socar petrolun qarşısında olan yolayrıcından işıqforun ümumi yaşıl işığı yandığı zaman sola dönme emeliyyatı etmişem. Ypx saxlayıb cerime ixm 327.2 etdiyimi deyir. Yhq Madde 59 un 5ci bendinde nezerde tutulduğu kimi esas sfetaforda qara ox yoxdur. Bu veziyyetde sutkanın qaranlıq hem de yağışlı mehdud görünme şeraitinde mene yazılmış cerime düzgündürmü? Yeni orda esas işıqforun içinde olmalı olan qara konturlu ox olmadığına göre, işıqforun düzgün quraşdırılmadığına göre çaşqınlıq yaranıb. Qeyd edimki, deniz mall un qabağında ve bibiheybet mescidinin düz qabağında veya şeherin diger yerlerinde bu cür işıqforlar düzgün quraşdırılır. Evvellceden cavabınıza göre teşekkürümü bildirmek isteyirem.
Azər | 19 May 2023 08:23
Salam. Qara kontur yoxdursa cərimə yazıla bilməz. Siz protokolun şəklini 055 335 15 59 nömrəsinin votsapına göndərə bilsəniz biz sizə köməklik göstərə bilərik.
Avtosfer.az | 31 May 2023 14:32
Salam mende vax2106di sukan bawligini momo ile deywmiwdim qayi cerme mrydancasna aparib 150 manat cerme yazb buraxdilar bu duzgundu sukan bawliginin sukan idare etme sistemne adiyati yoxdu axi 4gundu bu cermeni sildire bilerem yoxsa ypx haklidi?
Elsen | 19 May 2023 08:08
Salam. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 23 May 2023 11:21
Maşına sport yayları taxdırmağ marka modele uyğun sertfikatıda olanda onu texpasporta yazdırmağ lazımdı ya yox
Əkbər | 18 May 2023 23:26
Sport yaylara ümumiyyətlə icazə yoxdur.
Avtosfer.az | 23 May 2023 11:18
Texpasporta sport qeyd etmek olar?
Behruz | 18 May 2023 20:09
Xeyr.
Avtosfer.az | 23 May 2023 11:18
Salam men nomre haqda yazmisdim size demeli her iki masin gedir qeydiyyata sadece olarag bir masinda olan nomreni o biri masina vurmag isteyirik bunada yeni nomre alinacag her ikisi yeniden qeydiiyat olunacag bunun ucun her masina qeydiyyatda elave olarag 60 azn odenilmelidi?
Azer | 17 May 2023 17:01
Salam. Maşınlar sahiblərinnin adında qalmaq şərtilə nömrəsi dəyişirsə hər maşın üçün 60 manat rüsumu var.
Avtosfer.az | 18 May 2023 11:42
salam.Nivanın arxa stoplarını deyisib zavod istehsalı range rover stopları qoymusam.yol polisi buna göre meni cerime meydancasına apara bilermi?
Rüstəm | 17 May 2023 15:53
Salam. 150 manat cəriməsi var və cərimə medançasına apara bilər.
Avtosfer.az | 18 May 2023 11:41
Salam. Etibarnamenen sürülen maşin Gurgustana çixa bilirmi?
Ruslan | 17 May 2023 12:26
Salam. Qanunla çıxara bilərsiniz.
Avtosfer.az | 17 May 2023 13:30
Salam Hecbeklerde arxa silecey olmadigina gore cerime var?
Shahbaz | 17 May 2023 07:49
Salam. Xeyr. Onun cəriməsi yoxdur. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-arxa-suse-silgecini-cixaran-surucu-cerimelene-biler-i%CC%87zah-173761
Avtosfer.az | 17 May 2023 13:30
Salam , maşını öz adıma keçirmək istəyirəm. Maşının sahibi ailə üzvüdür. Hansı sənədlər lazımdır onun üçün? Keçirilmədən qabaq general dovernost eləmək lazımdır?
Cəfər | 16 May 2023 11:44
Salam. Maşının sahibi ilə gedirsiniz DYP-yə və maşını adınıza keçirirsiniz. Hər iki şəxsin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi lazımdır.
Avtosfer.az | 17 May 2023 13:27
Salam bilmek isteyirem bir masinda olan nomreni alib basqa masinda istifade etmek ucun senedlesmeye ne qeder rusum odenilmelidir ve bu proses nece bas verir
Azer | 16 May 2023 10:31
Salam. Tək nömrəni almaq olmur. Hər iki maşını aparıb qeydiyyata qoymaq lazımdır. Yəni nömrələri dəyişmək lazımdır. Hər maşın üçün 60 manat rüsum ödənilməlidir.
Avtosfer.az | 17 May 2023 13:21
Salam,maşında texniki nasazlıq yaranarsa буксир(dartmağ) olarmı yoxsa cerimedirmi?
Davud | 15 May 2023 23:15
Salam. Olar. Amma yedəyin uzunluğuna baxmaq lazımdır.
Avtosfer.az | 17 May 2023 13:19
Salam . Qaz 21 in oturacaqni başqa marka ya model maşinin oturacaqiynan evez edmey olar ?
Rüstəm | 15 May 2023 20:56
Salam. Əvəz etmək olar. Amma elə yerləşdirmək lazımdır ki, norma çərçivəsində olsun.
Avtosfer.az | 17 May 2023 12:14
Salam bagishliyin narahat eliyirem menim 18 balim var idi aprelin 23 u mene 3 bal yazib suruculuk vesiqemi götürüb müvəqqəti surmek üçün sened verdiler ve menim hal hazırda 15 balim var 1 il tamam olunmuş keçmiş cerime balim silinib men sheher qayisina yaxınlaşdim sürücüluk vesiqemi goturmeye mene bildirdiler respublika qayisina yaxınlaşim ora yaxinlashdim bildirdiler ki suruculuk huququnnan mehrum olunmusan 1 may tarixinnen xahiş eliyirəm mənə bir yol gosteresiz
Shixeli | 15 May 2023 19:34
Bu haqda sizə cavab yazmışdıq. Şikayətiniz varsa rəsmi qaydada DYP-yə müraaciət edin.
Avtosfer.az | 16 May 2023 13:51
Salam masin oz adimadi yoldasim nigah sehadetnamesi ile idare edir.Refigesi yoldasim yaninda olan zaman suruculuk vesigesi varsa avtomobili idare ede biler?
Receb | 15 May 2023 19:34
Salam. Birgə nikah dövründə əldə olunubsa rəfiqəsinə verə bilər.
Avtosfer.az | 16 May 2023 13:50
salam basqasinin masinini senetsiz idare edib ickili saxlayiblar cerimesi neqederdi ?? onceden tewekkur edirem
Azad | 15 May 2023 17:55
Salam. Əgər sürücülük vəsiqəsi varsa dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İçkili olduğunu bilə-bilə maşını ona verən şəxs isə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Avtosfer.az | 16 May 2023 13:50
Bmw e60 kuzaya pnevma olar?
Ramiz | 15 May 2023 13:16
Xeyr.
Avtosfer.az | 15 May 2023 13:21
Salam men kreditle bağlı melumat almag isiyirdim
Sebine | 15 May 2023 07:47
Salam. Bizdə belə məlumat olmur.
Avtosfer.az | 15 May 2023 12:43
Salam masini suruculuk etibarnamesi ile idera edirem dovlet qeydiyyat nisanlarini yenilemek ucun ozum muraciet ede bilerem yoxsa generalni etibarname kimin adinadisa o getmelidi dublikat eletdirmek ucun?
Azer | 14 May 2023 21:54
Salam. Sürmək üçün etibarnamə ilə də müraciət edə bilərsiniz. Heç bir problem yoxdur.
Avtosfer.az | 15 May 2023 12:42
Salam. Avtomobilin ümumi rengi göy, kapot rengi qara rəngdir. Texpasportda isə bir rəng yazılıb. Bu qanunidir ya texpasportda iki rəng yazdırmaliyam? Qanunda iki rəng yazdırmaq mövcuddur?
RASHAD | 14 May 2023 17:07
Salam. Onu DYP ilə dəqiqləşdirin. Belə məsələlərə DYP qərar verir.
Avtosfer.az | 15 May 2023 12:42
Salam nivaya arxa range rover stoplari qurasdirmaga icaze var?
Ali | 14 May 2023 15:23
Salam. Xeyr.
Avtosfer.az | 15 May 2023 12:41
Avtomobilin qabaq alin susesinde cat olarsa cerimesi ne qederdir?
Taleh | 14 May 2023 11:59
Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 15 May 2023 12:41
Salam. Zavadskoy yığılmamış bu stoplara verme olunur? Əyər olunursa nəyə əsasən? Konstruksiya dəyişikliyi sayılırsa, zəhmət olmasa izahın verərsiz.
Musahib | 14 May 2023 00:50
Salam. 150 manat cəriməsi var. Zavod bu maşın üçün həmin stopları nəzərdə tutmayıb. Bunlar sonnradan düzəlmə şeylərdir.
Avtosfer.az | 15 May 2023 12:33