Salam eyni marka model masin. Eyni il olan kicik matorlu modeli boyuk matorlu model gorunuwune sesbogucu sistemide qeder yigmaq olarmi mator deyiwilmeden yeni kicik mator yerinde qala qala boyuk mator goruwunuwune yigmaq veya qadaga varmi? Tex. Pasport deyiwilmelidimi onceden tewekkur
Ibrahim | 2 Noyabr 2020 11:34
Salam. Görünüş baxımından əlbətdə yığdıra bilərsiniz. Buna görə qeydiyyat şəhadətnaməsinə dəyişiklik edilməməlidir.
Avtosfer.az | 2 Noyabr 2020 12:44
SALAM 07ye Chex fara qoymaqa icaze var? Yoxsa cerimedi?
Yusif | 1 Noyabr 2020 23:33
Salam. Dediyiniz faranın nə olduğunu bilmədik. Şəklini göndərin zəhmət olmasa.
Avtosfer.az | 2 Noyabr 2020 12:43
Salam 1 il once masin almisam surme icazesi davernisle, indi yiyesin tapmiwam ama ada kecirmekden boyun qacirir. gah deyir isdeyem gah deyir rayondayam gahda deyir rehmete gedenim var teli sondurur. 1 aydi bele qacir mennen. nece adima kecire bilerem masini? bara muraciyyet edim. Davernisin bitme vaxtina 13gun qalib
Sahib | 31 Oktyabr 2020 23:50
Salam. Əgər sürücülük etibarnaməsidirsə adınıza rəsmiləşdirə bilməyəcəksiniz. Mütləq mülkiyyətçi gəlməlidir.
Avtosfer.az | 2 Noyabr 2020 12:42
Salam. Vaz 2106 markali avtomobilimi peredokunda olan zavod istehsali aypara demirine gore meni wtrafnoya basdilar ve 150 azn alib buraxdilar. indi sokdurmuwem, ustam dediki o demir olmasa peredokun tumbasi dagilir cun ki burjun o aypara demiri olmayanda bir bawa tumbaya oturur. İndi men onu qoydurum yoxsa yrne cerime dusur?
Elgun | 31 Oktyabr 2020 21:11
Salam. Əgər dediyiniz detal zavod tərəfindən quraşdırılmayıbsa, yenidən cərimələnə bilərsiniz.
Avtosfer.az | 2 Noyabr 2020 12:40
Masin surmek icazesi ile masini suruculuk huququ olan wexse vermiwem. Oda masini suruculuk huququ olmayan wexse verib ve qeza baw verib. Hadise gaxti masinda olmamiwam. Masinda rent a car masini idi hec bir terefin wikayeti yoxdu. Burda mene ne qeder cerime duwur?
Ibrahim | 31 Oktyabr 2020 18:40
Siz avtomobili etibarnamə ilə və yaxud yol vərəqəsi ilə vermisinizsə sizdə günah yoxdur.
Avtosfer.az | 2 Noyabr 2020 12:38
Salam. Arxa yaylar nasazdirsa masin cerime meydancasina qoyulmalidir?
Agadadas | 30 Oktyabr 2020 21:39
Salam. Avtomobildə olan nasazlığa görə avtomobil duracağa qoyula bilməz.
Avtosfer.az | 2 Noyabr 2020 12:37
Salam menim oğlum Seyidov Elmir Elman oğlu 14 yaşında velosipedle qala Mərdəkan yolunda 60 liq yolda amansızlıqla evakuator vurmuş ve 50 metr sürümüşdü ve hemin deyqe menim balama komek etmemiş 26 iyulda olub hadise indi iş gedir helede tutulmayibdi 263.2 madde qoyulub ve işe duž baxilmiyib mene deyin bele bir şey varmı ki qanunda
Sevinc | 30 Oktyabr 2020 05:19
Salam. Sualınız tam gəlməyib. Zəhmət olmasa sualınızı tam şəkildə yazın.
Avtosfer.az | 30 Oktyabr 2020 10:41
Salam eyni marka model masin. Eyni il olan kicik matorlu modeli boyuk matorlu model gorunuwune sesbogucu sistemide qeder yigmaq olarmi veya qadaga varmi? Tex. Pasport deyiwilmelidimi onceden tewekkur
Ibrahim | 29 Oktyabr 2020 11:44
Salam. Siz mühərriki dəyişmək istəyirsiniz, yoxsa görünüşü? Sualınız aydın olmadı.
Avtosfer.az | 30 Oktyabr 2020 10:40
Menim masinimi cerime meydanina apardilar.spaklovkali olduguna gore.dediler konstruksita deyisikliyi etmisem.ne protokol veribler.ne de protokol yaziblar
Genberzade Eliesker | 29 Oktyabr 2020 07:59
Buna görə avtomobilin duracağa aparılması qanunsuzsdur. Şikayət edin.
Avtosfer.az | 30 Oktyabr 2020 10:37
Salam avtomobilim vaz 2107 didir ona amerikanka patvarnik quraşdirmişam eyni ile mersedesler kimi .cerimesi varmi ? Varsa ne qederdedir ?
Ruslan | 29 Oktyabr 2020 02:39
Salam. Xeyr buna icazə yoxdur. 150 manat cəriməsi var.
Avtosfer.az | 30 Oktyabr 2020 10:35
salam.vaz 2107 yuk neqeder vura bilerem limit neqederdi arxasi duwsun deye ?
Taceddin | 28 Oktyabr 2020 20:38
Salam. Onu internet üzərindən axtarış edə bilərsiniz. Və yaxud avtomobilin kitabçasına baxın.
Avtosfer.az | 30 Oktyabr 2020 10:34
Maşının yiyəsinin mobil telefonu lazımdır.
Kia optima 90RR663 | 28 Oktyabr 2020 09:39
Bizdə olmur.
Avtosfer.az | 28 Oktyabr 2020 12:04
Salam. Vaz-2107 ye Fiat rul qoymaq olar? Cerimesi var?
Yusif | 27 Oktyabr 2020 23:21
Salam. Bəli olar. Buna görə cərimə nəzərdə tutulmayıb. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.
Avtosfer.az | 28 Oktyabr 2020 12:04
Salam eger masinin arxa susesinde plyonka varsa tekrar qeydiyyat etmek olar??
Rasim | 27 Oktyabr 2020 23:05
Salam. Bəli olar.
Avtosfer.az | 28 Oktyabr 2020 12:01
Salam menim maşınım sevralit malibudur 2016ildir rəngi ağdır onun kirisasini qara demek isdeyirem onun senet deyisikliyine ehtiyac varmi
Tural | 27 Oktyabr 2020 22:07
Salam. Bəli var. Rəng dəyişikliyi olduqdan sonra qeydiyyata aldırmalısınız.
Avtosfer.az | 28 Oktyabr 2020 12:01
salam menim masinim arxa yaylari zavodskoy 10 disdir kesilmeyib amma arxasi asagidi her hansi bir cerme nezerde tutulur?
Qurban | 27 Oktyabr 2020 21:05
Salam. Xeyr buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 28 Oktyabr 2020 12:00
salam avtomobili yan guzguleri olmadan idare etmek cerime duwurmu?
Elcan | 27 Oktyabr 2020 02:58
Salam. Yan güzgü yoxdursa avtomobil nasaz sayılır. Lakin bu nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 28 Oktyabr 2020 11:57
salam,nivaya bufer qoruyucusu ve ayaq altlari(padnoşka)qoydurmaq elave avadanlıq sayılır?
Oruc | 26 Oktyabr 2020 23:18
Salam. Əlavə avadanlıq sayılır, amma qadağan deyil. Quraşdıra bilərsiniz.
Avtosfer.az | 28 Oktyabr 2020 11:43
salam komendat saati zamani atewfewanliq zamani propkaya duwub yolu seki ile davam etdirmeyin cerimesi nedir?
Abbas | 26 Oktyabr 2020 02:04
Salam. 40 manat.
Avtosfer.az | 26 Oktyabr 2020 11:27
Salam mende lexus lx 570 avtomobilidi ve men mawinin buferlerinj ve on barmagliqlarinj sport yigdiriram bunu qeydiyat eletdirmek lazimdir?
Arzu | 25 Oktyabr 2020 21:24
Salam. Xeyr, buna görə qeydiyyata ehtiyac yoxdur.
Avtosfer.az | 26 Oktyabr 2020 11:26
Salam.Menim masinimda mator siradan cixib.yeni mator alib qoymaq isteyirem.Texpasportda matorun nomresi var yeni mator alib qoysam duz gelmeyecek nomreler. Bunun ucun ne etmeliyem. Texpasportu beznomre eletdirmeliyem ya nece?
Həmid | 24 Oktyabr 2020 12:20
Salam. Aldığınız mühərrikin mənbə sənədi varsa 55 manat 80 qəpiyə qeydiyyata qoya bilərsiniz.
Avtosfer.az | 26 Oktyabr 2020 11:26
Avtomobil duzgun olmayan yerde saxlanildigi ucun 20 manat cerime. Olunub 1 ay muddetinde cerimenin uzerine ne qeder faiz gele biler ?
Lamiye | 22 Oktyabr 2020 19:44
Günə 1 faiz gəlir. Yəni 20 qəpik.
Avtosfer.az | 26 Oktyabr 2020 11:25
Salam axsaminiz xeyir vaz 21011 de qabag purjunnarin usdunde lapa-ya icaze var ?
Ceyhun | 22 Oktyabr 2020 19:25
Salam. Lapa nədir və onu nəyə görə qoyursunuz?
Avtosfer.az | 26 Oktyabr 2020 11:24
Salam, menim avtomobilim Vaz 2107’di ona pnevmatik asqi qoymaq isteyirem. Qanun bu haqqda ne deyir? Zehmet deyilse izah ederdiz.
Əhməd | 22 Oktyabr 2020 18:40
Salam. Qanun deyir ki, əgər normativ tələb pozulacaqsa qadağandır. Qoyduğunuz asqının isə normativ tələbi pozub pozmayacağını biz belə deyə bilmərik. Onu servis mərkəzi və mütəxəssislər yoxlayıb deyə bilər.
Avtosfer.az | 26 Oktyabr 2020 11:23
Salam. Yol polisi nasazligi yerinde aradan qaldirmaq ucun ne qeder vaxt vermelidir?
Agadadas | 20 Oktyabr 2020 23:19
Salam. Nasazlığın yerində aradan qaldırılması ilə bağlı heç bir qeyd yoxdur. Siz nasazlığı yerində yox, gedib digər texniki servis mərkəzində də aradan qaldıra bilərsiniz.
Avtosfer.az | 26 Oktyabr 2020 11:22
Salam. Menim masinim daevo gentradir. Arxa yaylarim zavod istehsalidi lakin coxlu yukde surduyum ucum biraz asaqidi.buna gore dyp emekdasi mene cerme yaza bilərmi?
Ələddin | 20 Oktyabr 2020 21:51
Salam. Normadan artıq yük vurmamısınızsa heç bir problem yoxdur. Əgər yük normadan artıq olarsa, o zaman yükdaşıma qaydasını pozduğunuza görə 40 manat cərimələnə bilərsiniz.
Avtosfer.az | 26 Oktyabr 2020 11:20
Salam,polis məmim maşınlmı cerme meydançasına aparıb sebeb arxa yayların kesik olmasına görə ama kəsik deyil,telesirdim deye maşını polisə verdim apardı özü .maşın 15 ilin maşınıdı deye arxa yaylar ölüb ama kəsilməyib..indi men ne etməliyəm zehmet olmasa köməklil göstərərdiz.
Malik | 20 Oktyabr 2020 14:46
Salam. Gedin deyin ki, kəsilməyib. Buna görə sizi məsuliyyət gözləmir.
Avtosfer.az | 26 Oktyabr 2020 11:19
Salam masin almisam usdunde qerarsiz mmx var 2017 ci ilde dusub
Onu nece sile bilerem
Elgun | 20 Oktyabr 2020 14:23
Salam. Bununla bağlı https://dyp.gov.az/?/az/online/ qeyd etdiyimiz linkə daxil olaraq DYP-yə müraciət edin.
Avtosfer.az | 26 Oktyabr 2020 11:18
Salam kia rio 2006 hecbek avtomobilimin yaylari sport'dur Amerikadan ele gelib ve burda avtomobile sehadatname verilib ama bununla bagli hecne yazilmayib DYP emektaslari ile buna gore problem yasaya bileremmi ve konstruksia deyisikliyi sayilirmi ? Onceden tesekkurler ))
Kenan | 20 Oktyabr 2020 00:52
Salam. Bununla bağlı qeydiyyat şəhadətnaməsinə əlavə qeyd yazılmamalıdır. Normativ tələbi də pozmursa deməli problem yoxdur.
Avtosfer.az | 26 Oktyabr 2020 11:17
O zaman YPX inspektoru avtomobili saxlayib tereddudle iddia etseki elave avadanligdir.Ne etmeliyem?ve ne teleb etmeliyem inspektordan
Royal | 19 Oktyabr 2020 23:39
Deyin ki, normativ tələbin pozulmasını sübut etsin.
Avtosfer.az | 26 Oktyabr 2020 11:16