Salam, men yol qezasi toretmisdim, ve mehkemnin 6 noyabr 2019cu il qərarı ilə men 1 illik suruculuk huqundan mehrum edilmisem, indi menim cezam basa catib, bilmek isteyirem ki mene pravam imtahansiz verilecey ya yox? zehmet olmasa cavablandirin
Fərman | 11 Noyabr 2020 20:49
Salam. 1 ilə kimi məhdudlaşdırılanda imtahansız qaytarılır. Hara təhvil vermisinizsə həmin yerdən geri alın.
Avtosfer.az | 13 Noyabr 2020 13:58
Salam Avtomobilime iceri salonda tehlukezsizlik karkasi elave etmisem bilmek isterdim yol polisi buna gore mene cerime yaza bilermi elave avadanliq kimi. nezere catdirim ki bu karkaz Allah elemisin qeza bas verse avtomobili maxsimum defarmasiyadan qoruyacaq.Onceden tesekkurler
Ramin | 11 Noyabr 2020 20:01
Salam. Əgər görüntünü məhdudlaşdırmırsa, sürücü və sərnişinə mane olmursa cərimə yazıla bilməz.
Avtosfer.az | 13 Noyabr 2020 13:50
Salam. Bu sekile gore masin qoyula bilermi cerime meydancasina?
Agadadas | 11 Noyabr 2020 17:38
Salam. Şəkil gəlməyib.
Avtosfer.az | 13 Noyabr 2020 13:48
Salam. avtomobil priora. sport yaylar ve amortizatorlar qoyulub. tebiiki ona gore mashin klirens aşagi olub. buna gore cerime var? qeyd edimki sirf sifarişle getirilib ve sertifikatı var. deyirler texpasporta elave olunmalıdı? bu ne derecede düzgündür? qaqunla izah edin zehmet deyilsə
Imran | 10 Noyabr 2020 12:35
Salam. Bu cür dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə qeyd olunması qanunda nəzərdə tutulmayıb. Əgər etdiyiniz dəyişiklik normativ tələbi pozursa qadağandır. Sertifikat əsas götürülmür.
Avtosfer.az | 11 Noyabr 2020 11:46
Salam necesiz?Yol polisi sebeb gostermeden maşının baqajının açılmasını teleb ede bilermi?
Orxan | 9 Noyabr 2020 18:26
Salam. Əgər şübhəli məqam varsa hal şahidlərinin iştirakı ilə baxış keçirə bilər.
Avtosfer.az | 11 Noyabr 2020 11:44
Salam. Arxa purjunlar kesilmiyibse yerindedirse sadece qizdirilibsa bu qanun pozuntusu sayilirmi?? Buna gore cerime meydancasinaa masini apara bilerler?
Kamil | 8 Noyabr 2020 14:30
Salam. Əgər qızdırılması normativ tələbi pozursa qayda pozuntusu kimi qiymətləndirilə bilər. Onu yoxlamadan konkret cavab vermək çətindir.
Avtosfer.az | 11 Noyabr 2020 11:43
salam komendant saatinda qaydani pozmus geceni bolmede kecirmis birinden dovlet rusumu tutulur?
Sevil | 8 Noyabr 2020 01:51
Salam. Komendant saatının pozulmasına görə cərimə nəzərdə tutulub.
Avtosfer.az | 11 Noyabr 2020 11:42
Mende kamaz di yük getirirem artıq tonajin verməsi ne qederdi birde qabarit yükün bunu bilmey isteyirem
Natiq | 7 Noyabr 2020 22:43
Kamazın icazə verilən tonnajını avtomobilin kitabçasında baxa bilərsiniz. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.
Avtosfer.az | 11 Noyabr 2020 11:41
Salam, mənim 2 sualım var:
1) Maşın 2107dir. Ön şüşədə olan yuxarı hissədə gün əleyhinə tündləşmənin qalınlığı və faizi nə qədər olmalıdır? Və cəriməsi nə qədərdir?
2) Mən mövcud bir qeydiyyat nişanını alqı-satqı ilə öz avtomobilimin üzərində rəsmiləşdirmək istəyirəm. Bunun qanuni yolu necədir?
Öncədən təşəkkürlər!
Ağa | 6 Noyabr 2020 17:30
Salam. Ön şüşənin yuxarı hisssəsində olan plyonkaya görə faiz dərəcəsi müəyyən olunmayıb. İstənilən tündlükdə vura bilərsiniz. Eni də müəyyən olunmayıb. Amma beynəlxalq standartlara görə şüşə silənin ən yuxarı hissəsi hara kimi qalxırsa, ora qədər vurulmalıdır plyonka.
Qeydiyyat nişanını hansısa avtomobilin üzərinə təhkim etmək istəyirsinizsə, həmin qeydiyyat nişanı olan avtomobili və öz avtomobilinizi aparın DYP-yə. Avtomobil texniki müayindədən keçirildikdən sonra (ban, şassi nömrələrinə, rənginə və.s baxış keçirildikdən sonra) müqavilə bağlanılaraq qeydiyyat nişanları dəyişdirilə bilər.
Avtosfer.az | 11 Noyabr 2020 11:31
Salam Aleykum..
Masina Sticker Ve Ya Reklam Yapisdirmag istiyirem
Bilmey istiyiremdim Bununla Bagli Qanunvericiliyde Ne Yazilib..
Hansi Formada Yapisdirsam Qanun Pozuntusu Sayilmaz..
Mirze | 6 Noyabr 2020 17:23
Salam. Reklam üçün DYP-yə müraciət edin. İcazə olmadan reklam vura bilməzsiniz avtomobilə.
Avtosfer.az | 11 Noyabr 2020 11:25
Salam aparaturaya yeni ses güclendiriciye cerme var? Varsa ne qederdir?
Revan | 6 Noyabr 2020 01:05
Salam. Xeyr. Onunla bağlı heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 11 Noyabr 2020 11:24
Salam.mene bu cermeler yazilib ancaq hec bir goruntu subut yoxdur.bu cermeler 9 cu ayda yazilib men bu cermelerin goruntusun teleb ede bileremmi?ve eger bir ay bunan qabaq yazilibsa ve menim hec bir melumat verilmiyibse bu goruntuler teqdim etmelidilermi mene vaxdinan asli olmayaraq?
Ramil | 5 Noyabr 2020 19:13
Salam. Bu kamera ilə tərtib olunan protokollar deyil. IXP seriyalı protokollar o deməkdir ki, polis sizi yolda saxlayıb yazıb. Bu protokollarda görüntü olmur. Siz DYP-yə müraciət edib məsələni aydınlaşdırın.
Avtosfer.az | 11 Noyabr 2020 11:22
salam, menim masinimin sesboguculari bu formada yigilib ve texniki pasportda M5 e yigilib geyd edilib!!, mende masini bele almisam, bu prosesin cerimesi var mi ve varsa ne qederdir? ypx terefinden saxlanildiqda ne islem gorulmelidir. coxsagolun, cavabi email e gonderseniz cox sevinerem.
Cavid Aliyev | 5 Noyabr 2020 17:19
Salam.Əgər normativ tələblər pozulmayıbsa heç bir problem yoxdur. Onu belə gözlə baxıb heç nə demək olmur. Yoxlandıqdan sonra nəsə demək olar. Əgər işlənmiş qazları xaric etmədə heç bir problem yoxdursa, səs desibeli aşılmırsa deməli qaydalar çərçivəsindədir.
Avtosfer.az | 11 Noyabr 2020 11:14
Eq pratakolu nedir?
Nebi | 4 Noyabr 2020 22:33
EQ- yəni Elektron Qərar. Xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edilmiş qayda pozuntuları EQ seriyalı qərar tərtib olunur.
Avtosfer.az | 11 Noyabr 2020 11:08
Salam. Avtomibilin matorunun nomresi yoxdu. bunu bu yaxinlarda almisam. Ve gelen ay adima kecirdecem bunu nece hell edim? nomrenis matir yazdirim ve bunun ucun neler ve hansi senedler lazimdi? matora baxiw olunmalidi yoxsa nece? dovlet rusumu nedi?
Elgun | 4 Noyabr 2020 21:50
Salam. Əgər qeydiyyat şəhadətnaməsində mühərrikin nömrəsi yazılıbsa və avtomobilin üzərindəki mühərrikdə nömrə yoxdursa deməli uyğunsuzluq var. Bunun qanuni yolu odur ki, avtomobilin üzərinə sonradan qoyulmuş mühərrikin mənbə sənədi olsun. Əgər bu sənəd yoxdursa işiniz çətin olacaq. Ən yaxşı halda siz DYP-yə müraciət edin.
Avtosfer.az | 11 Noyabr 2020 11:06
Salam. Sekildeki qerara gore masinim cerime meydancasina qoyulub. Duzgun hereket edibler mene qarsi?
Agadadas | 4 Noyabr 2020 21:12
Salam. Şəkil gəlməyib bizə. Təkrar göndərin.
Avtosfer.az | 11 Noyabr 2020 11:04
Salam..suruculuk vesiqesi ucun novbeti imtahan ne zamandi ve ilk novbede ne etmek lazimdir? Qeydiyyat onlinedir ?
Turkan | 4 Noyabr 2020 17:46
Salam. Bununla bağlı DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 11 Noyabr 2020 11:03
W210 2.6 mühərrik hansı yağ lazımdı?
Ferid | 3 Noyabr 2020 14:50
Bununla bağlı avtomobil mütəxəssislərinə müraciət edin.
Avtosfer.az | 4 Noyabr 2020 12:44
Salam. Qizdirilmis yaylari kohnelmis yaylardan nece ayirmaq olur? Qizdirilmis yaylar konstruksiya deyisikliyi sayilir?
Dadas | 3 Noyabr 2020 14:37
Salam. Onları vizual şəkildə ayırmaq bir az çətindir. Qızdırılmış yay müdaxilə edilmiş sayılır. Ona görə də məsləhət deyil.
Avtosfer.az | 4 Noyabr 2020 12:43
Salam.Bilmek isterdimki eger mashina sport yaylar qoyulubsa DYP bunu qanun pozuntusu kimi qeyde ala biler?Avtomabil wolksvagen jettadir.Eger buna gore saxlasalar ve nese bildirseler men ne etmeliyem.Evvelceden teshekkurler
Perviz | 2 Noyabr 2020 14:30
Salam. Əgər normativ tələbi pozulursa duracağa aparıla və cərimə yazıla bilər.
Avtosfer.az | 2 Noyabr 2020 14:51
ÇEX fara ile o biri faranın ferqi yoxdu ikiside işıq vurur. Amma qıraqları biraz ağ kimidi. ona göre soruşdumki cermesi var?
Yusif | 2 Noyabr 2020 13:00
Əgər işıq standarta uyğun vurursa, faranın qırağının ağ olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni icazə var.
Avtosfer.az | 2 Noyabr 2020 13:04
Çex fara budur. İcazr var?
Yusif | 2 Noyabr 2020 12:51
Bu fara ilə o biri faranın nə fərqi var? Fərqini deyin izah edək.
Avtosfer.az | 2 Noyabr 2020 12:56
Salam eyni marka model masin. Eyni il olan kicik matorlu modeli boyuk matorlu model gorunuwune sesbogucu sistemide qeder yigmaq olarmi mator deyiwilmeden yeni kicik mator yerinde qala qala boyuk mator goruwunuwune yigmaq veya qadaga varmi? Tex. Pasport deyiwilmelidimi onceden tewekkur
Ibrahim | 2 Noyabr 2020 11:34
Salam. Görünüş baxımından əlbətdə yığdıra bilərsiniz. Buna görə qeydiyyat şəhadətnaməsinə dəyişiklik edilməməlidir.
Avtosfer.az | 2 Noyabr 2020 12:44
SALAM 07ye Chex fara qoymaqa icaze var? Yoxsa cerimedi?
Yusif | 1 Noyabr 2020 23:33
Salam. Dediyiniz faranın nə olduğunu bilmədik. Şəklini göndərin zəhmət olmasa.
Avtosfer.az | 2 Noyabr 2020 12:43
Salam 1 il once masin almisam surme icazesi davernisle, indi yiyesin tapmiwam ama ada kecirmekden boyun qacirir. gah deyir isdeyem gah deyir rayondayam gahda deyir rehmete gedenim var teli sondurur. 1 aydi bele qacir mennen. nece adima kecire bilerem masini? bara muraciyyet edim. Davernisin bitme vaxtina 13gun qalib
Sahib | 31 Oktyabr 2020 23:50
Salam. Əgər sürücülük etibarnaməsidirsə adınıza rəsmiləşdirə bilməyəcəksiniz. Mütləq mülkiyyətçi gəlməlidir.
Avtosfer.az | 2 Noyabr 2020 12:42
Salam. Vaz 2106 markali avtomobilimi peredokunda olan zavod istehsali aypara demirine gore meni wtrafnoya basdilar ve 150 azn alib buraxdilar. indi sokdurmuwem, ustam dediki o demir olmasa peredokun tumbasi dagilir cun ki burjun o aypara demiri olmayanda bir bawa tumbaya oturur. İndi men onu qoydurum yoxsa yrne cerime dusur?
Elgun | 31 Oktyabr 2020 21:11
Salam. Əgər dediyiniz detal zavod tərəfindən quraşdırılmayıbsa, yenidən cərimələnə bilərsiniz.
Avtosfer.az | 2 Noyabr 2020 12:40
Masin surmek icazesi ile masini suruculuk huququ olan wexse vermiwem. Oda masini suruculuk huququ olmayan wexse verib ve qeza baw verib. Hadise gaxti masinda olmamiwam. Masinda rent a car masini idi hec bir terefin wikayeti yoxdu. Burda mene ne qeder cerime duwur?
Ibrahim | 31 Oktyabr 2020 18:40
Siz avtomobili etibarnamə ilə və yaxud yol vərəqəsi ilə vermisinizsə sizdə günah yoxdur.
Avtosfer.az | 2 Noyabr 2020 12:38
Salam. Arxa yaylar nasazdirsa masin cerime meydancasina qoyulmalidir?
Agadadas | 30 Oktyabr 2020 21:39
Salam. Avtomobildə olan nasazlığa görə avtomobil duracağa qoyula bilməz.
Avtosfer.az | 2 Noyabr 2020 12:37
Salam menim oğlum Seyidov Elmir Elman oğlu 14 yaşında velosipedle qala Mərdəkan yolunda 60 liq yolda amansızlıqla evakuator vurmuş ve 50 metr sürümüşdü ve hemin deyqe menim balama komek etmemiş 26 iyulda olub hadise indi iş gedir helede tutulmayibdi 263.2 madde qoyulub ve işe duž baxilmiyib mene deyin bele bir şey varmı ki qanunda
Sevinc | 30 Oktyabr 2020 05:19
Salam. Sualınız tam gəlməyib. Zəhmət olmasa sualınızı tam şəkildə yazın.
Avtosfer.az | 30 Oktyabr 2020 10:41
Salam eyni marka model masin. Eyni il olan kicik matorlu modeli boyuk matorlu model gorunuwune sesbogucu sistemide qeder yigmaq olarmi veya qadaga varmi? Tex. Pasport deyiwilmelidimi onceden tewekkur
Ibrahim | 29 Oktyabr 2020 11:44
Salam. Siz mühərriki dəyişmək istəyirsiniz, yoxsa görünüşü? Sualınız aydın olmadı.
Avtosfer.az | 30 Oktyabr 2020 10:40