Avtomobilimin dovlet qediyyat nisani yararsiz halda oldugu ucun masini dayanacaqga apardilar nomreni deyismisem indi masini cixarmaq ucun ne geder cerme odemeliyem birde nece muddet erzinde oduye bilerem o cermeni zehmet olmasa yazardiniz
Ceyhun | 12 Oktyabr 2020 08:53
Qeydiyyat nişanı standarta uyğun deyildisə 4 bal 60 manat cəriməsi var. 1 ay ərzində ödəyə bilərsiniz və duracağa görə 1 gün üçün 1 manat pul ödəyəcəksiniz.
Avtosfer.az | 14 Oktyabr 2020 11:46
Salam...Isinizde ugurlar arzu edirem
Surduyum avtoneqliyyat vasitesi
Lada Granta Sport.dur ve texposportundada sport yazusu geyd edilib
Size atdigim arxa qazan zavod uzerinde gelen deil Amma sirf ancag lada Granta Sport ucun nezerde tutulmis arxa qazandir ve ganunda gosterilen desibeli kecmir
Sualin odur ki bu elave avadanliq sayilir?Sesi yuksek cixdigina gore YPX menu cerimeleye bilermi?500-800cerme oluna bileremmi?
Royal | 11 Oktyabr 2020 20:59
Salam. Edilən hər bir dəyişiklik avadanlığın dəyişdirilməsi sayılır. Amma bu dəyişiklik normativ tələbləri pozmursa qadağan deyil.
Dediyiniz kimi icazə verilən səs desibelini aşmırsa heç bir problem yoxdur.
Avtosfer.az | 14 Oktyabr 2020 11:43
Arxa qapıların wuwelerindeki plyonkalara hansı tarixə qədər icazə vardir
Yaşar | 11 Oktyabr 2020 05:16
Plyonka hələ ki, tarixsizdir.
Avtosfer.az | 14 Oktyabr 2020 11:41
Səbəbin bilirsinizsə deyin
Rahib | 9 Oktyabr 2020 10:48
Bir daha qeyd edirik ki, onu biz yazmamışıq deyə səbəbini bilmirik. Səbəbini yazan qurumdan soruşun.
Avtosfer.az | 9 Oktyabr 2020 12:40
Bəs hansi səbəbə görə Ban qeyri zavod yazilib?
Rahib | 9 Oktyabr 2020 10:44
O səbəbi yazan adamdan soruşun. Biz onun adından necə deyək ki, bu səbəbə görə yazılıb?
Avtosfer.az | 9 Oktyabr 2020 10:46
salam,urbana yigilan nivanin texpasportunda urban qeyd sozu olunmalidi?yol polisleri bunu teleb edirler menden.
Oruc | 8 Oktyabr 2020 20:37
Salam. Xeyr olmamalıdır. "Urban" sözü resyterə aid olacaq bir məlumat deyil. Yol polisləri belə deyirsə səhv deyir. Qeydiyyat şəhadətnaməsində yalnız reysterə düşən məlumatlar (ban, şassi, mühərrik nömrəsi, rəng və.s bu cür məlumatlar) qeyd olunmalıdır.
Avtosfer.az | 9 Oktyabr 2020 10:45
Salam mənim sürdüyüm avtomobil başqasının adınadır mən onu etibarnamə ilə sürürəm yəni (generalnı doverennost).Öz adıma necə keçirə bilərəm.Yəni birbaşa öz adıma keçirmək olarmı?
Əbülfət Bədəlov | 8 Oktyabr 2020 18:58
Salam. Özünüz öz adınıza keçirə bilməzsiniz. Ya mülkiyyətçi gəlib alqı-satqı müqaviləsi bağlayıb keçirtməlidir, ya da siz kiminsə adına keçirib sonra öz adınıza keçirtməlisiniz.
Avtosfer.az | 9 Oktyabr 2020 10:41
Menim 90KF160 nomreli avtomobile 40 azn cerime gelip Tarix 30.09 2020
8.10.2020 gonderibler Harda ve neden bu cerime
Mehriban Ceferli | 8 Oktyabr 2020 15:48
Asanpay.az saytında qeydiyyatdan keçib kabinet yaradın. Həmin kabinetə foto video hamısı yerləşdirilir. Baxa bilərsiniz.
Avtosfer.az | 9 Oktyabr 2020 10:39
Şit bucurdu
Rahib | 8 Oktyabr 2020 12:36
Foto gəlməyib. Avtomobilin salonunun qeydiyyat şəhadətnaməsindəki məlumatlara heç bir aidiyyəti yoxdur. Əsas ban nömrəsi uyğun gəlsin.
Avtosfer.az | 9 Oktyabr 2020 10:38
Xeyir zavod ban nömrəsidi...sadəcə maşinin salonu başqa cür yigilib...şit fərqlidi..bəlkə ona görə belə yaziblar???
Rahib | 8 Oktyabr 2020 12:34
Dəqiq heç nə deyə bilməyəcəyik. Siz onu yazan qurumla danışın.
Avtosfer.az | 9 Oktyabr 2020 10:37
salam , bmw f10 avtomobillerinde qursitel sesinin guclenmesi qurasdirmaga dovletden icaze alib istifade etmek olar? olarsa bunun icazesi nece almaq olar?
elvin | 6 Oktyabr 2020 22:19
Salam. Əgər icazə verilən səs desibelini aşacaqsa icazə yoxdur.
Avtosfer.az | 7 Oktyabr 2020 13:10
Texpasportda xüsusi qeydlər bölməsində yazilan SEBAİL RAYONU MEHKEMESİNİN QETNAMESİ İLE BAN QEYRİ ZAVOD yazisi kuzanin qeyri zavod olmasini bildirə bilər???
Rahib | 6 Oktyabr 2020 10:24
Qeyri zavod necə olur? Siz avtomobilin ban nömrəsində nəsə dəyişiklik aparmısınız?
Avtosfer.az | 7 Oktyabr 2020 13:09
Salam gonderdiyim sekil Rixzard Zorge ve 28mayin kesismesidir.Rixzard Zorge kucesinden sfetoforu duz kecdikde qosa xetti tapdaladim.Ama stop xetti kecdikden sonra.Burada qosa xett yola qeder gedib cixir.Buna gore YPX emekdasi mene cerime yazdi.Burada qosa xettin yola qeder gelib cixmaginin sehv oldugunu bildirdim.Sualim bu idiki qosa xett stop xette qeder cekilmelidi yoxsa yola qeder.Zehmet olmasa cavablandirardiniz.Tesekkurler
Reshid | 4 Oktyabr 2020 16:29
Salam. Fotoşəkil gəlməyib. Yenidən göndərin.
Avtosfer.az | 5 Oktyabr 2020 11:26
Axşamınız xeyir. Mən oğluma eektron etibarnamə vermək istəyirəm. Oğlum hərbiçidir, rayona çox az hallarda gələ bilir. Nə etməiyəm. Xahiş edirəm , köməklik edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Talıb | 3 Oktyabr 2020 16:51
Salam. mygov.az saytında elektron kabinet yaradaraq oradan etibarnamə verə bilərsiniz.
Avtosfer.az | 5 Oktyabr 2020 11:25
Salam lada Markali masina sport purjun ve amartizator qoymaqa icaze varmi? Arxa qabaqi eyni dayanirsa buna gore cerime var?
Seymur | 2 Oktyabr 2020 22:07
Salam. Normativ tələbləri pozmursa quraşdırmaq olar. Belə dəqiq heç nə demək olmur. Onu mütəxəssis araşdırmalıdır.
Avtosfer.az | 5 Oktyabr 2020 11:23
salam sualim budurki hansi seria nomreli mashinlara miqalka veya ratcia qoymaq olar? veya aa seria nomreli mashina miqalka qoyduqda cerine terbiq oluna bilermi? munkun olarsa cavablandirardiniz teshekkurler.
Jafar | 2 Oktyabr 2020 02:43
Salam. Yalnız operativ nəqliyyat vasitələrinə quraşdırmaq olar. Digər AA seriaylı sadə avtomobillərə quraşdırılması qadağandır. Cəriməsi isə beş yüz manatdan səkkiz yüz manatadəkdir.
Avtosfer.az | 2 Oktyabr 2020 12:41
Salam bizim masin reng deyiwdiyine gore qurunt vurulub. Bunuda saliblar cerme meydancasina cermisi ne qederdir ve men nece edim
Sahmar | 1 Oktyabr 2020 13:09
Rəng dəyişdikdən sonra 10 gün müddətinə qeydiyyata qoymaq lazımdır. 10 gün ərzində qeydiyyata qoyulmasa 50 manat cəriməsi var.
Avtosfer.az | 2 Oktyabr 2020 12:37
Dayanma durma qərarsız olarsa. Ödənmir. Qərarsız olduğu halda odenmedikde cərimə gəlirmi?
Elnur | 1 Oktyabr 2020 12:08
Ünvana məktub çatdıqdan sonra avtomatik qərar verilmiş sayılır. 1 aydan sonra üstünə faiz gəlməyə başlayır.
Avtosfer.az | 2 Oktyabr 2020 12:35
Dərnəgül yolu iki hissəyə Şəki və beton plitelerle ayrılıb.
Qarşındakını sağdan keca bileremmi
Yaşar | 1 Oktyabr 2020 03:56
Sualınız aydın olmadı. Sağdan ötməni yalnız qarşıdakı nəqliyyat vasitəsi sola dönən zaman etmək olar. Digər hallarda qadağandır.
Avtosfer.az | 2 Oktyabr 2020 12:34
Mehellearasi küçələr nizamlanmayan yollardır
Qəza baş verarsa günahkar hansı qaydada mueyyenlewecek
Yaşar | 1 Oktyabr 2020 03:54
Məhəllə arasında baş verən qəzanın detallarına baxıb deyə bilərik. Görmədən nəsə demək olmur.
Avtosfer.az | 2 Oktyabr 2020 12:32
Maşını geriya verarkan dayanmış maşını əzmək, maddə və cəriməsini deyin zəhmət olmasa
Yaşar | 1 Oktyabr 2020 03:52
Manevr qaydasının pozulmasıdır. 40 manat cəriməsi var.
Avtosfer.az | 2 Oktyabr 2020 12:30
Məhəllədə gecadan qarşımı kəsib dayanmış maşın vardır. Ona cərimə düşürmü.
Nə etmaliyam o anda
Yaşar | 1 Oktyabr 2020 03:50
Əgər dayanma durma qaydasını pozursa o halda cərimə yazıla bilər.
Avtosfer.az | 2 Oktyabr 2020 12:26
Dama səbət bağlamaq un icazə alınmalıdır???
Yaşar | 1 Oktyabr 2020 03:48
Səbət nədir? Aydın olmadı.
Avtosfer.az | 2 Oktyabr 2020 12:24
Ickiliyem, yol kənarında öz maşınımın sürücü oturacağında oturmuşam, hərəkət elamiram, ama xodlu vəziyyətdədir.
Cərimələnə bileremmi
Yaşar | 1 Oktyabr 2020 03:47
Bu cür halda cərimə edilə bilməzsiniz. Avtomobili idarə etsəniz cərimə olunacaqsınız.
Avtosfer.az | 2 Oktyabr 2020 12:24
Sürücü deyil, digər tərəfin işığı yanmazsa , cəriməsi varmi
Yaşar | 1 Oktyabr 2020 03:44
Xarici işıq cihazlarının nasazlığı sayılır. Dərhal aradan qaldırmaq lazımdır. Bu cür nasazlıqların aradan qaldırılması mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 2 Oktyabr 2020 12:23
Texniki baxışı və ya sığortası bitmiş neq vasitəsi evakuatorun üstündə aparılanda nəzarət aparata duwurmu
Yaşar | 1 Oktyabr 2020 03:43
Xeyr. Evakuatorla aparılan zaman cərimə yazıla bilməz.
Avtosfer.az | 2 Oktyabr 2020 12:22
Bufer rengsazdadirsa, bilərsiz sureremse məni nə gozleyirmi
Yaşar | 1 Oktyabr 2020 03:40
Bufersiz sürmək əslində olmaz. Nasazlıq kimi sayılır. Həmin nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 2 Oktyabr 2020 12:21
Veteranlara verilmiş lifani özəlləşdirmək olarmi
Yaşar | 1 Oktyabr 2020 03:39
Xeyr. Olmaz
Avtosfer.az | 2 Oktyabr 2020 12:20
Padpress çat olarsa məni nəsə gözləyirmi
Yaşar | 1 Oktyabr 2020 03:36
Xeyr. Yalnız texniki baxışda nasaz kimi qeydə ala bilərlər. Məsləhətdir ki, həmin nasazlığı aradan qaldırasınız.
Avtosfer.az | 2 Oktyabr 2020 12:20
Motor dağılıb yenilanda başqasıyla, texpasport deyisilirmi
Yaşar | 1 Oktyabr 2020 03:34
Mühərrik dəyişən zaman mütləq qeydiyyat şəhadətnaməsi də dəyişməlidir.
Avtosfer.az | 2 Oktyabr 2020 12:19