Salam priyora maşinim var Üsdündeki purjunlari deyişib Priyora sport almışam Respublika qayisi icaze verir taxmağa pasatkada olacaq arxası yerde bunun qanunda cerimesi varmı Ve Ne qederdi zehmet olmasa cavablandirin alib taxaram 2günden bir saxlayıb cerime yazıla biler
Salam. Sizə icazə veriblərsə kim cərimə yazacaq?
Salam menim mashinim kia bongo. mashinla bir yere yukun chekisi 3 ton 700 gelir. bu halda mashin cerime meydanchasina gedir eger gedirse cerimesi ne qederdi. ve cerime meydancasindan mashi chixarmaw uchun ne etmeliyem evvelceden Teshekkurler
Salam. Əgər normadan artıq yük vurmusunuzsa yük boşaldılmalı və sizə 40 manat cərimə yazılmalıdır.
Dayanmaq qadagadir znaki olan yerde , avtomobili 4 saniye saxlamaq cerime olunmaqi duzgundu 4 saniyeye gore cerime yaziblar
Bəli düzgün yazılıb. Nəyin ki 4 saniyə, hərəkət sürətini sıfır kilometrə də sala bilməzsiniz.
Suruculuk vesiqesinin vaxti bitib,dernegulde geriya donme emeliyati edarken avtomobilin tekeri partladi.avtomobil deydi bardyura.masini goyublar cerme meydancasina.cagirdilar 22 otaga baki gaisina dediler 800manat cerme 40 manat.razilasmadim dedim 100 manat suruculuk vesiqesis idare etdiyime gore 40 manatda hadise toretdiyime gore.dediler get 2gunen sora mehkemeya gelersen.nederecede duzdgundi ve ya procedur ganunla neca olmalidi
Salam. Qəza nəticəsində kiminsə sağlamlığına ziyan vurmamısınızsa sizəsizə yalnız 100 manat cərimə yazılmalıdır. Heç 40 manatı da yaza bilməzlər. Çünki eyni vaxtda törədilən xəta olduğü üçün ən yüksəyi yazılmalıdır. Baş Dövlət Yol Polisi idarəsinə şikayət ünvanlayın. Məsələniz araşdırılıb tədbir görüləcək.
Salam. Bu ilin May ayı üçün yalnış parklama barədə məlumat dekabr ayında bildirilməsi doğrudurmu Ümumən inzibati xəta üçün aşkar olunan halda bildiriş ən son hansı zamana qədər göndərilməlidirMüddəti keçmə zamanı qanunla müəyyən edilibmiTəşəkkürlər.Hörmətlə
Salam. Qərarı 1 il ərzində ünvana göndərə bilərlər. Qanun buna icazə verir.
Salam. Xahiş edirəm bu inkadatmaşınlarına hansi qurum nəzarət edir ora məlumat verək ki, bu sürücülər barədə tədbir görsünlər. Qardaş işiqforda dayanirsan maşında uşaq bir də eşidirsən arxadan dandaq Serena siqnal verir yol istəyir kecməyə elə bil təcili yardım maşınıdır.bu səsdən uşaq yox a elə adam özü diksinib qorxur. Maşında vəhşi kimi sürürlər. Xaih edirəm Vaqif müəllim bu barədə tədbir görəsiniz.
Salam. Üzr istəyirik, hansı avtomobildən söhbət getdiyini bilmədik. Xahiş edirik sözü düzgün yazın.
vaz 2107de arxa yaylarin qizdirilmasi cerimedirmicerimerdise ne qederdi ve cerime meydancasina aparila bilermi
Qizdirilib yararsiz hala salmisinizsa texniki nasazliga gore 50 manat cerime yazila biler
Salam masinin arxa nomrede bayraq pozulub bir eded norenin deyisilmesinin dovlet rusumu neqederdi
Salam. Bir ədədi 11 manat
Salam, prioraya satilan sport yaylara icaze varmiüzerinde 2170 üçün nezerde tutulmus sened varRayondayam vazdan maraqlana bilmirem,komey elesez sevinerem, teşekkürler.
Salam. Məsləhət görülmür. Çünki siz o yayları dəyişməklə bilinmir normativ tələbləri pozursunuz yoxsa yox.
Salam. Qardaş prioraya arxa ve qabaq yayları sportla evez etsem qanun pozuntusu olar
Salam. Məsləhət görülmür. Çünki normativ tələbləri pozub-pozmadığınız dəqiq bilinmir.
salamMasinda audio ses yuksekliyi nece desibel olmalidir. olcusu qanunda yazilib
Salam. Onun üçün desibel müəyyən olunmayıb. Siz yalnız İnzibati Xətalar Məcəlləsinin 521 ci maddəsinə əməl etməlisiniz. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Salam. Esas etibarname generalni oz adimdadi. Ve masini oz adima kecirmey isteyirem texpasportu. Qayi dan dediler ki generalni gerek basqasinin adina ola, o vere masini sene. Bu ne derecede duzgundu Menim etibarnamenin uzerinde yazilib ki, avtomobil uzerinden her bir serancam vere bilerem. Ama qayi deyir adina sala bilmersen. Duzgundu bu 2.ci sualim odu ki men dovlet rusumu ile elemek isteyirem bu prosesi rusvetsiz , meni sebebsiz yere get gele salirlarsa, avtomobilimde problem olmayan seyleri yalandan problemlidi deyirlerse kime bildire bilerem wikayetimi
Salam. Hemin etibarname ile oz adiniza kecire bilmezsiniz. Mülkü Mecelle bunu qadagan edir. Rusumdan artiq odenis teleb elemek qanunsuzdur, qeydiyyat ve tekrar qeydiyyat zamani yalniz cerimeler odenmelidir ve avtomobilin tormoz ve sukan idaretme muxanizmi saz veziyyetde olmalidir. Başqa hec bir halda sizi surundurmeciliye sala bilmezler
Oglumun 16 yawi var mawin surmeye heveslidi sure de bilir mehle ici icaze vere bileremmi Cerimesi ne qederdi Veya hebs olunarammi
Suruculuk vesiqesi aldiqdan sonra sure biler. Mehle ici de yol sayilir. DYP saxlasa ona 100, size ise 60 manat cerime yazacaq
Men sürcülük vesiqesi almaq isdeyirem imtahan vermek isdeyirem havax ve harda vermek olar
Ferdi qaydada hazirlasib imtahan vermek isteyirsinizse 902-ye zeng edib ve ya dyp.gov.az saytina yazib imtahan gunlerini oyrene bilersiniz
Salam 17lik disk tekere icaze varmi mersedes cewka c200
Salam. Avtomobilin texniki kitabçasına və yaxud internet üzərindən axtarış verərək zavodun 17 ölçülü diskə icazə verib-vermədiyini maraqlana bilərsiniz
Salam bir neşe sualım var1Hava qaraldıqda avtomolin arxa duman faralarını yandıqmaq olarmı2 Avtomobilin təkəri 17 likdirsə omu 20 liklə dəişmə olarmı3Avtomobilin qabaq duman faralarını limon sarısı qoydurmaq olarmı
Salam. 1) Arxa duman faraları yalnız məhdud görünmə şəraitində (duman olduqda) qoşula bilər.
2) Əgər zavod ölçüsü 20 lik ölçüsünə icazə verirsə quraşdıra bilərsiniz. Avtomobilin texniki kitabçasına baxın və ya internetdən araşdırın (rəsmi sayt vasitəsiylə).
3) Qabaq duman faralarına sarı işıq quraşdırqa bilərsiniz. Avropa İqtisadi Komissiyasının qaydaları buna icazə verir. Amma qabaq faraya sarı işıq quraşdırmaq qadağandır.
salam abtomobilde bagaj hissesi arxa yan suselerinin demirle evez etsem qanunla ne derecede duzgundur
Salam. Sizə problem yarana bilər. Zavod həmin avtomobili şüşə ilə buraxıb.
Salam men bilmek isteyirem ki arxa yan şuşeye piliyonkaya icaze verilibmi
Salam. Qanunla icazə verilməyib. Lakin arxa yan şüşələrə plyonka vuran sürücülərə heç bir cərimə yazılmayacaq.
Salam sizde maşın var sadıq
Salam. Xeyr.
Salam belə bir sual verim lada niva markalı avtomobildə momo markalı sükan və lupalı faranın içindəki led lampa əlavə konstruksiya və yaxud qanun pozuntusu sayılırmı
Salam. Momo sükan çənbərinə görə sizi məsuliyyətə cəlb edə bilməzlər. Amma işıq cihazlarının düzgün quraşdırılmamasına görə məsuliyyət nəzərdə tutulub. İşıq cihazları normativ tələblərə cavab verməlidir.
Salam mawin texpasportu itirmiwem yiyesni tanimiram genralni davernusnan almiwam mawini ne ede bilerem
Salam. Yaşadığınız ərazi üzrə polis idarəsinə texpasportun itməsi ilə bağlı məlumat verin və oradan arayış alın. Həmin arayışla və etibarnamə ilə birgə yaxınlaşın Baş Dövlət Yol Polisi idarəsinə (Xırdalana). 25 manat ödəməklə yeni qeydiyyat şəhadətnaməsi veriləcək.
Salam. Avtomobilin ilkin qeydiyyat proseduru necədir Elektron müraciət və ödəniş mümkündürmü
Salam. İlkin qeydiyyat zamanı avtomobili qeydiyyatda olduğunuz rayonun qeydiyyat imtahan şöbəsinə aparın və avtomobili texniki müayinədən keçirdikdən sonra müvafiq otaqlarda sənəd işlərini həll etməlisiniz. Sənədləri topladıqdan sonra dövlət rüsumu ilə avtomobili qeydiyyata qoya biləcəksiniz.
Salam. Piyada keçid zolağından 10 metr aralıdan yolu keçərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Piyada yüngül xəsarət almışdır. Bu hadisədə piyadanın məsuliyyəti barədə məlumat verməyinizi xahiş edirəm
Salam. Piyada müəyyən olunmuş yerdən keçməlidir yolu. Əgər piyada keçidi olan yerdən yox, bir az aralıdan keçibsə piyadanın da günahı var təbii ki. Amma piyadanın günahı varsa sürücü onu əzə bilməz. Sürücü qaydaları pozmamalı, maneədən yayınmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Salam,maaini giriş qadagandir yere girmek ve suruculuk vesiqesinin olmamaaina gore cerime ne qederdir
Salam. Daha yüksək cərimə yazılır, yəni 100 manat vəsiqənin olmamasına görə.
salam menim masinimi bir tanisim surub onunda suruculuk vesiqesi yoxdu polis masini saxliyib strafnoya aparib ne ede bilerem
Salam. Maşının mülkiyyətçisi yaxınlaşmalıdır DYP ya. Əgər bilərəkdən veribsə 60 manat mülkiyyətçiyə cərimə yazılacaq. Vəsiqəsi olmayana isə 100 manat cərimə yazılacaq.
Menim davernus almaq isdeyirem mawinin evelki sahibini tapa bilmirem
Qeydiyyat Şəhadətnaməsində yazılan ünvana yaxınlaşın. Başqa cür köməklik edə bilmərik sizə.
SalamSuruculuk vesiqesi imtahanina girmek ucun kursa getmek şertdirmi
Salam. A və B kateoriyası üzrə verilən imtahana iki dəfə müstəqil imtahan vermık olar. İkinci dəfə imtahandan kəsiıdikdən sonra mütləq sürücülük məktəbi oxumaq lazımdır.
Salam.Bir dovlet nisani itirilibse onun dublikati nece gunnen sonra verilmelidiMinik Masini bir qeydiyyet nisani ile surmek olar
Salam. İtmiş nömrənin dublikatı verilmir. 1 nömrə ilə avtomobili idarə etmək olmaz. Yeni hərf və kombinasiyadan ibarət nömrə almalısınız.
Salam.Bmw e36 modelini sport yaylarla idare edirem.Sesbogucu ise iki bawlidir.yani bawligi iki denedir.bu qanunla qadagandirmi
Salam. Əgər qoyduğunuz yay normativ tələbləri pozmursa icazə var. O cümlədən səsboğucunu dəyişmisinizsə və səs desibelini pozmursa problem yaratmır.
Salam elektron etibarnameni hardan yukleyek ve adi nedi
Salam. justice.gov.az saytina baxin