SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam maşının qabaq farasına açıq mavi rəngdə plyonka çəkmək olar? Əgər olmazsa hansı maddə və cəriməsi nə qədərdi .
Elşən | 8 Noyabr 2021 21:58
Salam. İşığın gücünü aşağı salırsa olmaz. Cəriməsi 342 ci maddəyə əsasən 150 manatdır.
Avtosfer.az | 12 Noyabr 2021 15:57
Salam,xayiş edirem mene komek edin,menim 3 ay bunnan qabaq cerimelerim olub, oduye bilmemisem, indi ancaq oduye bilirem,ancaq qayilar masini aliblar mennen menimde suruculuk vesiqemnen mehrum etmek istiyiller, men cerimemi oduyurem, oduyennen sonra bularin ixtiyari varmi gondermeye mehkemeye
Kənan | 8 Noyabr 2021 17:44
Salam. Ödəyəndən sonra məhkəməyə göndərə bilməzlər. Məhkəmədə sürücülük hüququnuz məhrum edilsə belə, ödəniş qəbzləri ilə məhkəməyə müraciət edib sürücülük hüququnuzu bərpa etdirə bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2021 15:56
Salam. Mustangda qlusitelin sesini normativleri pozmadan guclendirmek olarmi? Olarsa eger normativ max nece dsbl nezerde tutulub ?
Cahid | 8 Noyabr 2021 04:08
Salam. 84 db-dən çox olmaz.
Avtosfer.az | 12 Noyabr 2021 15:55
Salam , mende bmw f10 du onan ses boğucu yiğmaq isdirem, öz qazainan daxilinde mese ediremse ( pultlu xor xor yox ) sadece qazan daxilinde müeyyen şeyler , ses 84 db dan yüksek olmursa ona her hansisa cerime tedbiq oluna biler ?
Qorxmaz | 7 Noyabr 2021 23:40
Salam. 84 db-dən çox olmursa problem yoxdur.
Avtosfer.az | 12 Noyabr 2021 15:55
Salam Vaz2107 maşınlar uçun hansı disklere icaze var?
Tural | 7 Noyabr 2021 14:38
Salam. Zavod hansı ölçüyə icazə verirsə həmin ölçüdə qoymalısınız diski
Avtosfer.az | 12 Noyabr 2021 15:36
Salam.Mən Nv yayları quraşdırmaq istəyirəm normativ tələbi pozmadığını necə öyrənə bilərəm harasa aparmalıyammı birdə texpasportda onun haqqında qeyd aparılmalıdırmı?
Firudin | 6 Noyabr 2021 22:51
Salam. Bunu yoxlayan srvislərə gedə bilərsiniz. Bu cür dəyişikliyin qeydiyyat şəhadətnaməsinə yazılması qanunsuzdur.
Avtosfer.az | 12 Noyabr 2021 13:54
Saıam masln hünday 2009 dur.qeydiyyat ücün ne qeder rüsum ödemeliyem mator 2
Eınur | 6 Noyabr 2021 22:22
Salam. Ümumi 55 manat rüsumu var. Nömrə dəyişsə 77 manat.
Avtosfer.az | 12 Noyabr 2021 13:53
Salam enim avtomabilim qara metalik regdedir avtomabil renglenmeye ehtiyaci var hemde detallrin bezileri defarmasiya olub dalgali gorsenir.men avtomabikimi qara mat etmey isteyirem:men texpasportda qara mat yazdirmag ucum ne etmeliyem.zehmet olmasa mene prosiduru izzah ede bilerdiz
Amil | 6 Noyabr 2021 22:20
Salam. Rənglətdirdikdən sonra servisdən arayış alın. Ondan sonra DYP-yə yaxınlaşıb 25 manat qeydiyyat şəhadətnaməsinə görə, 30 manat da texniki müayinəyə rüsum ödəyib maşını qeydiyyata aldıracaqsınız.
Avtosfer.az | 12 Noyabr 2021 13:52
Salam masinim nissan pathfinderdi 1999 3.3 muherrrik teker olcusu 255/65R16 di men ise 255/85R16 teker olcusunu qoymaq isteyirem eni eynidir iksidie 255di ikiside 16 liq disk ucundu sadece biri hundur tekerdi hundur teker qoydugum halda ona gore qanunda hansiysa cerime varmi ve cerimesi ne qederdi?
Murad | 5 Noyabr 2021 18:17
Salam. Əgər istehsalçı zavod icazə vermirsə 150 manat cərimə yazıla bilər.
Avtosfer.az | 12 Noyabr 2021 13:50
Bna aftomobili duracaga ne zaman apara biler?
Elshan | 5 Noyabr 2021 17:43
Dayanma-durma qaydasını pozub mühüm maneə yaratdığınız halda apara bilər.
Avtosfer.az | 12 Noyabr 2021 13:49
Maşinin arxa purjini qizdirilibsa ve yaxud olu purjindirse kanfruksiya deyişikliyi hesab olunur? Cerimesi ne qederdi
Xelil | 5 Noyabr 2021 16:37
Qızıdırılıbsa normativ tələb pozulmuş hesab olunur. Amma özü işlənib aşağı yatırsa o normaldır.
Avtosfer.az | 12 Noyabr 2021 13:49
Salam Arxa yan Şüşelere Qarmoşka Perde Vurmağın Cerimesi var ? Birde Arxa Yan şüşelere Plyonka Neçe faize Qeder Vurmağa icaze verilir?
AYDIN | 5 Noyabr 2021 12:08
Salam. Pərdə vurmaq olar. Pərdə vurmaq olarsa deməli plyonkanın faizi yoxdur.
Avtosfer.az | 12 Noyabr 2021 13:48
Salam vaz 2106 matorun kolsavat etridim propkadan su axib masinin yağla qarismişdı ustaya apardim yağı sulu yağı boşaltdı probkani dəyisdi atrabotnu yağ tokdü işlədi biraz onuda bosaldıb yeni yağ və filtir əlavə etdi bi yağla suyun qarişması başqa nə kimi problemlərə gətirib cixarar zəhmət olmasa cavablandirardiž
Nadir | 5 Noyabr 2021 01:49
Salam. Bununla bağlı mütəxəssislərə müraciət edin.
Avtosfer.az | 12 Noyabr 2021 13:47
Salam Sualim bü cür! Avto Neqliyatimla bagli ona ne cur heps qoydura bilerem? Hara muraciyet etmeliyem?
Murad | 5 Noyabr 2021 01:08
Salam. DYP-yə müraciət etmək lazımdır.
Avtosfer.az | 12 Noyabr 2021 13:38
Niva avtomobilində подножка cəriməsini?
Şahin | 4 Noyabr 2021 19:10
Onun cəriməsi yoxdur
Avtosfer.az | 12 Noyabr 2021 13:37
Salam, biz 2 gun evvel nivani generalni etibarname ile adimiza kecirderken bize dediler ki masin haqda mehkeme qerari var iki eded. masinla cerime toreden adamin adi masina aid hec bir senedde yoxdur, ne tex passportda ne de generalni etibarnamede.... Amma masini adimiza kecirtmekden imtina etdiler ki masin haqda iki eded mehkeme qerari var.. Bu hansi halda ola biler( cerimeni eden adami tanimiriq)
amil | 4 Noyabr 2021 16:36
Salam. Qeydiyyatla bağlı məhdudiiyyət olan zaman maşını addan-ada keçirmək olmur. Ona görə siz öncə məhkəmə məslələrini həll etməlisiniz.
Avtosfer.az | 12 Noyabr 2021 13:36
Salam Wrangler faran 21011 qoysag cermesi var
Mehemmed | 4 Noyabr 2021 15:46
Salam. Normativ tələbi pozacaqsa quraşdırmaq olmaz.
Avtosfer.az | 12 Noyabr 2021 13:34
Salam. zehtmet olmasa sualimi cavablandirardiz. mashin f10 535, mashinda sesquclendirici var, amma ki 84 desibeli kecmir. YPX saxliyib deyir soznen 535 den bele bir ses gelmeli deyil ve mashin cerime meydancasina yerleshdirilmelidi. YPX nin herektleri ne qeder duzgundur?
Rufat | 4 Noyabr 2021 14:11
Salam. Düzgün deyil. Xüsusi cihazla ölçüb yoxlamalıdır. Əgər normadan çox olsa cərimə meydançasına apara bilərlər.
Avtosfer.az | 12 Noyabr 2021 12:44
Salam ,BNA dan necə şikayət edə bilərəmmi pratakolun ləğv etsinler
Kənan | 4 Noyabr 2021 09:47
Salam. BNA-ya rəsmi müraciət edin.
Avtosfer.az | 12 Noyabr 2021 12:43
Salam men xacıvan qeydiyyatdayam men bakida öz adıma avtomobil ala bilerem ya yox xaış edirrem cavab yazasınız
Tural | 4 Noyabr 2021 01:37
Salam. Qanuna görə ala bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2021 12:42
Hansi halda aftamabilin arxa yaylarina cerime yazila biler.yada yaylarin muddedti bitibse buna gore cerime yazila biler?
Murad | 3 Noyabr 2021 22:58
Əgər yaylar özü aşağı yatıbsa bun cərimə düşmür. Yox əgər sürücü müdaxilə edibsə, bu zaman 150 manat cərimə yazıla bilər.
Avtosfer.az | 12 Noyabr 2021 12:40
Salam mende sport purjundur arxalar. Qizdirilib mawin hal hazirda wtrafnoydadi. Qanunla sport purjun taxmaqa icaze var?yoxsa texpasportdasport yazilmalidir?
Elmin | 3 Noyabr 2021 19:40
Salam. Belə şeylər qeydiyyat şəhadətnaməsinə yazılmır. Qızdırıldığına görə cərimə meydançasına düzgün aparılıb.
Avtosfer.az | 12 Noyabr 2021 12:39
Salam necəsən Zəhmət olmasa mənim avtomobilimin Volqa 3110 maşindi mühərriki xarab olub benzin mator olub indi Dizel muheriki qoymaq istəyirəm Nissan dizel td27 mühərriki qoymaq istəyirəm onu necə senedleşdire bilərəm
Kənan Əkbərov | 3 Noyabr 2021 17:58
Salam. Bununla bağlı öncə DYP-yə müraciət edin.
Avtosfer.az | 12 Noyabr 2021 12:37
Salam.səs boğucunun dsbl səviyyəsini ölcmək ücün hara yaxınlaşa bilərəm?birdə ön yan şüşələri maksimum nə qədər tündləşdirmək olar?
Faiq | 3 Noyabr 2021 14:31
Salam. Səs desibelini ölçmək üçün DYP-yə müraciət edin və ya ixtisaslaşmış servisə müraciət edin. Ön yan şüşəni isə sənaye üsulu ilə tündləşdirə bilərsiniz. Şəffaflıq 70 faizdən az olmamlıdır. Plyonka ilə tündləşdirmək olmaz.
Avtosfer.az | 12 Noyabr 2021 12:35
Salam.Hyundai I30 markali avtomobile ses bogucu qurlasdirilib ve cixisi 4 ededdir.Sesi 84 desibeli kecmir. DYP emekdasi bunun qanunsuz oldugu ve masini duracaga qoyacigini bildirdi. Qanunda ses bogucunun cixisinin sayin artirilmasi ile bagli nezerde tutulmus cerime varmi?
Orkhan | 3 Noyabr 2021 13:40
Salam. Səs desibeli və işlənmiş qazların xaric olunması pozulmursa heç bir problem yoxdur.
Avtosfer.az | 12 Noyabr 2021 12:32
Salam yol polisinin verdiyi qəza arayışı ilə nəqliyyat vasitəsini idarə etmək olarmı? Qəzalı vəziyyətdə
Fərif | 3 Noyabr 2021 08:32
Salam. Maşın sürülürsə, işıq cihazları yerindədirsə, heç bir təhlükəli vəziyyət yaratmayacaqsınızsa sürmək olar.
Avtosfer.az | 12 Noyabr 2021 12:31
Men maşını idare ederken yoldan çıxıb qaraj qapısına yüngül deydim cərməsi necedir
Sahin | 3 Noyabr 2021 08:15
40 manat cəriməsi var. Manevr qaydasının pozulması.
Avtosfer.az | 12 Noyabr 2021 12:30
Salam. Bilmək istərdim Bakı şəhərində və rayonlarda qabaq və arxa qeydiyyat nişanı nömrələri olmadan avtomobil sürmək qanunidirmi? Yox əgər qanuni deyilsə nəyə görə mən belə hallarla hər gün qarşılaşıram?
Necefli Anar | 3 Noyabr 2021 00:12
Salam. Heç bir yerdə bu hərəkəti etmək olmaz. Cəriməsi var.
Avtosfer.az | 12 Noyabr 2021 12:29
Salam mende maşın 21015-dir. Dumanlı ve yaxın uzag vuran işıqlara led qoydurmaq isteyirem. Dumanliya h3 dalni blijniye h4 deyirlerki lede icaze var. Mene cerime yaza bilerler?
Mensum | 2 Noyabr 2021 18:52
Salam. Quraşdırmaq olar, amma stendlə yoxlatdırmalısınız ki, normativ tələbi pozmasın.
Avtosfer.az | 12 Noyabr 2021 12:27
Salam, kesişmede sari xetlerin ustunde olduguma gore cerime yaziblar, amma foto ve ya video elave olunmayib, duzgundurmu?
Metleb | 2 Noyabr 2021 17:12
Salam. Foto da əlavə olunmalı idi.
Avtosfer.az | 12 Noyabr 2021 12:26