SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

salam qardas perodok qaldirmanin cerimesinin madessini bide aciqlamasini yaza bilersen
Qurban | 10 Aprel 2021 18:32
Salam. 150 manat cəriməsi var. Zavod quraşdırdığı ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 26 Aprel 2021 11:43
Watsap nomrenizi yazardiz kobud sekikde qayda pozub sorada arxamca gelen masinin goruntulerin atardim size ictimailesdirerdiz.tedbiri gorulmesi ucun dyp idaresine mektub gonderilib.bezen ya gec baxirlar yada tedbir gorulmur. Masinda olan az yasli 6 yasli oglum cox qorxub
Nurlan | 10 Aprel 2021 16:02
[email protected] emailina göndərin ictimailəşdirək.
Avtosfer.az | 26 Aprel 2021 11:41
Salam men vaz 2108 aftamabilmin ön hissesini vaz 21014 de yigdira bilerem? Bildiyme göre vaz 2108 aftamabilini zavod istehsalatdan cixarib
Elshad | 10 Aprel 2021 08:33
Salam. Xeyr, olmaz
Avtosfer.az | 26 Aprel 2021 11:40
Avtomobilin arxa purjunlarının kəsilməsinin cəriməsi nə qədərdi? Və burjun kəsilməsinə görə maşın ştrafnoya gedir yoxsa cərimə yazılıb buraxılır?
Nəcəf | 9 Aprel 2021 05:21
Maşın duracağa aparılır və 150 manat cərimə yazılır.
Avtosfer.az | 26 Aprel 2021 11:38
Salam! Chevrolet Lacetti avtomobiline 16 ölçülü disk qoymaq isteyirem, lakin istehsalçı zavod disklerin ölçüsünü melumat birkasında 14 ve 15 gösterib. Qanun buna icaze verirmi? Zehmet olmasa bu işin qanuni hellini izah edin.
Rufat | 9 Aprel 2021 02:24
Salam. Xeyr, quraşdıra bilməzsiniz.
Avtosfer.az | 20 Aprel 2021 16:30
Salam, avtomobilin arxa asqi yaylari kesilmeyib, qızdırılmayib sadece istismar müddetinde ölçüsunde müeyyen qeder ölçüleri deyisibse cerime meydançasına aparıla bilermi ve cerime ne qederdir
Eliekber | 8 Aprel 2021 20:21
Salam. Dediyiniz halda cərimə yaza bilməzlər.
Avtosfer.az | 26 Aprel 2021 11:28
99lp702 salam bu nömrə kimin adınadı deyə bilərsiz çox xaiş edirem maşını turbo.azda görmüşəm amma satılıb nömrəsini öyrənmək istiyirəm çox xaiş edirəm
Kəramət | 7 Aprel 2021 20:30
Bunu yalnız DYP-dən öyrənə bilərsiniz.
Avtosfer.az | 26 Aprel 2021 11:24
Salam. Mənim maşınımın üzərində projektor quraşdırılmışdır. Yol hərəkəti haqqında qanun 73cü maddə 8ci hissəsində qeyd olunmuşdurki bu işıqlardan yaşayış yerində, qarşıdan avtonəqliyyat vasitəsi gələrkən istifadə etmək qadağandır. İstifadə etmədiyim halda tez-tez YPX əməkdaşları tərəfindən saxlanılıram. Saxlanılma zamanı haqqlı tərəf kimdir?
Elvin | 7 Aprel 2021 18:29
Salam. İstifadə etmirsinizsə haqlı tərəf sizsiniz.
Avtosfer.az | 26 Aprel 2021 11:20
Salam rayonda ypx emekdaşları dimey olar ki her ay 3-4 defe belkede çox (reyd olmadiqi halda) yolun her iki terefinde 2-3 saat erzinde adeten seher saat 10-12 arası dayanırlar maşınların çox faizin saxlayıb arxa yayları ölüdü,nebilim kitayiski aparatla öten günnen içki olanları yoxluyur, yük maşınlarında yüke göre eleva olunmuş 1-2resor artırılıb ve.s kimi nöqsanları yalan doğru deye birbaşa pratakol yazmadan duracağa aparırlar orda da pul vereni buraxır vermeyeni yazırlar rayonlardada çoxsu qanunun bilmir buda olarçın fürsetdi .bu ne derecede doğrudu xahiş edirem cavablandırardız.
Anar | 6 Aprel 2021 18:48
Salam. Sürücü əsassız və qanunsuz yerə saxlanıla bilməz. Əgər əlinizdə hər-hansısa bir fakt varsa DİN-ə şikayət edə bilərsiniz.
Avtosfer.az | 26 Aprel 2021 11:16
Salam, Arxa yan suselerin qara olmasi qanun pozuntusudurmu? Eledirse, bu hallarda texniki baxisinda masinda nasazliq olaraq qeyde alinmasi ne derece duzgundur?
Cavid | 6 Aprel 2021 17:51
Salam. Nazir göstəriş verib ki, arxa yan şüşələri qara olan sürücülər məsuliyyətə cəlb edilməsin. Amma qanunda qeyd olunmadığ üçün qeydiyyat və texniki baxış zamanı plyonkanı sökdürürlər.
Avtosfer.az | 26 Aprel 2021 11:14
Salam, Men masinimla texniki baxishdan kechmek istedikde, hech yoxlamadan qara shushe oldugu ucun texniki baxishdan keche bilmeyeceyimi dediler. Burda oxuduguma gore xususi normani olcen cihaz var, lakin hech onunla baxmadilar bele. Indiki halda ne etmeliyem? Shusheleri deyishdirib yeniden getmek lazimdir yoxsa DYP emekdashlari baxish zamani qerar vermelidiler? Evvelceden tesekkurler!
Karim | 6 Aprel 2021 16:51
Salam. Şüşədəki tündlüyü mütləq ölçdükdən sonra qərar verilməli idi. Gözəyarı baxıb qərar verə bilməzlər.
Avtosfer.az | 26 Aprel 2021 11:13
Salam.Məndə Bmw f10 kuzadı.Maşın m5 modelinə facelift olunub.Səs sistemi olduğu kimi saxlanılıb,disklər amma 19 düyüm qoyulub.Bunun üçün texpasportda m5 yazdırmaq lazımdı?
Elmin | 6 Aprel 2021 14:16
Salam. Disk məsləsi zavod tövsiyə etdiyindən böyükdürsə icazə yoxdur. Amma M5 sözünün qeydiyyat şəhadətnaməsinə yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 26 Aprel 2021 11:10
Neqliyyat vasitesinin katalizatoru ve ya krusitelin her hansi bir yeri dewilib ve ya cirilibsa buna cerime var varsa ne qederdi? Ve duracaqa gede bilermi?
Emil | 6 Aprel 2021 03:22
Buna görə cərimə nəzərdə tutulmayıb. Lakin bu nasazlığı aradan qaldırmaq lazımdır.
Avtosfer.az | 20 Aprel 2021 16:09
Salam.2001 ci il mersedes S klass 3.2 mator almaq istiyirem.Nömre deyişmeden adıma keçirmek neçeyedir?.evvelceden teşekür edirem.
Fəzail Fərhadov | 6 Aprel 2021 01:44
Salam. 97 manat 80 qəpik rüsumu var.
Avtosfer.az | 20 Aprel 2021 16:08
Salam. Bu cür arxa faralardan istifadeye icaze var mi ? Yoxdursa cerimesi ne qederdir ?
Yusif | 5 Aprel 2021 23:38
Salam. İcazə yoxdur. 150 manat cəriməsi var.
Avtosfer.az | 26 Aprel 2021 11:08
Salam mama rulna icaze var 07 de ?
Ağa | 5 Aprel 2021 22:05
Salam. Bəli icazə var. ƏTraflı məlumat almaq üçün linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 26 Aprel 2021 11:07
Salamun Aleykum baqişdiyin sizi narahat edirik aradabir maşınin nömresi ile cerimeni yoxlamaq mumkundurmu suruculuk vesiqesi ile yox ancaq maşın nomresi ile
Elnur | 5 Aprel 2021 21:07
E-xidmet.mia.gov.az saytında qeydiyyatdan keçib istənilən maşının nömrəsini yoxlaya bilərsiniz.
Avtosfer.az | 26 Aprel 2021 11:06
Salam sleykum Sualım ondan ibaretdirki Penavma qanunidir ?)
Vuqar | 5 Aprel 2021 20:23
Salam. Bu mübahisəli məsələdir. Quraşdırmağınız başağrısı olacaq.
Avtosfer.az | 26 Aprel 2021 11:05
Salam.2006. Ci il buraxlis nivaya urban buferi taxmaga icaze var?
Ferrux | 5 Aprel 2021 18:49
Salam. Bəli icazə var.
Avtosfer.az | 20 Aprel 2021 17:00
23 kamprosordu 18 diski tekerdi qayi cerme yaza biler buna
Allahverdi | 5 Aprel 2021 17:59
Zavod icazə verməyibsə quraşdırmaq olmaz. İnternet üzərindən axtarış verib maraqlana bilərsiniz ki, zavod buna icazə verir yoxsa yox.
Avtosfer.az | 20 Aprel 2021 17:00
Salam.mashinda qazan yoxdursa mashinin sesi berk cixir?ve bunun cerimesi nedi?cox sagolun
Rufet | 5 Aprel 2021 01:56
Salam. Qazanı yerinə quraşdırmaq lazımdır. Quraşdırmasaınız nasazlıq kimi qeydə alınıb 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2021 16:59
Salam Vaz Masinlarina Kvadrat Nomre İcaze Var ?
Vusal | 4 Aprel 2021 11:25
Salam. Yeri düzdürsə, deməli düz nömrə vurmaq lazımdır.
Avtosfer.az | 20 Aprel 2021 16:58
Salam hervaxtiniz xeyir men bilmek isteyirdim basavik birde usilitelin cermesi var masina qurasdirmaq isteyirdim
Riyad | 4 Aprel 2021 11:04
Salam. Xeyr cəriməsi yoxdur. Qanun bunu tənzimləmir.
Avtosfer.az | 20 Aprel 2021 16:57
Salam cermem oldugu ucun texniki baxisdan kece bilmemisem. Is ucun harasa cixanda her defe cerme gelir asanpaydan. Cermelerede faiz gelir coxalir. Imkan yoxdu odemeye. Bu cetinlik barede hara muraciet ede bilerem. Masin vaz 2107 di
Turan | 3 Aprel 2021 20:57
Salam. Cərimələr mütləq ödənilməlidir.
Avtosfer.az | 20 Aprel 2021 16:56
Salam mende bmw 328 madeldi ses boqucu var bide banpeler deyisdirilib m paket yazdirmaqa ehdiyac var senede
Fidayil | 3 Aprel 2021 20:40
Salam. Xeyr bu şeylər qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 20 Aprel 2021 16:55
Salam. Qanuna gore xususi texniki vasitelerin komeyi ile awkar olunan qayda pozuntulari 1 gun erzinde surucunun elektron kabinetine yerlewdirilmezse surucu mesuliyyetden azad olunur. Mene maraqlidir ki, YPX inspektoru terefinden planwetle dayanma-durmaya gore cekilen wekiller yuxaridaki qaydaya uygundurmu? yeni bu qayda pozuntusu haqqinda melumat surucunun elektron kabinetine 1 gun erzinde yerlewdirilmelidirmi?
Rahib | 3 Aprel 2021 11:21
Salam. Bəli bu da həmin qaydaya aiddir. Çünki planşetlə dayanma-durma qaydasının pozulmasına görə fotolar çəkilirsə bu da xüsusi texniki vasitə sayılır. Amma sizi saxlayıb sadəcə IXP seriyalı protokol yazırsa bu ona aid deyil. Bir sözlə EQ seriyalı və BNA seriyalı protokollara aiddir.
Avtosfer.az | 20 Aprel 2021 16:55
Salam men cerimimin olduğunu bilirem ama ne sebeb ile geldiyini bilmirem onu öyrene bilersiz
İmanverdi | 3 Aprel 2021 11:11
Salam. Bunun üçün DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 20 Aprel 2021 16:52
Salam vaz2107 qanunla icazə verilen arxa burijinin sayı nece olmalıdır..evelveden teşekkürler..
Ayaz | 3 Aprel 2021 09:21
Salam. Bunu biz bilmirik. Mağazadan yeni yayı götürüb saya bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 16:52
Salam mende avtomobil qara reng idi onu soradan qara pariltisiz rengletmishem hemin servizden de arayishim var bunu texpasporta nece qayda da Yeni ki hansi merheleden kecib vurdurmaq olur birde dovlet rusumu ne qederdi?
Elçin | 3 Aprel 2021 01:49
Salam. Arayışla birgə yaxınlaşın qeydiyyat imtahan idarəsinə. 55 manat 80 qəpik ödəməklə qeydiyyat şəhadətnaməsinə qeyd etdirə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 16:32
Salam bilmək isdeyirem arxa yaylarin cerimesi ne qederdir ve nəqliyyat vasitesi cerime meydancasina aparilir yoxsa yerində cerimesi yazilir
Camal | 2 Aprel 2021 23:47
Salam. Kəsilibsə və ya qızdırılbsa 150 manat cərimə yazılır və maşın duracağa aparılır.
Avtosfer.az | 20 Aprel 2021 16:51