Salam.90CN372masinin hansi markaya aiddir.yiyesi harda yasayir
Elcin | 5 Fevral 2025 21:22
Salam. CHEVROLET AVEO-dur. Sahibi haqqında məlumatımız yoxdur.
Avtosfer.az | 6 Fevral 2025 16:26
Salam etibarnaməsiz maşın sürməyin cəriməsi nə qədərdir?
Fazil | 5 Fevral 2025 17:44
Salam. 40 manat.
Avtosfer.az | 6 Fevral 2025 16:25
Ypx emekdasi yolda duraraq suret heddini teyin edib elektron unvana yerlesdire bilermi
Nuru | 5 Fevral 2025 15:40
YPX avtomobili ilə, yəni e-patrul sistemi ilə radar quraşdıra bilər.
Avtosfer.az | 6 Fevral 2025 16:25
Salam buzovnadan praspekte yük maşınlarına qadağan znakı var,nişanı keçib praspekte çıxmadan heyete girmek olar? DYP saxlayıb cerime yazıb düzdü?
İlqar | 5 Fevral 2025 11:08
Salam. Videoya baxmalıyıq ki, cavab verə bilək. Həmin yolu tanımadığımız üçün konkret cavab verə bilmərik.
Avtosfer.az | 6 Fevral 2025 16:24
Salam avtomobili rayon qeydiyyatinda olan şexsler Baki şeherinde addan ada keçirde bilermi (aformlenya), Eger keçirde bilerse elave rusum odenilmelidirmi?
Arzu | 5 Fevral 2025 10:41
Salam. Keçirə bilməzlər.
Avtosfer.az | 6 Fevral 2025 16:23
Yük maşının üstünə quraşdırılmış ref üçün sənət tələb olunur ya yox
Vuqar | 4 Fevral 2025 22:14
Ref nədir?
Avtosfer.az | 6 Fevral 2025 16:23
Chevrolet Cruze 2014. Aydın məsələdir. Maşının istehsal ili bitib O zaman aşağıda göstərdiyim maddəyə əsasən maşına Wrangler dumannilar qurawdira bileremmi?
III. Xarici işıq cihazları
1) Xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmadıqda.
Qeyd: İstehsaldan çıxarılmış nәqliyyat vasitәlәrindә başqa marka vә modeldәn olan nәqliyyat vasitәlәrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.
Ibrahim | 3 Fevral 2025 20:48
Avtomobilin ehtiyat hissələri hələ ki, istehsal edilir.
Avtosfer.az | 6 Fevral 2025 16:22
99ED070 manışn kime mexsostu
Elxan | 3 Fevral 2025 20:28
Bu haqda bizdə məlumat yoxdur.
Avtosfer.az | 6 Fevral 2025 16:22
Salam sport yayların cəriməsi var? Əgər yoxdusa bunu hansı maddə əsaslnda sübut edə bilərik
Ülvi | 3 Fevral 2025 17:46
Salam. Cəriməsi var.
Avtosfer.az | 6 Fevral 2025 16:21
Salam, əlavə olunmuş şəklə əsasən məni "İXM 327.2 yolayrıcını keçmə qaydalarının pozulması" ilə cərimə edə bilərlərmi? Edərlərsə qanunun açıqlamasını verərdiniz zəhmət olmasa. Əvvəlcədən təşəkkürlər.
Şəhriyar | 3 Fevral 2025 15:03
Salam. Bəli edə bilərlər. Yol hərəkəti haqqında qanunun 75 -ci maddəsinin II hissəsində qeyd olunub ki, Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Avtosfer.az | 6 Fevral 2025 16:21
Evakatorun ustunde Cermesi olan masina radar gele bilermi?
Elnare | 2 Fevral 2025 21:50
Sualınız aydın olmadı. Evakuator qayda pozursa, üstündəki maşına cərimə gələ bilməz.
Avtosfer.az | 6 Fevral 2025 16:18
Salam. Sertifikatli sport yaylara icaze var ? Hyundai markasi üçün.
Asif | 2 Fevral 2025 15:14
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 6 Fevral 2025 16:17
Salam ,test imtahanı ve qabiliyyət imtahanı ilə vəsiqə almaq üçün hansı sənədlərim olmalıdır,və bu imtahan üçün haraya yaxınlaşmalıyam?
Günay | 2 Fevral 2025 14:12
Salam. Hansı test və qabiliyyətdən gedir söhbət?
Avtosfer.az | 6 Fevral 2025 16:17
Lada vesta 2021 avtomobilne sport purjun ve 17 vossen enni diski qoysam qayi ona gore saxlaya biler meni?
Ismet | 2 Fevral 2025 09:10
Bəli, saxlaya bilər.
Avtosfer.az | 6 Fevral 2025 16:16
Salam 06 nin arxa aynasina qara kraska vurmaqin cerimesi varmi tek arxa aynaya
Müsfiq | 1 Fevral 2025 20:00
Salam. Qanun qadağan etmir.
Avtosfer.az | 6 Fevral 2025 16:15
Salam vaz 2106 avtomabilimin qabaq buferi olmadan sürsem mene cerime yaza bilerlermi?
Mənsur | 1 Fevral 2025 10:47
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 6 Fevral 2025 16:14
Salam .surmey ucun verilen etibarname ile idare etdiyim avtomobille qeza etdikde deymis ziyanin siqorta terefinden birbasa mene odenilmesinde her hansisa bir cetinlik ola bilermi? Ve ya texpasport kimin adinadirsa o sexs olke xaricindedirse men nece ala bilerem deymis ziyani siqorta sirketinden ? Zehmet olmazsa cavablandirardiz.tesekkur edirem!
İsmayil | 1 Fevral 2025 01:09
Salam. Bununla bağlı sığorta şirkəti ilə danışın.
Avtosfer.az | 6 Fevral 2025 16:12
Salam, 3.27 nişanı ilə cərimə yazılıb. Ancaq nişan 900 metr 1 km qabaqdadır, və təkrarlanmır, demək olar ki, yolun başlanğıcındadır. Nişan təkrarlanmalıdrmı? Çünki maşın saxladığım ərazidən nişan çox uzaqdır. Təşəkkür edirəm
Bəhram | 1 Fevral 2025 00:42
Salam. Yolayrıcı yoxdursa nişan qüvvədədir. Nişan yolayrıcında qüvvədən düşür.
Avtosfer.az | 6 Fevral 2025 16:10
Salam. Chevrolet Cruze 2014 model Aydın məsələdir ki, Avtomobilimin istehsal tarixi bitmişdir. Mən 342.2 nömrəli qanunun 1 nömrəli əlavəsində qeyd olunmuş : < Qeyd: İstehsaldan çıxarılmış nәqliyyat vasitәlәrindә başqa marka vә modeldәn olan nәqliyyat vasitәlәrinin xarici işıq cihazlarının qurulmasına yol verilir > Qeydə əsasən wrangler tipli duman faralarindan istifadə edə bilərəmmi?
İbrahim | 31 Yanvar 2025 23:47
Salam. Bu avtomobilin ehtiyat hissələri istehsalddan çıxarılmayıb. Hələ ki, istehsal olunur. Ona görə də yalnız zavod işıqlardan istifadə etməlisiniz.
Avtosfer.az | 6 Fevral 2025 16:09
Salam sərnişinin təhlükəsizlik kəməri olmadığı halda maşın duracağa aparıla bilər?
Kazım | 31 Yanvar 2025 21:40
Salam. Nasazlıq aradan qaldırıla bildikdə duracağa aparıla bilməz.
Avtosfer.az | 6 Fevral 2025 16:07
Bmw e39 arxa stop qaralmasi cerimedirmi
Nicat | 31 Yanvar 2025 21:24
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/avtoxeber/faralara-plyonka-vurulmasi-hansi-hallarda-cerimeye-sebeb-olur-cavab-246637
Avtosfer.az | 6 Fevral 2025 16:04
salam mende bmw f10 avtomobilidir qapi pilkasinda disk razmeri R19 yazilib men R20 lik diks qoya bilerem ?
Vasif | 31 Yanvar 2025 17:51
Salam. Xeyr, maksimum 19 quraşdıra bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2025 16:03
Salam.
Menim pravam 1 il evvel mehdudlasdirlmisdi 6 ayliq. İndi bir il kecib. Men hec bir sened mehkemeye teqdim etmemisdim vesiqe evde saxlamisdim yeni bilmey istediyim mehdudiyyet goturuldukden sonra her hansisa bir yere gedib nese gostermeliyem?
Ceyhun | 31 Yanvar 2025 17:04
Salam. Siz vəsiqəni təqdim etməli idiniz ki, müddət hesablansın. Təqdim etmədiyiniz üçün müddət hesablanmayıb.
Avtosfer.az | 6 Fevral 2025 16:02
alam,Zəhmət olmasa şəkilə diqqət edərdiniz.Burada dayanan mercedes markalı avtomobil hərəkət zolağının 2ci cərgəsində sayılır? Buna görə cərimə qanunidir?
Cavid | 31 Yanvar 2025 00:53
Salam. Bəli, ikinci cərgə sayılır. Qanunidir cərimə.
Avtosfer.az | 6 Fevral 2025 16:01
Salam yeni 1.5 plug in hibrid masinina qiragdan nomre alib vurmag ucun rüsum ne qederdir?
Elnur | 30 Yanvar 2025 22:48
Salam. 60 manat 80 qəpik dövlət rüsumu var.
Avtosfer.az | 6 Fevral 2025 15:59
Salam
Elxan | 30 Yanvar 2025 21:46
Salam.
Avtosfer.az | 6 Fevral 2025 15:59
Arxa brzaviklər(paçıqlqlar ) olmasa maşın duracaga qoyula bilərmi?
Xəlil | 30 Yanvar 2025 16:46
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/brizqavik-patpres-ve-qara-tustuye-gore-masin-strafnoya-aparila-bilermi-vi%CC%87deo-251246
Avtosfer.az | 6 Fevral 2025 15:59
Maşınım icazəsiz gotrlerek geza törədib sürücü qaçıb ve isime iki ay sirki baxılmış.nede maşınım duracaxdan cixarilmi
Orxan | 29 Yanvar 2025 23:32
Bununla bağlı DYP-yə rəsmi qaydada müraciət edə bilərsiniz.
Avtosfer.az | 6 Fevral 2025 15:57
Salam.Avtomobil olmadan qeydiyyat nişanı yəni nömrə almaq mümkündür?.
Rahman | 29 Yanvar 2025 10:27
Salam. Xeyr, mümkün deyil.
Avtosfer.az | 29 Yanvar 2025 16:13
Salam.öz adıma olan maşını 2 ildi satmışam ama hələdə adımda qalıb adımnan çıxartmaq istiyrəm hara müraciət edə bilərəm?
Sahil | 28 Yanvar 2025 18:33
Salam. Satdığınız adamı tapıb adına keçirməlisiniz.
Avtosfer.az | 29 Yanvar 2025 16:13





