Salam.men qirix xətdən ötme əməliyyati etdim lakin az mesafede duz xətten qayidim oz yoluma.bu zaman cərimə yazilir??birde sonuncu etibarnameye cerime gelib bunu maşının yiyəsinə deyisdirmek olar?
Kərim | 20 Sentyabr 2024 06:29
Salam. Düz xəttin başlayacağını görürsünüzsə ötmə etməməlisiniz. Lakin əvvəldən ötməyə başlayıb, sadəcə ötmənin sonunda düz xətt başlayırsa xətti tapdalamaq qayda pozuntusu hesab edilmir.
Əgər maşını siz sürməmisinizə müraciət edib dəyişmək olar.
Avtosfer.az | 23 Sentyabr 2024 18:44
salam men menim masinimin texniki basidan kecb kecmediyini oyrenmek isdeyirem
Tural | 19 Sentyabr 2024 20:37
Salam. 012 590 71 13 nömrəsinə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 23 Sentyabr 2024 18:38
Salam polis hec bir qayda pozuntusu olmadan saxlayib bizden aptecka sorusa biler?
Aydın | 19 Sentyabr 2024 19:29
Salam. Saxlayan zaman soruşa bilər.
Avtosfer.az | 23 Sentyabr 2024 18:36
Salam, maşının üstünə Camaro stil Sport xətlərin vurulmasının cəriməsi varmı ?
Mirmünasib | 19 Sentyabr 2024 06:01
Salam. Foto göndərin baxıb deyək.
Avtosfer.az | 19 Sentyabr 2024 16:52
Salam Suruculuk vesiqesini lisenziya bitdikden sora goturmek ucun rusum nedir
Elnur | 18 Sentyabr 2024 22:11
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 19 Sentyabr 2024 16:51
Yol polsi əməkdasi gəlib məni vido kəkilşə kafedən kixarib ki,siz ikçilisiz.məndə Ayuq sürcümü cösdərdim ki maşni bu idarə edib.ikimizdə apardilar polis bölməsinə yoxlayib mənə 400 manat cərimə yazdilar qərarsiz.bu nə dərəcədə düzcündür.mənədə polis bölməsində hecbir kamera hecbir sübüt göstərmədilər.bu necə ola bilər
Turan | 18 Sentyabr 2024 14:04
Maşını siz sürmüşdünüzsə düzgün yazılıb.
Avtosfer.az | 19 Sentyabr 2024 16:41
Salam nivaya R17disk olar? Ve yaxud R16?
Məhəmməd | 17 Sentyabr 2024 21:58
Salam. Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 19 Sentyabr 2024 16:40
Salam mende chevrolet cruze du onu ada kecirmek ucun ne senedler lazimdi ve hara mureciet etmeliyem? Birde dovlet rusumu ne qederdi?
Tural | 17 Sentyabr 2024 10:45
Salam. Qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi lazımdır. Rüsumu ödəmək üçün bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Sentyabr 2024 16:46
Salam vaz 2106 ya salona ayaq altina isiq qurasdirmaqin her hansi bir cermesi var?
Aydın | 17 Sentyabr 2024 10:03
Salam. Xeyr, heç bir qadağası yoxdur.
Avtosfer.az | 17 Sentyabr 2024 16:44
Salam. 07.09.2024cü il tarixdə. Saat 12 00da işde olduğum halda mene cərimə gelib sms radar vasitesile 100m.ve 3bal. Men onu nece sildire bilirəm?
Maşın mənə aid deyil daverneslə sürürəm.
Nicat | 16 Sentyabr 2024 20:47
Salam. Maşın kimdə olub? Başqa şəxs sürübsə DYP-yə ərizə ilə müraciət edin silsinlər.
Avtosfer.az | 17 Sentyabr 2024 16:44
Dövlət rüsumu ilə kombinasiyalı dövlət qeydiyyat nişanı alarkən seçim etmək hüququm varmı?
Tofiq | 16 Sentyabr 2024 19:54
Qanunla seçiminiz var.
Avtosfer.az | 17 Sentyabr 2024 16:43
Salam Məndə opel astra h maşındır wrangler dumanni aoydura bilərəm?
Elturan | 16 Sentyabr 2024 19:15
Salam. Xeyr, qadağandır.
Avtosfer.az | 17 Sentyabr 2024 16:42
vaz 2107 1liy pasdafqaya icaze var?
rafiq | 16 Sentyabr 2024 16:17
Xeyr, icazə yoxdur.
Avtosfer.az | 16 Sentyabr 2024 18:05
Salam menim.avtomabilim chevralet cruzdu. Men sexsi avtomabilimdəki yaylari sport yayla evez ede bilerem?
Mehemmed | 16 Sentyabr 2024 12:03
Salam. Xeyr.
Avtosfer.az | 16 Sentyabr 2024 18:05
Salam dyp meselen kemere gore saxlayib led isiqlari yaza biler
Ulvi | 16 Sentyabr 2024 02:17
Salam. Sonradan aşkar etdiyi qayda pozuntusuna görə cərimə yaza bilər.
Avtosfer.az | 16 Sentyabr 2024 18:04
yol polisi neqliyyat vasitesinin arxasina düşe bilermi?
Mamed | 16 Sentyabr 2024 00:46
Sürücü saxla işarəsinə tabe olmalıdır birmənalı şəkildə.
Avtosfer.az | 16 Sentyabr 2024 18:03
Salam masinin nömresi bayrax sekli solub buna cerme dusur
İslam | 15 Sentyabr 2024 23:43
salam. Bəli, düşür. Dəyişdirin nömrəni.
Avtosfer.az | 16 Sentyabr 2024 18:03
Salam fotoda görsenen maşını gelecekde yığmaq planlarım var sadece örgenmek isteyiremki bunu ederken hansı qanuni yollara el atmalıyam ve meselen men bunun xarici görünüşünü qanunla bele etsem bele sürmek üçün senedine sport falan yazdırmalıyam? Ve bele tuning etmek qanunidir?
Ibrahim | 15 Sentyabr 2024 13:53
Salam. Tüninq qadağan deyil. Sport yazdırmaq qanunsuzdur.
Avtosfer.az | 16 Sentyabr 2024 18:02
Piyada vurulub. Piyada kecidinnən kənarda. Həkim rəyi xəsarət yoxdu. Sürət25-30.cəza nədir
Famil Elirzayev | 14 Sentyabr 2024 13:20
Günah piyadadadırsa cərimə yazıla bilməz.
Avtosfer.az | 16 Sentyabr 2024 18:01
2107 de dönme işaqlarının süretli yanıb sönmesini qayı qayda pozuntusu olduğun deyir.bildirirki guya niva relesi qoşulub ve cerime meydançasına apardı ve deyirki elave avadanlıq sayılır.düzdür bu?
Nahid | 14 Sentyabr 2024 03:35
Xeyr, düz deyil.
Avtosfer.az | 16 Sentyabr 2024 18:00
Salam ,bmwf10 u g30 modeline yigmag olar?arxa stoplar qabag faralar arxa bufer qabag bufer kapot krlilolari deyisdisdirib g30 un qoysam qanunla icaze varmi texpasportda m yazilib
Kazim | 14 Sentyabr 2024 03:28
Salam. Bunlar tamam başqa modellərdir. Ona görə də olmaz.
Avtosfer.az | 17 Sentyabr 2024 16:42
Salam. Elektromobilin DYP-də qeydiyyatını etməliyəm, bununla bağlı aşağıdakı sualların cavablandırılmasını Sizdən xahiş edirəm:
1. Mühərrik həcminin olmadığını (Elektromobil olduğu üçün) nəzərə alsaq, yalnız qeydiyyat şəhadətnaməsi üçün 30 AZN və qeydiyyat nişanı üçün 30 AZN rüsumlarını ödəmək lazımdır, doğrudur ?
2. Elektromobil Çin istehsalı olduğu üçün, arxa şüşələr zavod tərəfindən tündləşdirilmiş haldadır. Bunu əsas gətirərək qeydiyyatdan imtina edilə bilər ? Edilərsə bu halda nə etmək lazımdır ? Nəzərə alsaq ki, Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə sürücüdən arxada qalan şüşələrə plyonka, jalüz çəkilməsinə və yüz faiz tündləşdirilməsinə icazə verilib.
3. 4 il bundan öncə xüsusi rəqəm (111-999) və eyni hərf kombinasiyasından ibarət olan qeydiyyat nişanı (zerkalnıy) üçün rəsmi rüsüm ödəmişəm, lakin həmin vaxt Kovidlə bağlı avtomobil əldə edə bilmədiyim üçün, qeydiyyat nişanıda almamışam. A) Qeydiyyat nişanını indi əldə etmək istəyirəm, (ödəniş qəbzi mövcuddur) ödəniş tarixindən 4 il keçdiyi üçün zerkalnıy nömrə verilməsindən imtina edilə bilər ? Bu məqam qanunla tənzimlənir ? B) Əyər rüsumun ödəniş tarixi ilə bağlı heç bir məhdudiyyət yoxdursa, zerkalnıy nömrənin mövcud olmaması səbəbindən imtina edilə bilər ? Nəzərə alsaq ki, hər hansı bir spesifik nömrə ilə bağlı tələbim yoxdur, ödədiyim rüsuma uyğun istənilən eyni hərfli və eyni kombinasiyalı nömrəyə razıyam
4. Elektromobil istehsal ilinin 2023 cü il olduğunu nəzərə alsaq, DYP də qeydiyyat zamanı Texniki Baxışdan keçməlidir, yoxsa yalnız ban və mühərrik nömrəsi yoxlanılır ?
5. Qeydiyyat üçün icbari sığorta olması mütləqdir ?
Aynar | 14 Sentyabr 2024 03:17
Salam.
1) Bəli, 30 manat ödəyəcəksiniz.
2) Ətraflı məlumat üçün bu linkə daxil olun: https://avtosfer.az/az/oyrenek/suseleri-tund-olan-avtomobilleri-ada-kecirerken-problem-yarana-bilermi-vi%CC%87deo-235430
3) Əslində nömrəni seçdikdən sonra ödəniş etməli idiniz. Gedib boş nömrələrin siyahısını tələb edə bilərsiniz.
4) Texniki baxışdan keçməyəcək. Yalnız rəngi tutuşdurulacaq.
5) Sığorta vacibdir.
Avtosfer.az | 16 Sentyabr 2024 17:58
Salam Motosiklet üçün hansı sənədlər olmalıdır alarken
Cavid | 14 Sentyabr 2024 02:30
Salam. Qeydiyyat şəhadətnaməsi.
Avtosfer.az | 16 Sentyabr 2024 17:51
Salam niva markali avtamabilimde aparatiraya gore qayi mene bu gun 800 azn cerime yazmaq isteyirdi qanunda var bele bir sey? 6 kalonka 1 usilitel bir basofka var avtomobilde
Xeyrulla | 14 Sentyabr 2024 00:56
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 16 Sentyabr 2024 17:50
Salam,hər vaxtınız xeyir. Bilmək istəyirdim ki, texniki baxış üzrə məntəqələr günün hansı saatlarında işləyir? Öncədən təşəkkür edirəm.
Rafiq | 13 Sentyabr 2024 17:59
Salam. Sədərək ticarət mərkəzinin yanındakı 24 saat işləyir.
Avtosfer.az | 16 Sentyabr 2024 17:49
Yolayrıcını keçmə qaydalarının pozulma cəriməsi neçə manatdı
Elar | 13 Sentyabr 2024 17:42
3 bal 100 manat.
Avtosfer.az | 16 Sentyabr 2024 17:48
Sport gazanin Decibeli 86 kecmirse ve hansisa bir mudaxile olmuyubsa dyp wtrafstoyankaya apara biler?
Ve ses nen bagli (gazan) qaydar hardan bawliyir? Hansi punkdan?
Asiman | 13 Sentyabr 2024 02:10
Desibel 74 olmalıdır maksimum. Sport qazanlara isə icazə yoxdur.
Avtosfer.az | 16 Sentyabr 2024 17:43
Salam avtomobilin ön kapot rengini deyişmek olar? texpasporta deyişiklik etmeden çunki ban sayılmır kapot
Tural | 12 Sentyabr 2024 22:08
Salam. Kapot da ban sayılır. Avtomobilin bütün xarici detalları ban hissəsinə aiddir.
Avtosfer.az | 16 Sentyabr 2024 17:30
Vaz 2107 formula tekerin cerimesi varmı
Miri | 12 Sentyabr 2024 21:40
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/07-suruculeri-bu-tekerlerden-istifade-ede-biler-i%CC%87zah-231969
Avtosfer.az | 16 Sentyabr 2024 17:29
salam mashının ozu ağ damı ise qara vinil vurularsa cerimesi negederdir ve ya ona gore duracaqa yerleshdire bilermi ?
Harun | 12 Sentyabr 2024 03:33
Salam. Qeydiyyat etmədiyiniz üçün 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 16 Sentyabr 2024 17:28





