Yeməkdən gündəlik alış-verişə: Çatdırılma səbətlərində nə var? - FOTO

Restoranlarda burger və şaurma, marketlərdə yumurta, su və banan önə çıxır. Bolt Food-un məlumatları Azərbaycanda ən çox sifariş olunan məhsulları və həftənin ən aktiv sifariş günlərini göstərir.
Evdə su bitib, səhər yeməyi üçün yumurta lazımdır, nahara isə burger sifariş etmək istəyirsiniz. Çatdırılma tətbiqləri gündəlik həyatın müxtəlif anlarında işə yarayır. Bəs Azərbaycanda istifadəçilər səbətlərinə ən çox nə əlavə edirlər?
Bolt Food-un 2026-cı ilin iyul–oktyabr aylarına aid məlumatlarında həm sevimli yeməklər, həm də gündəlik tələbat məhsulları önə çıxır.
Burger, şaurma və onların yanında ayran
Restoran sifarişlərində burgerlər və burger menyuları ən çox seçilənlər arasındadır. Şaurma və dönər də istifadəçilərin tez-tez sifariş etdiyi yeməklərdəndir. Müxtəlif adlarla təqdim olunan lahmacunların sifarişləri birlikdə hesablandıqda, bu yemək də ən populyarlar sırasına daxil olur. Yemək sifarişlərini tez-tez kartof fri və souslar tamamlayır. Restoranlardan ən çox sifariş olunan içki isə ayrandır.
Market səbətinin ilk beşliyi
Hazır yeməklərlə yanaşı, gündəlik alış-veriş məhsulları da çatdırılma sifarişlərində yer tutur. Marketlərdə ən çox sifariş olunan məhsulların ilk beşliyini ardıcıllıqla yumurta, qazsız su, banan, sərinləşdirici içkilər və mineral su təşkil edir.
Beləliklə, sifariş səbətlərində burger və şaurma qədər gündəlik süfrəmizdən tanıdığımız məhsullara da rast gəlinir.
Aptek sifarişlərində nə önə çıxır?
Platformadakı sifarişlər yemək və market alış-verişi ilə məhdudlaşmır. Aptek sifarişlərinin həcmi bu iki istiqamətlə müqayisədə daha kiçik olsa da, burada da ən çox seçilən məhsullar müəyyənləşir.
Təhlilə daxil olan apteklərdə kontraseptiv vasitələr ön sıradadır. Onların ardınca işlədici vasitələr və parasetamol kimi reseptsiz preparatlar gəlir. Hamiləlik testləri, plastırlar və şprislər də sifarişlərdə yer alır.
Ən çox sifariş cümə günü verilir
Məlumatlar yalnız səbətlərin tərkibini deyil, sifarişlərin həftə ərzində necə dəyişdiyini də göstərir. Həftəsonuna yaxın aktivlik artır: ən yüksək sifariş həcmi cümə günü qeydə alınır, şənbə və bazar günləri isə ona yaxın göstəricilərlə izləyir.
Bazar ertəsi həftənin ən sakit günüdür. Bununla belə, ən aktiv və ən sakit gün arasındakı fərq böyük deyil. Aylıq müqayisədə isə avqust həm 2025-ci, həm də 2026-cı ildə ən yüksək sifariş həcminin qeydə alındığı ay olub.
Metodologiya: Təhlil Azərbaycanda Bolt Food platformasının məlumatlarına əsaslanır. Məhsul göstəriciləri 2026-cı ilin iyul–sentyabr aylarını, həftəlik tendensiyalar son 14 tam həftəni, aylıq tendensiyalar isə 2024-cü ildən başlayan dövrü əhatə edir. Məhsul adları fərqli olduğundan bəzi yeməklər ayrı-ayrı qeydlərdə göstərilir. Apteklər brend adları üzrə müəyyən edildiyi üçün nəticələr bütün aptekləri əhatə etməyə bilər.

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












