Banner
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. 07.09.2024cü il tarixdə. Saat 12 00da işde olduğum halda mene cərimə gelib sms radar vasitesile 100m.ve 3bal. Men onu nece sildire bilirəm?
Nicat | 11 Sentyabr 2024 23:21
Salam. Maşın sizə aiddir?
Avtosfer.az | 16 Sentyabr 2024 17:27
Salam zehmet olmasa cavablandırardız. Neqliyyat vasitesinin texpasportunda Muherrik nomresine-N/Z SILINM (MARKA) Şassi nömresine-B/Z Bunlar ne demekdir?
Sürücü | 11 Sentyabr 2024 22:41
Salam. Bunu DYP-dən soruşun. Onlar dəqiq bilirlər.
Avtosfer.az | 16 Sentyabr 2024 17:27
Masinin kapotunun altinda olan pilkasindaki ban nomresinin bir hissesi silinib. Ama mator xanasindaki ban nomresi qaydasindadi ve Texpasportla eynidi. Hec bir problem yoxdu. Bi dene kapotdaki pilkadaki nomrenim bir hissesi silindiyine gore masinin aformutuna 400 manat elave pul istiyirler. Bu duzgundurmu?
Agalar | 11 Sentyabr 2024 19:45
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/birkasi-olmayan-masin-qeydiyyatdan-ve-texniki-baxisdan-kecirile-bilermi-qaydalar-beledi%CC%87r-218374
Avtosfer.az | 16 Sentyabr 2024 17:26
Salam maşının modeli hundai i30 faranın Rengi şekildeki kimidi maşını yeni almışam köhne sahibi deyirki cerime deyil qeyd edimki vinel deyil rengi eledi cerimesi var yoxsa yox ?
Kamal | 11 Sentyabr 2024 18:05
Salam. Normativ tələblər pozulmurs istifadə emək olar.
Avtosfer.az | 16 Sentyabr 2024 17:25
Vaz 21014 markalı avtomobilin arxa yayları neçe diş olmalıdır?
Rəşad | 11 Sentyabr 2024 12:03
Onu biz bilmirik. Mağazadan götürüb saya bilərsiniz.
Avtosfer.az | 16 Sentyabr 2024 17:23
Vaz 21014 markalı avtomobilin arxa yaylarının vaz 2109 markalı avtomobilin yaylarıyla deyişiklik etmekle bir cerime nezerde tutulubmu bunların ferqi ise vaz 2109 markalı avtomobilin arxa yayları 11 kuruq vaz 21014 markalı avtomobilin ise arxa yayları 12 kuruqdur.
Rəşad | 11 Sentyabr 2024 11:49
Bəli, 150 manat cəriməsi var.
Avtosfer.az | 16 Sentyabr 2024 17:23
Salam. KAMERADAN AVTOBUS ZOLAĞI İLƏ BAĞLI CƏRİMƏ OLUNMUŞAM. DÖNMƏ IŞIĞINI YANDIRIB ZOLAĞDAN ÇIXMAĞ İSDƏYİMƏ BAXMAYARSQ ÇIXIŞ YOLU ÜÇÜN İRƏLİ GEMDİŞƏM VƏ CƏRİMƏ OLUNMUŞAM KAMERA VASİTƏSOYLƏ BU NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR. ŞİKAYƏT EDƏBİLƏRƏM?
Ağa | 11 Sentyabr 2024 10:57
Salam. Siz gedib düz xətdən keçmisiniz yəqin. Elə olmaz. Dayanıb yol verib, sonra qırıq-qırıq xətdən avtobus zolağını tərk etməli idiniz.
Avtosfer.az | 16 Sentyabr 2024 17:22
Salam vaz 21014 maşınına zavod 11 diş arxa yaylar qoymağın cermesi varmı
Rəşad | 10 Sentyabr 2024 23:31
Salam. Zavod hansı yayı nəzərdə tutursa ondan istifadə etmək lazəmdır.
Avtosfer.az | 16 Sentyabr 2024 17:20
Salam vaz 2106 ya ayaq altina isiq qurasdirmaqin her hansi bir cermesi var?
Aydın | 10 Sentyabr 2024 20:26
Salam. Çölə, yoxsa salona?
Avtosfer.az | 16 Sentyabr 2024 17:19
Arxa patpirese qarmosqa perdenin cermesi varmi
Sebuhi | 10 Sentyabr 2024 19:50
150 manat cəriməsi var.
Avtosfer.az | 16 Sentyabr 2024 17:19
Bu cür vrangler dumannilarin verməsi var?
Seymur Memmedov | 10 Sentyabr 2024 19:15
Bunlardan istifadə etmək olmaz.
Avtosfer.az | 16 Sentyabr 2024 17:19
Tehlukesizlik sheher kamerasi vasitesile cerime yazilmasi doğrudurmu? Bildiyim qederi ile sertifkati yoxdursa duz deyil. Hara nece shikayet ede bilerem?
İsa | 10 Sentyabr 2024 08:07
Əlbəttə yazıla bilər.
Avtosfer.az | 16 Sentyabr 2024 17:12
Bir daha salam.getirdikden sonra bu kapot qoyulubdu ve bunu problem edirler
Muxtar | 10 Sentyabr 2024 02:40
Bu kapotda elə bir şey yoxdur axı. DİN-ə müraciət edə bilərsiniz.
Avtosfer.az | 16 Sentyabr 2024 17:11
Maşının qabağ farasını neçə dərəcə qaralda bilərik?
Dadaş | 8 Sentyabr 2024 22:01
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 9 Sentyabr 2024 17:28
5 qepik 1957-1955 ci il- 2000$
Amin | 8 Sentyabr 2024 20:33
Sualınız aydın olmadı.
Avtosfer.az | 9 Sentyabr 2024 17:26
Salam. Meni bu gun DYP emekdasi saxlayib avtomobil nomremde cift mi giftmi.. olmamagini dedi. Anlamadim, gosterdi ki nomre uzerinda yazilan “AZ” yazisi kvadrat cercive icinde olmasi mutleqdir. Mende ise kvadrat cercive yoxdur. Men bildirdim ki bu Dovlet Qeydiyyat nishanidir, sizin terefden verilib. O bildirdi ki istismar muddeti bitib ve nomreni bu formada olmag serti ile deyisdirmeliyem. Bu dogrudurmu, bele qanun varmi ve cerime olunurmu? Men ilk defedir ki eshidirem avtomobil nomresinin istismar muddeti olsun.
Milane | 8 Sentyabr 2024 17:09
Salam. Xeyr, belə bir şey yoxdur. Bununla bağlı zəhmət olmasa bizim votsap nömrəmizə yazın. 070 335 15 59
Avtosfer.az | 9 Sentyabr 2024 17:26
Salam olsun sizdən bir söz soruşum mende Mitsubishi Pajero io 2000 çi il istehsalı dünyanın o maşına başqa avtomobilin faydasını quraşdırmaq olarmı? Öz fatasinin bazasında yığılmış vrangler faraya icazə var?
Şükür | 8 Sentyabr 2024 16:39
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 9 Sentyabr 2024 17:24
Sağa dönme siqnalini yandırıb donmrkde ve yaxud dayanmaqla olan N.V.ni heç bir ayrıcı zolaq yoxdursa ötmek qadağandır nişanının. teəsir zonasında ötmek olarmi
Aydın | 8 Sentyabr 2024 14:00
Ötmə qadağandır nişanı varsa asfaltda da xətlər olmalıdır. Xətt yoxdursa sürücü ötə bilər.
Avtosfer.az | 9 Sentyabr 2024 17:22
salam arxa nömrələrin yanmamasına görə cərimə nəzərdə tutulurmu?qanunda aradan qaldırılması mümükün deyilsə deyir həmin an aradan qaldırmaq mümkün deyilsə demir axı
Aqil İxtiyarlı | 8 Sentyabr 2024 04:12
Salam. Bəli, həmin andan getmir. Amma sürücü də məsuliyyətli olmalıdır.
Avtosfer.az | 9 Sentyabr 2024 17:21
Salam vaz 2106 ya arxa purjuna niva qoymaq olar birde formula teker?
Aydın | 8 Sentyabr 2024 03:22
Salam. Yayları dəyişmək olmaz. Təkərə görə isə bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/07-suruculeri-bu-tekerlerden-istifade-ede-biler-i%CC%87zah-231969
Avtosfer.az | 9 Sentyabr 2024 17:20
Salam.Mende jeep wrangler 2019 cu ildi.alib bura getirennen sonra kapot ve arxa stoplarin deyishmisem.masini indi satmaq isdeyirem qaide addan ada kecirtmirler deyirlerki kapot ve stop deyisilmelidi ve ya bu qeder pulver kecirdek.bu qanuni telebdir?bunu bilmek isdeyirem.mashin shekildeki mashindi
Muxtar | 7 Sentyabr 2024 17:19
Salam. Dəyişib nə qoymusunuz?
Avtosfer.az | 9 Sentyabr 2024 17:19
Salam men size bu suali verdim : Salam. Iyulun 12 si qosa xetdin tapdanmasina gore olan cerimeni avqust ayinin 1 i videogoruntu esasinda gondere bilerler ? Cavab : Salam. Şəhər kamerası ilə çəkilibsə 1 gün ərzində göndərilməlidir. Bir sualim da olacaqdi . Əgər 1 gun ərzində cərimə gəlmirsə sonradan hecbir halda cərimə gondərə bilməzlər? Şəhər kamerasindan basqa basqa bir kamera goruntusu olsa belə ?
İsmayil | 7 Sentyabr 2024 09:44
Sürücülərin registratorla çəkdiyi görüntüyı 1 il ərzində cərimə yazıla bilər.
Avtosfer.az | 9 Sentyabr 2024 17:13
Neqliyyat vasitemin stop işığının yanmamasına göre gece (saat 2-3) radelerinde, hereket esnasında polis emekdaşı terefinden xeberdarlıq olunmadan birbaşa cerime yazıla bilermi? Nezere alsaq ki hemin vaxtda (gece, yolun ortasında) nasazlığı aradan qaldırmaq mümkün deyil.
Mubariz | 7 Sentyabr 2024 03:26
Nasazlığı aradan qaldırmaq mümkündürsı cərimə yazılması doğru deyil.
Avtosfer.az | 9 Sentyabr 2024 17:12
Salam.Bir Sual Verim. Şamaxda Şöbenin qabagında topaşı vurdum sifatoforda qezanın sebebi yaşıl ışıgda dayanması idi Amma Arxa stopu yanmırdı Diye gec gordüm Ve Haside oldu ona baxmayaraq meni günahkar cıxaedılar ve cerime olundum sıgortada topaşı düzetdi. Burda Günah kimdedi. Arxadan vuranda Yoxsa stopu işlemeyende?
Təbriz | 6 Sentyabr 2024 22:01
Salam. Arxada heç bir işığı işləməyibsə onda da günah var.
Avtosfer.az | 9 Sentyabr 2024 17:11
Salam mən mənə məxsus olan maşını 10 günlük sürməyə vermişəm indi ala bilmirəm bunla bağlı 102 və 902 də müraciyət edirəm riyasiya yoxdur
Taleh Abdullayev | 6 Sentyabr 2024 17:15
Salam. DİN-ə rəsmi qaydada ərizə ilə müraciət edin.
Avtosfer.az | 9 Sentyabr 2024 17:10
Salam. Dyp yalnız yerdə olan nişan əsasında cərimə yaza bilər? İstiqaməti göstərən nişan haqqında soruşuram, yalnız sağa yağış yalnız sola. Əsas nişan yoxdur. Təsəkkür edirəm
Kamran | 6 Sentyabr 2024 09:01
Salam. Asfalt üzərindəki nişana görə də cərimə yazıla bilər.
Avtosfer.az | 9 Sentyabr 2024 17:10
Maşininm sekili
Mehemmed | 6 Sentyabr 2024 01:18
Sualınız aydın olmadı.
Avtosfer.az | 9 Sentyabr 2024 17:09
Sürücülük qəsiqəsini yoxlamaq
Elvinbəkirov | 6 Sentyabr 2024 00:32
Mia.gov.az saytına daxil olaraq yoxlaya bilərsiniz.
Avtosfer.az | 9 Sentyabr 2024 17:09
ztexniki pasportda elave tuning yazdirmag ne qedere basa gelir 2000ci il mercedes c280
seymur | 5 Sentyabr 2024 23:07
Belə bir şey yazdırmaq qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 9 Sentyabr 2024 17:08
Salam.Senedsiz motosiklete senen düzetmek mümkün dü?
Ali | 5 Sentyabr 2024 22:30
Salam. Motosikletin mülkiyyətçisi kimdirsə sənədi də o düzəltdirməlidir.
Avtosfer.az | 9 Sentyabr 2024 17:07