“Alfa Tauri” komandası sprint yarışına görə 5 000 avro cərimələnib

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Alfa Tauri” komandası Azərbaycan Qran-prisinin sprint yarışı zamanı bolidin təhlükəli vəziyyətdə trekdə tərk edilməsi səbəbindən 5 000 avro məbləğində cərimələnib.
Sstüardlar “Alfa Tauri” mexaniklərinin işindən narazı qalıblar.
Yarış zamanı Yuki Tsunodanın idarə etdiyi bolidin təkəri çıxıb və ön qanadı qırılıb. Pit-stopa gedən yolda pilot davam etməyi mənasız hesab edib. Ancaq mexaniklər yeni təkər və qanad taxaraq, maşının vəziyyətini qənaətbəxş sayıblar.
Buna baxmayaraq, trasa qayıtdıqdan dərhal sonra boliddə yenidən problem yaranıb və Tsunoda onu trekin yan tərəfində saxlamalı olub. Artıq bundan sonra mübarizəni davam etdirmək mümkün olmayıb.
Hakimlərin fikrincə, komanda bolidi trasa yollamazdan əvvəl onun vəziyyətini daha diqqətlə öyrənə bilərdi. Bunu “Alfa Tauri” təmsilçisi də etiraf edib.
Qeyd edək ki, Yuki Tsunoda aprelin 28-də keçirilən sıralama turunda ən yaxşı 8-ci nəticəni göstərib. (report)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












