Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif aldı

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov "McLaren GT4" və "Formula 4" komandalarından təklif alıb.
Avtosfer.az xəbər verir ki, buna sürücünün Portuqaliyanın Bombarral beynəlxalq trekində keçirilən mövsümünün bağlanış yarışında uğurlu nəticə göstərməsi səbəb olub.
Kartinq üzrə EK125 kateqoriyasının BMB mühərriki ilə keçirilən yarışa Cəfərov lider kimi başlasa da, yarımfinalda mühərrikin sıradan çıxması nəticəsində finişə çatmayıb. Buna baxmayaraq, o, finalda 2-ci yeri tutmağı bacarıb.
Yarışdan sonra keçirilən mükafatlandırılma mərasimində yeniyetmə idmançı Portuqaliyada EK125 kateqoriyasının sürətli pilotu kubokunu qazanıb.
Qeyd edək ki, Davin Cəfərov bir müddət əvvəl İtaliyada keçirilən Dünya Kubokunda rekord sayda - 24 ötmə edərək, 12 ötmə rekordunu qırıb və bir neçə dəfə ən sürətli dövrəni təyin edib. Təmsilçimizin beynəlxalq arenada uğurlu çıxışı Portuqaliyada "McLaren GT4" komandasının rəhbərliyinin də diqqətini çəkib. O, yarışdan sonra Eştoril şəhərində yerləşən məşhur "Autódromo Fernanda Pires da Silva" trekində keçiriləcək sınaq yürüşlərinə dəvət edilib. D.Cəfərovun yüksək potensialı və gələcəkdə dünya səviyyəli yarışlarda uğur qazanmaq ehtimalı "Renault" komandasının da marağına səbəb olub. Komandanın nümayəndələri 16 yaşlı yeniyetmə pilotu "Formula 4" testlərinə dəvət edib.
Pilot daha əvvəl "Formula 4 Aston Martin junior development" komandasından təklif alıb. Qarşısında yeni imkanlar açılan yeniyetmə azərbaycanlı pilot dekabrın sonuna kimi qərar verməlidir.\report
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











