Banner

Bu ərazidə yaşayanlara XOŞ XƏBƏR

Yarışma 30 Mart 2022 23:51 Oxunub 8068
Bu ərazidə yaşayanlara XOŞ XƏBƏR
WhatsApp kan|

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmir işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 1300 metr, eni 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaratmaqla hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri görülərək yeni yol yatağının və küçənin profilə salınması işləri həyata keçirilib. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Yenidənqurma işləri çərçivəsində küçəboyu 1600 poqonometr bardur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1500 poqonometr yeni piyada səkilərinin inşası nəzərdə tutulub. Son mərhələdə küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. “İnvestisiya Proqramı”na əsasən daha sonra təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhəllədaxili yollarında da aparılması nəzərdə tutulur. Qeyd olunub ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh