"Formula 1": Peres Azərbaycan Qran-prisində liderliyi davam etdirir - YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
"Red Bull" pilotu Serxio Peres 29 dövrədən sonra liderdir.
Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
"Red Bull" pilotu Maks Ferstappen 10 dövrədən sonra liderdir.
Hazırda onun komanda yoldaşı Serxio Peres ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.
Aprelin 28-də gerçəkləşən sıralama turunda "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər sürücüsü Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü "Aston Martin"dən Fernando Alonso (48 xal) qapayır.
Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.
***
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.
Avtosfer.az xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.
İlk olaraq "Formula 2"də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək.
Daha əvvəl "Formula 1"in sıralama turunda "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər pilotu Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
"Formula 2"də isə "Prema Racing"dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.
Azərbaycan Qran-prisində sonuncu günün proqramı
11:25. "Formula 2"də əsas yarış
12:45. Klassik maşınların paradı
14:46. Dövlət Himni mərasimi
15:00. "Formula 1"də əsas yarış
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












