“Formula-1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlandı

Aprelin 28-30-u aralığında keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi müəyyənləşib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Avtosfer.az-a verilən məlumata görə, yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər.
İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır.
Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.
Biletləri BŞH-nin rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin satış nöqtələrindən əldə etmək mümkündür:
• “28 Mall” Ticarət Mərkəzi
• “Gənclik Mall” Ticarət Mərkəzi
• Heydər Əliyev Sarayı
• Köşk №1 (M.Rəsulzadə 3)
• Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)
• 1 saylı “ASAN xidmət” mərkəzi
• 2 saylı “ASAN xidmət” mərkəzi
• 3 saylı “ASAN xidmət” mərkəzi
• 4 saylı “ASAN xidmət” mərkəzi
• Sumqayıt “ASAN xidmət” mərkəzi
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












