Formula-1 Azərbaycanda daha 3 il uzadılacaq? – “Danışıqlar gedir”

"Bildiyiniz kimi artıq 2 aydan az bir müddət qalıb Formula-1 yarışlarının başlanmasına. Ciddi şəkildə hazırlıq işləri gedir. Hazırda Formula-1 trası üçün ilkin asfaltın döşənilməsinə başlanılıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Formula-1 -in mətbuat xidmətinin rəhbəri Turab Teymurov deyib.
Xatırladaq ki, Formula-1 Azərbaycan Qran Prisini daha 3 il uzadılması ilə bağlı müzakirələrin getdiyi bildirilib.
Buna münasibət bildirən mətbuat sözçüsü beynəlxalq yarışmanın müqaviləsinin uzadılması ilə də bağlı fikirlərini bölüşüb:
“Bu barədə hər hansı məlumat söyləmək tezdir. Müqavilənin uzadılması ilə bağlı danışıqlar gedir. Lakin bunun zamanı gələndə ictimaiyyətə dəqiq məlumat veriləcək”.
Turab Teymurob Formula-1 yarışlarının ölkəmizdə keçirilməsinin üstünlüklərindən də danışıb.
Qeyd edib ki, yarışmanın yetişdiridiyi kadrlar, könüllülər ölkəmizi dünyanın dörd bir yanında uğurla təmsil edirlər:
“Bu çox uğurlu bir prosesdir, hətta buna hərəkat da demək olar. Bundan başqa 5 il ərzində hazırlanan hesabata görə, yarışın ilk 4 ilində ölkəmizə gələn gəlirin məbləği 500 milyon dolların üstüdür. Mehmanxanalar və iaşə obyektləri və digər müəsissələr bu yarışdan çox faydalanırlar. Bu əla vərdişdir, hesab etmək olar ki, biz həm də gələcək üçün yaşam tərzini məşq edirik”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












