Banner

"Formula 1" günlərində AAF tərəfindən Bakı Kartinq turniri keçirildi - FOTO

Yarışma 29 Aprel 2023 15:00 Oxunub 726
"Formula 1" günlərində AAF tərəfindən Bakı Kartinq turniri keçirildi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi günlərinə rəng qatan daha bir tədbir aprelin 29-da keçirilən Bakı Kartinq turniri olub.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışda 16 yaşadək yeniyetmələr mübarizə aparıblar.

Su İdmanı Sarayında yerləşən Bakı Kartinq Mərkəzində (BKM) təşkil edilən yarışda 12 yerli pilot iştirak edib.

10-16 yaş arasında olan pilotlar iki mərhələdə - kvalifikasiya və final mərhələlərində mübarizəyə qoşulublar. İlk iki sıralama turlarının hər birində 6 yeniyetmə sürücü mübarizəyə qoşulub. İlk 3 pilləni tutan sürücülər final mərhələsinə vəsiqə qazanlıb.

Gərgin idman mübarizəsi ilə yadda qalan final mərhələsində 14 yaşlı Raul Təhməzli bütün rəqiblərini geridə qoymağı bacarıb. 54,178 saniyəlik dövriyyə rekordu ilə hamıdan önə keçən Raul yekunda birinci pillənin sahibi olub. İkinci yeri Rüfət Əhmədov (55,120 saniyə), 3-cü pilləni isə 12 yaşlı Niyazi Qurbanov (55,434 saniyə) tutub.

Finalda qalib gələnlər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən kubok və sertifikatlar ilə mükafatlandırılıb.  Həmçinin yarışa qatılan digər 9 yeniyetmə sürücüyə də iştirakçı sertifikatları təqdim edilib.

Qalib pilotlar yekunda verdikləri müsahibələrdə gələcəkdə daha böyük turnirlərdə və beynəlxalq yarışlarda iştirak etmək istədiklərini bildiriblər. Raul Təhməzli və Rüfət Əhmədov gələcəkdə Formula 1 pilotu olmaq arzusunda olduqlarını və buna görə həvəslə bu idman növünü seçdiklərini bildiriblər. Yarışın yaşca ən kiçik iştirakçılarından olan və yekunda 3-cü pilləni tutan Niyazi isə yanvarın 31-də keçirilən kartinq yarışında sonuncu yeri tutmasına baxmayaq, bu dəfə daha əzmkar mübarizə apardığını deyib: “Tutduğum yerdən çox razıyam, keçən dəfə sonuncu olsam da, bu gün qaliblər arasına düşməyi bacardım. Buna görə müəllimlərimə təşəkkür edirəm”.



















ŞƏRH YAZ
Ad

E-mail

Şərh