"Formula 1": "Mercedes" qara bolidlərini təqdim etdi

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası qara rəngli bolidlərini təqdim edib.
Boliddə "End Racism" ("Rasizmə Son") yazısı da əksini tapıb.
Komandanın pilotu Lüis Hemilton məsələyə münasibət bildirib. Sürücü vaxtilə irqçiliklə qarşılaşdığını xatırladıb: "Bu andan faydalanıb daha yaxşı olmalıyıq. Bərabərlik və inklüzivliyin təmin olunması məsələlərində daha yaxşı olmaq və real əhəmiyyətli dəyişiklikləri həyata keçirmək çox vacibdir. Mən də həyatımda irqçiliklə qarşılaşmışam, ailəmin və dostlarımın bundan necə zərər çəkdiklərini görmüşəm. Buna görə dəyişiklik barədə çağırış edərkən bütün qəlbimlə danışıram".
Pilot "Mercedes"in icraçı direktoru Toto Volfla əlaqə qururaq komanda kimi daha yaxşı şeylər əldə edə biləcəklərinə ümid etdiyini bildirib: "Birləşməyimiz çox vacibdir. Belə məsələlərdə təcrübəmi və ehtirasımı anlamaq, danışmaq və həqiqətən, başa düşmək üçün vaxt ayırdıqlarına görə Toto Volfa və komandanın heyətinə təşəkkür edirəm. "Mercedes" dəyişməyə və inkişaf etməyə hazırdır".
Qeyd edək ki, Lüis Hemilton "Formula 1" üzrə 6 qat dünya çempionudur. ("Report")
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












