“Formula 1” Qran-prilərinin müqavilə müddətləri bəlli olub
“Formula 1” çempionatının təqvimindəki Qran-prilərin müqavilə müddətləri açıqlanıb.
“Report”un “planetf1.com” saytına istinadən məlumatına görə, 2023-cü ilin təqvimini təşkil edən 23 Qran-prinin “Formula 1”lə sözləşməsi müxtəlif illəri əhatə edir.
Artıq bu il çempionatın Belçika mərhələsi ilə anlaşması başa çatacaq. Azərbaycan Qran-prisi ilə müqavilə isə 2024-cü ilə qədərdir.
Belçika - 2023
Azərbaycan - 2024
Böyük Britaniya - 2024
Yaponiya - 2024
Emiliya Romanya (İtaliya) - 2025
Monako - 2025
Niderland - 2025
Monza (İtaliya) - 2025
Meksika - 2025
Braziliya - 2025
Las Veqas (ABŞ) - 2025
İspaniya - 2026
Ostin (ABŞ) - 2026
Avstriya - 2027
Sinqapur - 2028
Səudiyyə Ərəbistanı - 2030
Birləşmiş Ərəb Əmirlikləri - 2030
Mayami (ABŞ) - 2031
Kanada - 2031
Macarıstan - 2032
Qətər - 2032
Bəhreyn - 2036
Avstraliya - 2037