“Formula 1” üzrə Azərbaycan Qran Prisinin bu il keçiriləcəyi tarix bəlli oldu

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2022-nin keçiriləcəyi tarix məlum olub.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Oxu.Az-a verilən məlumata görə, Bakıda baş tutacaq altıncı “Formula 1” yarışı 10-12 iyun 2022-ci il tarixlərinə təsadüf edəcək.
Bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yeni “Formula 1” mövsümü üçün könüllülərin qeydiyyatına start verib. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.
Müraciət etmək istəyənlər //volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.
Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








