"Formula-1"də bolidlərdən daha güclü səs çıxacaq: Yeni mühərriklər tətbiq ediləcək

"Formula-1" yaxın illərdə daha sadə, daha səsli və daha anlaşılan V8 mühərriklərinə qayıda bilər".
Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayen deyib.
Onun sözlərinə görə, bu proses qaçılmazdır və yalnız zaman məsələsidir.
Hazırkı qaydalara əsasən, 2026-cı ildən etibarən "Formula-1"də 1.6 litrlik V6 turbohibrid mühərriklərdən istifadə olunur. Bu güc qurğularında enerji təxminən bərabər şəkildə daxili yanma mühərriki ilə elektrik mühərriki arasında bölünür. Lakin bir çox sürücü enerji bərpası sistemlərinin idarə edilməsinin mürəkkəbliyindən şikayət edir.
FIA prezidenti qeyd edib ki, V8 mühərriklərinə qayıdış daha güclü səs, daha az mürəkkəblik və daha yüngül konstruksiya ilə müşayiət oluna bilər. Bununla belə, o vurğulayıb ki, yeni mühərriklərdə minimal səviyyədə də olsa elektrikləşmə saxlanılacaq.
Bildirilir ki, 2030-cu ilə qədər V8 mühərriklərinə keçid üçün güc qurğuları istehsalçılarından altı şirkətdən ən azı dördünün razılığı tələb olunur. Əgər bu konsensus əldə olunmasa, federasiya 2031-ci ildən etibarən texniki reqlamenti birtərəfli qaydada dəyişdirmək hüququndan istifadə edə bilər.
Qeyd edək ki, V8 mühərrikləri "Formula-1"də 2006-2013-cü illərdə istifadə olunub və həmin dövrdə yüksək səs tonu ilə seçilib. Daha sonra isə onlar daha azsəsli 1.6 litrlik turbohibrid V6 mühərriklərlə əvəz edilib.
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB










