"Formula 1"də yenidən Rusiya komandası çıxış edə bilər

Yaxın illərdə "Formula 1" üzrə dünya çempionatlarında yenidən Rusiya komandası çıxış edə bilər. Bu barədə şirkətin idman direktoru Ross Braun TASS-a müsahibəsində bildirib.
"Bizə qlobal pandemiyadan sonra sabitlik dövrü lazımdır. Habelə, yeni qaydaların 2022-ci ildən işə düşməsini istəyirik. Bizim 10 parlaq komandalı əla start düzülüşümüz var və bu sayı artırmağa gərək yoxdur. Lakin "Formula 1"dəki yeni iqtisadi mühit, büdcə məhdudiyyətləri və mükafat fondunun daha ədalətli bölgüsü komandamıza qoyulan investisiyaları daha cəlbedici edir. Rusiya və digər ölkələrin komandasından maraq yaransa və biz bunu dayanıqlı hesab etsək, belə imkana baxılmasına tam açıq olacağıq" deyə Braun vurğulayıb.
Qeyd edək ki, əvvəllər "Formula 1"də Rusiya lisenziyalı iki komanda - "Midland" (2006) və "Marusya" (2012 - 2014) mübarizə aparıb. Hazırda bu yarışda bir rusiyalı pilot - "Alfa Tauri"də Daniil Kvat çıxış edir. ("Report")
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












