"Formula 1"in sahibi "Liverpul"un hissələrini satın ala bilər
Yarışma
2 Mart 2023 15:18
Oxunub 768
"Formula 1"in kommersiya hüquqlarına sahib olan ABŞ-ın "Liberty Media" şirkəti İngiltərənin "Liverpul" futbol komandasına sərmayə qoymaq istəyir.
Avtosfer.az xəbər verir ki, Mersisayd təmsilçisinin hazırkı sahibi "Fenway Sports Group" klubun səhmlərini ala biləcək investorlar axtarır.
"Liberty Media"nın iddiaçılardan biri olduğu bildirilib, lakin hansı payı ala biləcəyi məlum deyil. Eyni zamanda, "Liverpul"un birdəfəlik satışa hazır olmadığı vurğulanıb.
Qeyd edək ki, "Formula 1" 2017-ci ildən "Liberty Media"ya məxsusdur.
"Report"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR