“Formula 1”in üç tribunasına biletlər tamamilə satılıb

Aprelin 28-30-da Bakının ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı davam edir. “Sahil” tribunasına yerlər tamamilə tutulmaqla, qalan tribuna biletlərinin 50 faizindən çoxu satılıb.
Avtosfer.az xəbər verir ki, hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ və Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.
Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – “İçərişəhər”, “Azneft”, “Muğam”, “Qız qalası”, “Xəzər” və “Bulvar” tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, “Abşeron” tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F-1 azarkeşlərini vaxt itirmədən biletləri əldə etməyə çağırır. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












