"Formula 1": "Red Bull" pilotu Bakıdakı ilk sprint yarışının qalibi olub - YENİLƏNİB

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.
17 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres qalib olub.
"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.
Qeyd edək ki, bu il Bakıda ilk dəfə "Formula 1"də sprint yarışı təşkil olunub.

***
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.
"Prema Racing"dən Oliver Bearman qalib olub.
Sonlara yaxın zərcirvari qəza olub və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.
"Van Amersfoort Racing" konandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar
***
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Mübarizə təxminən bir saat davam edəcək.
Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün "Prema Racing"dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.
Bakıdakı yarış aprelin 30-da başa çatacaq. (report)
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












