Norris "Formula-1" Macarıstan Qran-prisinin qalibi oldu

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1"in 11-ci mərhələsi olan Macarıstan Qran-prisinin qalibi olub.
Avtosfer.az xəbər verir ki, yarış "Hungaroring" avtodromunda keçirilib.
İkinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə "Mercedes"də çıxış edən italiyalı Kimi Antonelli tamamlayıb.
Hazırkı dünya çempionu olan Norris üçün bu, cari mövsümdə ilk qələbədir. O, daha əvvəl Mayamidə keçirilən mərhələdə ikinci, Barselonadakı yarışda isə üçüncü yeri tutaraq iki dəfə podiuma yüksəlmişdi.
Antonelli pilotlar arasında ümumi sıralamada liderliyini möhkəmləndirib və aktivinə 219 xal yazdırıb. İkinci yerdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton (169 xal), üçüncü yerdə isə "Mercedes"də çıxış edən həmyerlisi Corc Rassel (160 xal) qərarlaşıb.
Mühəndislər Kubokunda liderliyi "Mercedes" qoruyur (379 xal). Onu "Ferrari" (307 xal) və "McLaren" (220 xal) izləyir.
Növbəti mərhələ avqustun 21-23-də Niderlandda keçiriləcək.
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB












