“Öyrənək, uşaqları da öyrədək!” mövzusunda təlim keçirilib - FOTO

28-29 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Qəbələ rayon Vəndam qəsəbəsi 2 nömrəli tam orta məktəbdə respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün “Öyrənək, uşaqları da öyrədək!” mövzusunda təlim keçirilib.Təlimdə Qəbələ, Qax, Şəki, Balakən, Ağdaş, Göyçay, Oğuz, Şamaxı, Zaqatala, Ağsu, İsmayıllı rayonlarının uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri, Şəki regional qrupunun polis baş leytenantı Mahir Mənsimov, Yol patrul xidmətinin baş inspektoru Asif Əliyarov, Yetkinlik yaşına çatmayanlarla işləyən baş inspektor Zamiq Nadirov, Yol patrul xidmətinin inspektoru İbrahim Seyidov, Qəbələ rayonu Dövlət Yol Polisi əməkdaşları Allahverdi Soltanov və Pərviz Nəsibov iştirak ediblər.
Məqsəd – “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını regionlarda təbliğ etməkdir.
İştirakçılara müasir təlim üsullarından – oyun, sual-cavab, labirint, rebus, krossvord həlletmə, pazllarla iş, rəngləmə materiallarından istifadə edilərək “Svetafor”, “Yolu keçmə qaydaları”, “Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları”, “Küçə, yol, yolayrıcı”, və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçiriilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yolları və görüləcək işlər müzakirə olunub.
Təlim prosesi Şəki TV vasitəsilə lentə alınıb.
Sonda təlim iştirakçılarına elektron variantda təlim materialları və Sertifikatlar verilib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB


















